QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mövcud status-kvo Ermənistana üç cinahdan zərbə vurub

© Trendİlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü
İlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
"Münaqişənin hərbi həlli yoxdur" cümləsini anlamaq isə mümkün deyil

BAKI, 13 iyun — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər ediblər. Həmsədrlər separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə, Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki vəziyyət müzakirə edilib.

Artur Rasizadə, Azərbaycan Respublikasının baş naziri - Sputnik Azərbaycan
Baş nazirdən Dağlıq Qarabağ barədə gözlənilməz bəyanat

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk". O, bəyan edib ki, Sankt-Peterburq görüşündə və aprelin 29-da keçirilən Moskva görüşündə eyni sənəd üzərində danışıqlar aparılıb.

"Həmin sənədə əsasən, münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. "Status-kvo"nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyirlər ki, "status-kvo" qəbuledilməzdir", — deyə nazir qeyd edib.

Araşdırmaçılar səslənən bəyanatlara əsasən orada bir neçə məqama diqqət çəkirlər. Bu məqamlarda kifayət qədər ciddi mesajlar mövcuddur: tərəflər danışıqları davam etdirməlidir və zor tətbiqi ilə təsir etməkdən imtina etmək lazımdır.

Müharibə variantını məhz Azərbaycan tərəfi bəyan edir. Yəni əgər danışıqları sonsuza qədər davam etdirmək cəhdləri olsa, Azərbaycan digər vasitələrə əl ata bilər və sair.

Bir məqam da var — Azərbaycan torpaqların işğaldan azad olunmasına, erməni tərəfi isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə çalışır. Vurğulayaq ki, müharibə variantının mümkünlüyünü şərtləndirən bir neçə səbəb var və danışıqlarda əsas kimi götürülmüş metodologiya müharibə variantını istisna etmir. Bu metodologiya ondan ibarətdir ki, əgər hər şey razılaşdırılmayıbsa, onda heç nə razılaşdırılmayıb.

Xocavənd rayonu, arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni format

Mövcud status-kvo "mərhələli həll" anlayışını da gerçəkləşdirməyə imkan vermir. Bu isə Ermənistana şərait yaradır ki, məsələni Dağlıq Qarabağın statusu ilə şərtləndirsin və faktiki olaraq danışıqların sonsuzluğa qədər uzanmasına gətirib çıxarsın. Yəni danışıqlara belə yanaşma hərbi münaqişəni şərtləndirən səbəblərdən biridir.

Digər səbəb isə beynəlxalq güc mərkəzlərinin maraqlarıdır. Bu maraqlar da regionda çox ciddi rol oynayır. Onların region dövlətlərinə kifayət qədər təsir imkanları var. Bir sıra hallarda bu maraqların münaqişənin qızışdırılmasına gətirib çıxara bilər. Burda düşünmək lazım deyil ki, münaqişənin qızışdırılması ona görə maraqlı ola bilər ki, onlar Ermənistanın və yaxud da Azərbaycanın tərəfindədirlər və ya məsələnin həllində maraqlıdırlar.

Burada bir məsələni də nəzərə almalıyıq. Bir qədər əcaib səslənsə də, yeni Qarabağ müharibəsinin başlanmasının özü regionda sülhün bərqərar olmasını tezləşdirə bilər. Bu, heç də Azərbaycanın və yaxud da Ermənistanın üstünlük əldə etməsi ilə bağlı olmaya bilər. Bu, onunla əlaqədar ola bilər ki, hazırkı danışıqlar nəticə vermədiyi üçün həmin beynəlxalq güc mərkəzləri tərəflərdən birini münaqişəyə sövq edir, sonra isə sülhə məcburetmə prosesi başlaya bilər.

Mövcud vəziyyət Azərbaycanın maraqlarına cavab vermir, çünki torpaqlarımız 20 ildən çoxdur işğal olunub. Status-kvonun saxlanılması isə Ermənistanın maraqlarına cavab verir. Onlar düşünürlər ki, vəziyyət nə qədər uzansa, beynəlxalq ictimaiyyət buna öyrəşəcək və sonradan rəsmiləşməsinə nail olunacaq.

Amma məsələ ondadır ki, status-kvo Ermənistanı bir güc mərkəzindən daim asılı edir. Ermənistan getdikcə müstəqillik atributlarını da itirir. Zaman və dəyişən siyasi dünya Ermənistandan seçim tələb etsə də, onlar heç bir seçim etmir.

Hesab edirəm ki, status-kvonun saxlanılması Ermənistana yalnız təbliğati üstünlüklər verir, gerçək üstünlüklər azdır. Birinci, Ermənistan çoxvektorlu siyasət yeritmək imkanından məhrum olub. İkinci, qonşularla münasibətlərini inkişaf etdirmək imkanlarını azaldıb. Üçüncü, beynəlxalq çıxış imkanlarını məhdudlaşdırıb.

Флаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
NATO-dan Qarabağla bağlı narahatlıq dolu açıqlama

Nəticə etibarilə bunlar müstəqilliyin tamamilə itirilməsi deməkdir. Azərbaycan, öz əraziləri işğal olunduğundan status-kvonun dəyişdirilməsinə çalışır. Regionda iştirak edən qüvvələrə baxsaq, ABŞ münaqişənin həllini indi daha çox istəyir, çünki problemin belə qalması Vaşinqtona geoiqtisadi və geosiyasi maraqlarını gerçəkləşdirməyə mane olur.

Amma ABŞ və Avropa İttifaqının regionda hərbi-siyasi təmsilçiliyi yoxdur. Nələrsə etmək istəsələr də, bacarmırlar. Ona görə çalışırlar ki, hansısa yollarla Ermənistanın Qərbə inteqrasiyasını gücləndirib, nəyəsə təsir etsinlər. Amma ABŞ və Aİ-nin kiçik dövlətlərin maraqları baxımından siyasətində bəzi səhvlər var, onlar təcavüzkarı yerində oturtmaq əvəzinə təcavüzün miqyasını daraltmaq siyasətini həyata keçirirlər. Bir sıra hallarda faktiki olaraq təcavüzkar şirnikləndirilir.

Xatırladaq ki, 1994-cü ildə atəşkəs elan olundu və bu, 22 il davam etdi. Bu məsələ Azərbaycan diplomatiyasının hansı səviyyədə fəal olmasından asılıdır. Azərbaycan üçün hadisələrdən fəal istifadə etmək imkanı qalır.

Ermənistan lobbiçiləri atəşkəsi səhvən sülh kimi dəyərləndirirlər, sülh tamam başqa münasibətlər formatını nəzərdə tutur. Bu gün isə sülh yoxdur. Atəşkəs münaqişənin dondurulmasına xidmət edir, sülh isə münaqişənin həlli deməkdir.

Vaxtilə imzalanan atəşkəs Azərbaycana lazım idi. Uzunmüddətli hərbi əməliyyatlar regiona xaricdən müdaxilə imkanlarını həddən artıq genişləndirirdi. Lakin bu gün Artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh danışıqlarını şərt kimi qoyur və hərbi həll variantını istisna edir.

Ümumiyyətlə, "münaqişənin hərbi həlli yoxdur" cümləsini anlamaq imkansızdır. Nəticə etibarıyla heç bir münaqişənin hərbi həlli olmur. Hər hansı hərbi mərhələdən sonra diplomatlar masa arxasında oturub siyasi həll yolunu axtarırlar. Ancaq hərbi əməliyyatlar münaqişənin həllinə yardımçı, yaxud mane ola bilər. İndiki şəraitdə münaqişənin qaynar mərhələyə keçməsi təhlükəsindən yararlanaraq, diplomatik sahədə ilkin addımlar atmaq imkanından istifadə olunmalıdır…

Xəbər lenti
0