11:08 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
6411

Trampın 100 günlük fəaliyyəti göstərir ki, xarici siyasətdə seçkiqabağı verdiyi vədlə, etdiyi əməl arasında elə də böyük fərq yoxdur

BAKI, 28 aprel — Sputnik. Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətinin 100 günü tamam olur. 2017-ci ilin yanvar ayının 20-də fəaliyyətə başlayan milyarder prezident, 100 gün ərzində nə ilə yadda qaldı, hansı işləri gördü?

Beynəlxalq siyasətdə Trampın uğurlarından biri kimyəvi hücumla bağlı Suriyaya zərbə endirməsidir. Həmçinin ballistik raketlərin yaradılması proqramı ilə bağlı beynəlxalq müqavilələri pozduğuna görə, İrana qoyulan sanksiyalar da bu siyahıya daxildir. Bundan əlavə, Tramp Şimali Koreyanın raket proqramının qarşısını almaq məqsədilə hərbi texnikada yerdəyişməyə gedib.

Trampın, fəaliyyətinin ilk 100 günündə reytinqi, Duayt Eyzenhauerdən bu günə qədər, ötən 65 ildə ABŞ prezidentləri arasında ən aşağı reytinq olub. ABC telekanalı və "The Washington Post" qəzetinin birgə keçirdiyi sorğunun nəticələri bunu göstərib. Rəyi soruşulanların yalnız 42 faizi ABŞ prezidentinin ilk 100 gün ərzində fəaliyyətini bəyənib.

Bununla belə, sorğu zamanı D. Trampa seçkilərdə səs verənlərin mütləq əksəriyyətinin (94 faizinin) yenə də fikrini dəyişmədiyi, prezident postunda onun fəaliyyətini bəyəndiyi üzə çıxıb. Prezidentliyə namizəd olmuş sabiq dövlət katibi Hillari Klintonun tərəfdarlarının 92 faizi də öz fikirlərinə qalır.

Donlad Tramp 100 günlük fəaliyyəti dövründə ən çox fərman imzalayan prezident kimi tanınır. Onun imzaladığı 30 fərman özünün və ətrafının dediyi kimi, ABŞ-da islahatların bünövrəsini qoymalıdır. Verilən fərmanların bir çoxu hərbi quruculuq sahələrinə aiddir. Ordunun qüvvətləndirilməsinə, yeni silah növlərinin yaradılmasına, xüsusilə nüvə arsenalının təkmilləşdirilməsinə aiddir.

Tramp hazırda ABŞ ordusunu daha da gücləndirməklə məşğuldur. ABŞ yenidən uzaqmənzilli nüvə raketlərinin sınağına başlayıb. Eyni zamanda, nüvə raketlərinin təkmilləşdirilməsi barədə qərar çıxarıb. Ağ Ev rəhbəri, həmçinin orduya ayrılan vəsaitin 60 milyard dollar artırılması barədə qərar qəbul edib. Bu, çox böyük məbləğdir. Az qala Rusiyanın hərbi büdcəsinə bərabər rəqəmdir. Bu, onu göstərir ki, Tramp ordu ilə bağlı verdiyi vədləri yerinə yetirməyə başlayıb.

Bundan əlavə, Tramp Suriyada da fəallaşıb. Oraya qoşun birləşmələri yeridib. Şimali Koreya sahillərinə də qoşun yeridilib. Böyük ehtimalla, orada rejim dəyişikliyi baş verməlidir. Bu, baş verdikdən sonra şimalla cənubun birləşdirilməsi prosesinə başlanıla bilər.

Tramp İranla bağlı təhdidedici bəyanatlar səsləndirir. İranla bağlanmış nüvə silahının məhdudlaşdırılmasına dair müqaviləni ləğv edəcəyini iddia edir. Yəni, Tramp indiyə qədər ən çox diqqət yetirdiyi silahlı qüvvələrin gücünü artırılmasını, onun təlimlərinin genişləndirilməsini, dünya üçün təhdid olan ölkələrin küncə sıxılmasını həyata keçirir.

Daxili siyasətdə iş yerlərinin artırılması, ölkəyə miqrant axınının qarşısının alınması istiqamətində xüsusi addımlar atılır. Vizaların verilməsi çətinləşdirilib. Meksika ilə sərhəddə hasar tikilməsi, bütövlükdə miqrantların qəbul edilməməsi ilə bağlı verilən sözlərin hamısı yaddan çıxarılıb.

Tramp bildirirdi ki, Çinlə bağlı əlahiddə tədbirlər görəcək. Bu ölkədə fəaliyyət göstərən ABŞ şirkətlərinin hamısını geriyə çağıracaq. Amma, bu, baş vermədi. Əksinə Çin rəhbəri ABŞ-a səfər etdi və onunla bir sıra məsələlərdə, xüsusilə Şimali Koreya məsələsində razılığa gəldilər.

Tramp və onun komandası hələlik işləyir. Amma, nə dünyada, nə də daxildə diqqəti çəkən uğurlara nail ola bilib. Ola bilsin ki, bu uğurların başlanması üçün müəyyən şərait hazırlayıb. Amma, proses hələlik başlamayıb.

Trampın bu dövr ərzində intellektual xarakter daşıyan çıxışı nəzərə çarpmayıb. Belə görünür ki, Trampdan çox onun komandası işləyir. Daxili siyasətdə müəyyən problemlər yaranmasına baxmayaraq, Tramp bunların həll edilməsi istiqamətində müvafiq addımlar atır. O, vergi sisteminin yenidən işlənməsi üçün lazımi addımlar atmaqdadır.

Bronx Marshalls mağazası
© Photo : NOONAN JEANNE FREELANCE NYDN/NOONAN JEANNE FREELANCE NYDN

Digər tərəfdən, demokratlar Trampın impiçmentini hazırlamaq üçün xüsusi komissiya yaradıblar və bununla bağlı materiallar toplayırlar. Tramp çox çətin şəraitdə fəaliyyət göstərir. Keçirilən rəy sorğuları isə onun reytinqinin hər keçən gün aşağı düşdüyünü göstərir. Əgər Tramp Şimali Koreyada dəyişiklik yarada bilsə, Suriyada uğur qazansa, bu, onun reytinqini artıra bilər. Amma, əsas məsələ amerikalıların öz maddi vəziyyətlərini yaxşılaşdırmasıdır. Bu sahədə uğurlar əldə edilməyib.

Trampın Rusiya ilə yaxınlaşacağı gözlənilsə də, bu, baş vermədi. Yəni, hazırda ABŞ və Rusiya arasında soyuq münasibətlər davam etməkdədir. Bu məsələ Rusiyanın gözləntilərindən kənar oldu. Bundan başqa, ABŞ Əfqanıstanda ən yeni bombalardan birini sınaqdan keçirdi. Trampın 100 günlük fəaliyyəti göstərir ki, xarici siyasətdə seçkiqabağı verdiyi vədlə, etdiyi əməl arasında elə də böyük fərq yoxdur.

Trampın Azərbaycana və regiona yönəlik siyasətinə gəlincə, o, bəzi xərclərin azaldılması istiqamətində müvafiq addımlar atdı. Hətta demokratiyanın maliyyələşdirilməsi istiqamətində Qazaxıstana, Belarusa, Azərbaycana olan yardımları ləğv etdi. Bəzilərini isə azaltdı.

Bunlar onu göstərir ki, Tramp xarici və daxili siyasətdə amerikalıların rifahı və marağını qoruyur. Bir sözlə, Tramp seçkiöncəsi səsləndirdiyi fikirlərə sadiq qaldı…

Əlaqədar

Türkiyə XİN-dən Trampa kəskin etiraz
Donald Tramp erməniləri məyus etdi
Tramp administrasiyasının rəngli inqilablara marağı yoxdu
Tramp Eyzenhauerin rekordunu təzələdi
Ərdoğanla Tramp mayda görüşə bilər
Tramp kimə qarşı sürətlə silahlanır?
Tramp: "Suriya məsələsini bitirməyin vaxtı çatıb"
Donald Tramp bu prezidenti “heyvan” adlandırdı
Teqlər:
100 gün, fəaliyyət, milyarder, Donald Tramp, reytinq, ABŞ, siyasət, ordu, prezident

Əsas mövzular