Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ərdoğanın əsas "qala"ları niyə bayraq dəyişdirdi?

© REUTERS / Yasin Bulbulİstanbul Yeniqapı mitinqi
İstanbul Yeniqapı mitinqi - Sputnik Azərbaycan
Abunə olmaq
Son prezident seçkilərində həm İstanbulda, həm də Ankarada 51,3 faiz səs alan Ərdoğan, bu referendumda həmin şəhərlərin səsini itirdi

BAKI, 19 aprel — Sputnik. Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumda seçicilərin təqribən 51 faizi Konstitusiya dəyişikliyinin lehinə, 49 faizi əleyhinə səs verib. Bu, hakim partiyanın referendumda qələbə qazanması deməkdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyə siyasi sistemi ilkin formasına qayıdır

Amma bu nəticə AKP və prezident Ərdoğan üçün elə də böyük uğur sayıla bilməz. Referendum Türkiyə cəmiyyətinin qütbləşdiyini göstərdi. Dəyişikliklərin tərəfdarları və əleyhdarlarının nisbəti, demək olar ki, eynidir. Böyük şəhərlər ümumiyyətlə prezident üsul-idarəsinin əleyhinə çıxıb. Nəticələrə görə, Ərdoğanı həmişəki kimi bölgələr xilas etdi.

Referendumun diqqətçəkən nəticələrindən biri də İstanbul, Ankara, İzmir, Antalya, Adana kimi iri şəhərlərdə "Evet" tərəfdarlarının məğlub olmasıdır. Vurğulayaq ki, 2002-ci ildən başlayaraq Ərdoğan və AKP İstanbulda və Ankarada səsverməni uduzmamışdı. Son prezident seçkilərində həm İstanbulda, həm də Ankarada 51,3 faiz səs alan Ərdoğan, bu referendumda paytaxtdan 48 faiz səslə kifayətlənməli olub.

İstənilən halda Ərdoğan qələbə qazandı. Ehtimal etmək olar ki, AKP digər planlarını da həyata keçirməkdə israrlıdır. Araşdırmaçılar əmindirlər ki, mümkün addımlardan biri kimi ölüm cəzasının yenidən tətbiqi ola bilər. Belə bir ehtimal da var ki, gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı Türkiyədə referendum keçiriləcək. Bu ideyanı Ərdoğan özü irəli sürüb. Ehtimal etmək olar ki, bir müddət sonra tamamilə yeni dəyişikliklər ideyası gündəmə gəlsin və daxili sabitliyin qorunmasi, milli birliyin təmin edilməsi məqsədi ilə Ərdoğan sərt addımlar atsın.

Görünən budur ki, Türkiyə cəmiyyətinin özündə Konstitusiya dəyişikliklərinə münasibət birmənalı deyil. Təbii ki, bütün bunlar, qarşıdakı dövrdə Türkiyədə ciddi proseslərin gedəcəyini də xəbər verir.

51 faizlə qəbul edilən Konstitusiya barədə söylənilən fikirlərin təhlili onu deməyə əsas verir ki, əldə olunan nəticə gələcəkdə Türkiyənin daxilində sabitliyi pozmaq istəyən qüvvələrin əlində manipulyasiya alətinə çevrilə bilər. Məsələ ondadır ki, Türkiyədə qarşı duran tərəflərin barışması üçün şanslar azdır. Bir tərəfdə ölkənin təxminən yarısını təmsil edən mühafizəkarların dəstəklədiyi hakim partiya, digər tərəfdə ona müxalif təbəqələr – şəhər intellektualları, dünyəvi baxışlı türklər və millətçilər var.

Karlovun qətli - Sputnik Azərbaycan
TƏHLİL
Ərdoğan vəziyyətdən necə çıxacaq?

Ərdoğana qarşı müxalifətdə olmaq onları birləşdirir. Ölkədə siyasi gərginliyin azalacağı ümidi də azdır. Onu da unutmaq olmaz ki, "Gülən hərəkatı"na bağlı iş adamları Ərdoğana qarşıdır. Əslində, Ərdoğanı anlamaq mümkündür. O, "Gülən hərəkatı"nı bitirməsə, bu, onun üçün gələcəkdə daha ciddi problemlər yarada bilər.

Araşdırmaçılar əmindirlər ki, Ərdoğan üçün "Gülən hərəkatı" müxalifətdən və vaxtilə onu devirməyə çalışan generallardan daha təhlükəlidir. Ona görə Gülən tərəfdarları ilə Ərdoğan arasında savaşın dərinləşə biləcəyini ehtimal edə bilərik.

Qərb mətbuatı referendumda Ərdoğanın qələbəsini "Pirr qələbəsi" adlandırır. Qərbin də mövqeyi bəllidir. Türkiyənin beynəlxalq oyunçu kimi şanslarını itirməsi Qərbin maraq dairəsindədir. Daxili və xarici problemlər Ərdoğanın planlarına mane olur. Bu baxımdan, referendumda qəti və birmənalı qələbədən danışmaq tezdir…

Xəbər lenti
0