Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Şeyxülislam "Hacı Cavad" məscidi barədə maraqlı açıqlama verib

© Sputnik / Murad OrujovŞeyxülislam Allahşükür Paşazadə
Şeyxülislam Allahşükür Paşazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Allahşükür Paşazadə: "Gərginlik yaratmaq istəyənlərin həmin məscid və məhəllə ilə heç bir əlaqəsi olmayıb"

BAKI, 15 apr — Sputnik. "Bəzi şəxslər dinin adından istifadə edərək "Hacı Cavad" məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, gərginlik yaratmaq istəyənlərin həmin məscid və məhəllə ilə heç bir əlaqəsi olmayıb: "Prezident məsələ ilə bağlı konkret mövqeyini bildirdi, dindarlarımız da dövlət başçısının bu addımını dəstəkləyir. Heydər Əliyevin, Zərifə xanımın ailəsində böyüyən İlham Əliyev həzrətləri dini abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür və inşallah hələ çox işlər də görəcək."

"Prezident biz dindarlara verdiyi sözə həmişə əməl edib" — deyə Paşazadə bildirib.

Xəbər lenti
0