12:17 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
197 0 0

Hələlik ABŞ-ın müttəfiqlərinin Trampla dil tapmağa olan ümidləri tükənməyib

BAKI, 30 may — Sputnik. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bəyan edib ki, Vaşinqtonun hazırda yeritdiyi siyasət dünyaya mənfi təsir göstərir. "Trampın hakimiyyətə gəlişi ilə beynəlxalq aləmdə qüvvələr balansı dəyişib. Qərb kiçilib. ABŞ dünya lideri statusundan məhrum olub" — deyə nazir bildirib.

ABŞ-ın Suriyaya hava zərbələri
© Photo : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERS

Z. Qabriel həmçinin yeni Vaşinqton administrasiyasının miqrasiya məsələləri və iqlim dəyişikliyinə dair mövqeyini tənqid edib. Onun fikrincə, bu sahədə Ağ Evin təşəbbüsləri mövcud problemləri daha da dərinləşdirir.

Xatırladaq ki, Tramp hakimiyyətə gəldiyi ilk gündən ABŞ və Avropa İttifaqı (Aİ) arasında gərginlik yaşanmaqdadır. Tramp İttifaqı baş tutmayan layihə sayır, NATO-nu isə köhnəlmiş təşkilat adlandırır. Tramp deyib ki, Avropa Birliyi ABŞ-ın ticarət rəqibi olaraq yaradılıb. O, Aİ-ni və Almaniyanı suriyalı qaçqınları Böyük Britaniyaya ötürməklə "Brexit" törətməkdə ittiham edir.

Parçalanmış Avropaya nisbətən birləşmiş Avropanın ABŞ-ın maraqlarına daha yaxşı xidmət göstərəcəyini Obama yaxşı anlaya bilmişdi. Elə məhz ona görə də, o, britaniyalılara müraciət edərək, onları Avropa İttifaqından çıxmamağa və bu birliyin təkmilləşdirilməsinə səy göstərməyə çağırmışdı.

Araşdırmaçılar əmindirlər ki, Avropa qitəsinin taleyi və transatlantik münasibətlər vektorundakı inkişafla əlaqədar, Aİ ölkələri Trampın təkliflərinə qarşı yüksək səslə özünün narahatlığını ifadə etməlidir. Bundan əlavə ABŞ-ın yeni administrasiyasına Avropa maraqlarını qorumaq naminə öz sərt qərarlığı barəsində birmənalı siqnal göndərilməlidir.

Vaşinqton üçün əsas meyar silah və neft ticarətidir. Trampın hakimiyyətə gəlməsində və ya gətirilməsində bu iki amilin də müstəsna rol oynadığı istisna olunmur. İşin ironik tərəfi isə ondan ibarət idi ki, Trampın NATO-nu xərac istismarından xilas etmək təklifi də Avropanı nəinki bu baş ağrısından qurtarmır, əksinə istismara dözməyə yönləndirir.

Xatırladaq ki, Tramp seçkiqabağı çıxışlarında, prezident seçiləcəyi təqdirdə Aİ və NATO ilə əməkdaşlıqdan vaz keçəcəyi barədə fikirlər səsləndirmişdi. Bu isə, Avropada təhdid kimi qəbul olunmuşdu.

ABŞ Konqresi
© AP Photo / Alex Brandon

Hazırda Aİ ölkələrindən ABŞ-a hər il, ən azı 700 milyard dollarlıq məhsul ixrac olunur. Bunun da böyük hissəsi Almaniya, Fransa və İngiltərənin payına düşür. "Brexit" qərarından sonra İngiltərənin ABŞ-la imzaladığı saziş onun itkisini kompensasiya etsə də, digər Avropa ölkələrinin bu sazişin bağlanmamasından ciddi narahatlıq keçirmələri başadüşüləndir. Çünki sözügedən saziş bağlansaydı, bu rəqəm daha da böyüyəcəkdi.

Tramp isə ixrac mallarının rüsumunu artıracağını bildirib. Üstəlik, o, ABŞ-da şirkət vergilərini 200% azaldacağına dair verdiyi sözü yerinə yetirsə, bu da Avropa ölkələrinin ixracatına ciddi təsir göstərəcək. Zira daxili bazarda yerli məhsullar Avropa mallarından daha ucuz satılacaq. Nəticədə Aİ sənayesi ABŞ bazarında ciddi müştəri itkisi ilə üzləşəcək.

Avropanı narahat edən əsas məsələlərdən biri də, məhz İkinci Dünya Müharibəsindən sonra proteksionizmi açıq şəkildə dəstəkləyən Trampın prezident seçilməsidir. Tramp, həmçinin Amerikanın təhlükəsizlik məsələləri çərçivəsində NATO üzvləri və həmçinin də Yaponiya ilə Cənubi Koreya qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyinə şübhə ilə yanaşır.

Tramp belə hesab edir ki, bu ölkələr öz müdafiələri üçün lazımı qədər pul xərcləməlidir. Bu çərçivədə də o, müttəfiqlərin öz təhlükəsizliklərini Amerikanın hesabına təmin etməyə can atmasından narazıdır.

Lakin Trampın yanaşmasında yeni bir element var. Tramp ABŞ-ın öz müttəfiqlərinə qarşı hücum olacağı təqdirdə, onların müdafiə olunmasının vacibliyinə də şübhə ilə yanaşır.

Məsələn, Avropa Komissiyasının sədri Jan-Klod Yunker tələbələr qarşısındakı çıxışında deyib ki, Trampın prezidentliyi ABŞ və Avropa İttifaqı münasibətlərini təhdid altında qoyacaq. Onun sözlərinə görə, Aİ Trampa Avropanın nə demək olduğunu öyrətməlidir. O, Trampın təhlükəsizlik məsələləri ilə bağlı siyasətinin dağıdıcı nəticələrə səbəb olacağını bildirib.

ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri isə ehtiyat edirlər ki, Trampın "Hər şeydən öncə Amerika" siyasəti Çinin Şərqi Asiyadakı təsir dairəsinin genişlənməsinə gətirib çıxara bilər. Məhz buna görə də ABŞ-ın ən yaxın müttəfiqi olan ölkələr Trampın hər çıxışını və hər sözünü diqqətlə analiz edir və buna uyğun olaraq hərəkət etmək barədə fikirləşir. Bununla belə hazırkı vəziyyətdə ABŞ-ın müttəfiqlərinin onunla dil tapmağa olan ümidləri də tükənməyib…

Əlaqədar

Donald Trampdan komik hərəkətlər
Donald Tramp: "Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır"
Donald Tramp heç kəsin bilmədiyi sirri açıqladı
Tramp administrasiyasından Azərbaycana yönəlik radikal qərar
Xanımı Donald Trampı yenə pərt elədi
Fələstindən açıqlama: Trampın tarixə düşməsini arzulayırıq
Trampın Səudiyyə səfərinin pərdəarxası: bölgədə yeni supergüc yaranır
Donald Trampın çıxışına İran sərt reaksiya göstərib
Teqlər:
müttəfiq, Ziqmar Qabriel, , Donald Tramp, NATO, Ağ Ev, Avropa İttifaqı, Vaşinqton, Almaniya, ABŞ

Əsas mövzular