08:17 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Fransa və Aİ bayraqları

Yaxın keçmişə qədər ağıla gəlməyən başa gəldi

© AFP 2018 / Odd ANDERSEN
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
175312

İndi Avropa İttifaqının əlində daha bir şans var ki, öz taleyinə yenidən baxsın

BAKI, 12 may — Sputnik. Fransada keçirilən prezident seçkilərində Emmanuel Makron 66.06% səslə Marin Le Penə qalib gəldi. İndi əsas məsələ iyunda parlament seçkisində qələbəyə nail olmaqdır.

“En Marche” Hərakatının lideri Emmanuel Makron
© Sputnik / Алексей Витвицкий

Müxalifət parlamentdə səs çoxluğu əldə etsə, Makron müxalif baş nazirlə birgə işləmək məcburiyyətində qalacaq. Bu halda islahatları sürətləndirmək çətin olacaq. Ancaq Makronun yüksək reytinqini nəzərə alsaq, onun yeni yaratdığı hərəkatın parlament seçkisində səs çoxluğu əldə etməsi mümkündür.

39 yaşlı Emmanuel Makronun qələbəsi Fransanın populizm, antiqlobalizm və millətçilik dalğasında qərq olacağından qorxan insanları, az da olsa, sakitləşdirdi. Lakin Makron hələ bundan sonra daha çətin sınaqlarla üz-üzə gələcək.

Ənənəvi partiyaların çökməsi ilə fransız seçiciləri millətçi illüziyaların cazibəsi qarşısında yoldan çıxmayaraq, Avropa Birliyində qalmağa səs verdilər. Lakin Makronun rəhbərlik edəcəyi ölkə parçalanmış vəziyyətdədir və islahatlara ehtiyac var.

Nəzərə almaq lazımdır iki, Marin Le Penə 10 milyondan çox fransız səs verib. Makron avrozonaya inteqrasiyanı davam etdirmək, vahid iqtisadi siyasət qurmaq niyyətindədir. Onun qalibiyyətindən sonra yəqin ki, Avropa Birliyinin maliyyə naziri postu yaradılacaq, Avropa Parlamentinin mövqeyi daha da güclənəcək, habelə milli orduların çoxmillətli hərbi gücə çevrilməsi yolunda mühüm addımlar atılacaq.

Makron Fransua Olland dövründə həyata keçirilən xarici siyasətə sadiq qalacaq. Burada Rusiya ilə münasibətlərin daha da pisləşməsi riski də var. Makron Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları saxlamağı vəd edir.

Makronun qələbəsi təkcə Fransada deyil, bütün Avropada aparılan təbliğat resurslarının işə salınması sayəsində əldə edilib. Seçkilərə iki gün qalmış Makrona qarşı bəzi xarici ölkə KİV-lərində edilən hücumlar pik nöqtəsinə çatmışdı. Fransanın yeni prezidentini "Rotşildin kuklası", habelə Fransada anti-semit görüşləri ilə tanınan Alen Soralın sözləri ilə "tipik psixopat", "şən dana gözlərinə malik adam" kimi təsvir edirdilər.

Makronun qələbəsinə baxmayaraq, Avropa İttifaqının tərəfdarları özlərini o qədər məmnun hiss etmirlər. Çünki avroskeptiklər (Avropa İttifaqının səlahiyyətlərinin artmasına qarşı çıxanlar) hələ də yüksək reytinqə malikdirlər. Populizm qələbə çalmasa da, əhəmiyyətli dərəcədə təhlükəlidir.

Len Pen və onun qatı sağçı Milli Cəbhə Partiyası 10 milyon seçicinin səsini toplayaraq, olduqca ciddi bir nəticə əldə etdi. Halbuki yaxın keçmişə qədər bunu ağıla gətirmək belə, mümkün deyildi. İndi Avropa İttifaqının əlində daha bir şans var ki, öz taleyinə yenidən baxsın, Avropa layihəsini qaydasına salsın.

Bu, əlbəttə ki, Almaniya və İtaliyada keçiriləcək seçkilərdən də asılı olacaq. Avropanı tərk etməyə söz vermiş İtaliyadakı "Beş ulduz hərəkatı", sorğularda müsbət nəticələr göstərərək irəliləyir, bu isə avrozonada böhran və qlobal iqtisadi sarsıntının mümkünlüyünü artırır.

İndi çoxlarını belə sual düşündürür: Makronun qələbəsi Azərbaycanla münasibətə təsir edəcəkmi? Vurğulayaq ki, Jak Şirakdan başlayaraq Fransa siyasəti regionda xeyli dəyişdi. Bir çoxları erməni lobbisinin orada aparıcı mövqeyə sahib olmasından çıxış edərək elə düşünürdülər ki, Fransa Cənubi Qafqazda yalnız bir strateji müttəfiq tanıyır – Ermənistan. Bu fikrin tərəfdarları hesab edirdilər ki, belə olan təqdirdə Parisin Qafqazdakı siyasəti yalnız bu maraqlar üzərində qurulacaq.

Lakin unutmaq olmaz ki, bu gün regionda əsas söz sahibi hələ də Moskva olaraq qalır. İqtisadi cəhətdən əsas layihələrdə isə Qərb aktivlik qazanıb və bu üstünlüyünü əldən vermək istəmir. Belə olan təqdirdə Qarabağ məsələsi ilə bağlı və Azərbaycanın əleyhinə böyük dəyişikliklər gözlənilmir.

Lakin reallıqlar və Fransanın öz mənafeyi tələb edəcək ki, bu ölkə ilə Azərbaycanın münasibətləri inkişaf etsin. Bu baxımdan, Paris-Bakı münasibətlərində yeni mərhələnin başlayacağını da ehtimal edə bilərik…

Əlaqədar

Fransadakı nəticələr Azərbaycana nə vəd edir?
Artıq Fransada ermənipərəst siyasət gözdən düşür
Fransadan Qarabağ məsələsi ilə önəmli bəyanat
Fransada prezident seçkilərində Ərdoğan şoku
Fransada prezidentlik uğrunda mübarizənin ilk turunun qalibi bilindi
Fransada prezident seçkilərinin nəticələri: proqnozlar doğrulur
Bu gün Fransada prezident seçkiləri keçirilir
Teqlər:
Emmanuel Makron, Marin Le Pen, Avropa Birliyi, Avropa İttifaqı, Fransa, seçki, parlament, müxalifət, prezident seçkiləri, səs

Əsas mövzular