Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qətər fırtınası" niyə başladı?

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев принимает участие в Арабо-исламско-американском саммите в Эр-Рияде
Президент Азербайджана Ильхам Алиев принимает участие в Арабо-исламско-американском саммите в Эр-Рияде - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər ərəb dövlətləri arasındakı yeni gərginlikdən narahatlıq ifadə edirlər

BAKI, 5 iyun — Sputnik. Aparıcı ərəb ölkələrinin, ani bir qərarla Qətər dövləti ilə münasibətləri dondurması dünya gündəminə bomba kimi düşüb. Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən və Maldiv hökumətləri iddia edir ki, Qətər terrorçuluğa dəstək verir və bu səbəblə bu ölkə ilə bütün diplomatik əlaqələri kəsmək lazımdır. Üstəlik, qətərli diplomatların 48 saat içində bu ölkələri tərk etmələri tələ

b olunub.

Qətərin paytaxtı Doha şəhəri - Sputnik Azərbaycan
Ərəb dünyası parçalandı

Sputnik xəbər verir ki, altı ölkə, hava və dəniz məkanlarını Qətər dövləti üçün bağlı elan edib. Qətəri terrorçu qrupları dəstəkləməkdə günahlandıran Səudiyyə Ərəbistanı, bütün müsəlman ölkələri eyni addımı atmağa çağırıb. Hətta belə bir iddia da var ki, Qətər dövləti, Yəməndə hərbi əməliyyatlar aparması üçün İrana yardım edib. Məsələ ilə bağlı Qətərdən hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra — Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

Yəmən bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Daha iki ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri kəsdi

Mövzunu Sputnik Azərbaycan-a şərh edən türkiyəli politoloq Yılmaz Altunsoyun sözlərinə görə, Qətər Türkiyəyə ən yaxın ərəb ölkəsidir: "Ciddi yaxınlaşma var idi. Rusiya ilə Türkiyə arasındakı təyyarə böhranından sonra Türkiyəyə qaz nəqlində ən böyük dəstəyi Azərbaycandan sonra Qətər vermişdi. Qətərin terror təşkilatları ilə əlaqəsi olub-olmadığı bizə məlum deyil. Türkiyənin Xarici İşlər Nazirliyi də hələlik rəsmi münasibət bildirməyib. Hadisə çox yenidir. Hələlik olanları izləmək lazımdır".

"Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən sonra belə bir hadisənin baş verməsi son dərəcə diqqət çəkir. Nə vaxt bu bölgəyə ingilis, amerikalı gəlsə, bölgədə əməlli qarışıqlıq olur. Bütün ərəb ölkələrinin eyni anda belə bir qərar verməsi təsadüfi deyil. Ona görə də bu işin arxasında amerikan-ingilis barmağı olduğunu düşünürəm. Onların siyasəti müsəlmanları bir-birinə salmaqdır. Bu oyuna gəlməmək lazımdır" — Altunsoy deyib.

Politoloqun sözlərinə görə, İranın Qətər üzərindən Yəməndəki husilərə silah göndərməsi mümkün deyil: "Bu iddianın uydurma olduğunu düşünürəm. Çünki Qətər məzhəb və tarixi-sosial baxımdan İrana yox, Türkiyəyə, ərəb ölkələrinə yaxındır".

"Donald Trampın Ər Riyada səfəri zamanı müsəlman ölkələrin liderləri bir araya gələndə, onların birliyi şübhə yaratmırdı. Ancaq görünür, burada üzə çıxmayan bəzi ciddi məqamlar var. Hansı ki, Qətərlə bütün diplomatik əlaqələri kəsməyə vadar etdi". Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov bildirib.

Politoloq iddia edir ki, məsələnin pərdəarxası yaxın gələcəkdə bəlli olacaq: "Əlbəttə, bunun pərdəarxası gələcəkdə aydın olacaq. Aparıcı ərəb dövlətlərinin qərarı müsəlman həmrəyliyinə zərər verir. Bu, həm də körfəz ölkələrinin birliyinə zərbə vurur".

"Ərəb dövlətləri bu qərarı düşünərək verməliydi. Onsuz da Yaxın Şərqdə çox mürəkkəb vəziyyət yaranıb. Terrorçuluq baş alıb gedir. Aparıcı ölkələrin maraqları bir-biri ilə toqquşur" — Fikrət Sadıxov əlavə edib.

Xəbər lenti
0