07:02 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
TƏHLİL
Qısa URL
9520

Azərbaycanda əsas təhlükə kimi "sistemsiz islamçı müxalifətin" fəallaşması göstərilir

BAKI, 5 apr — Sputnik. Xəbər verildiyi kimi, Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar "Terror aktı" maddəsi ilə cinayət içi açıb.

Rusiyada baş verən terror MDB ölkələrinin hər birində müəyyən qədər təşviş yaradır. İnsanlarda, cəmiyyətdə gərginliyin yaşanması istisna olunmur. Terror olaylarının özü bir növ narahatlıq, gərginlik yaradır. Təcrübə göstərir ki, müşahidə etdiyimiz terror olayları hansısa terror təşkilatlarının öz hədəflərini həyata keçirmək üçün əl atdıqları ənənəvi metod deyil. Bu, artıq çox effektiv siyasi prosesə çevrilib. Bütün bu siyasi proseslərdə isə ən ciddi zərbə insanlara dəyir.

Araşdırmaçılar əmindirlər ki, Azərbaycan nəhayət öz xarici siyasət və təhlükəsizlik prioritetlərinin seçimini etməlidir. Düzdür, bir sıra hallarda deyirlər ki, indiki durumda bu, daha risklidir. Amma proses uzandıqca risk dərəcəsi də artır. Məsələ burasındadır ki, bu gün Azərbaycanın xarici siyasəti, o cümlədən təhlükəsizlik siyasəti prioritetsiz və qeyri-müəyyən siyasətdir. Faktiki olaraq hər tərəfdən (geopolitik durumu formalaşdıran tərəflərin prizmasından) baxdıqda Azərbaycan təcridlərə məruz qalan ölkə kimi görünür. Bu baxımdan Azərbaycan təhlükəsizliyini təmin etmək üçün terror koalisiyasını yaradan təhlükəsizlik sisteminə qoşulmalıdır.

Bu gün əsas terror təşkilatı olan İŞİD 2006-ci ildə yaradılıb, amma təbii ki, öz sələfləri olan Əl-Qaidə və digər terror təşkilatlarının davamçısı kimi qəbul olunur. Ancaq onlardan fərqli olaraq hərbi baxımdan daha mütəşəkkil və daha ciddi dəstəyə malik terror təşkilatı təsiri bağışlayır. Birmənalı olaraq terrorçu təşkilatdır, amma İŞİD klassik anlamdakı terror təşkilatı deyil. İŞİD faktiki olaraq terrorçu ordudur. Artıq onun minlərlə müxtəlif ölkələrdən muzdluları var, hiss olunur ki, yaxşı hərbi və siyasi müşavirləri var.

Terrorçuluq özü-özlüyündə ən təhlükəli fəaliyyət növlərindən biridir, amma İŞİD terroru 2 istiqamət üzrə çox ciddi təhlükə doğurur. Birinci istiqamət budur ki, İŞİD bir növ Suriyada təlim keçərək qəflətən İraqa doğru yönəldi və İraqı ələ keçirmək cəhdində bulundu. Bu, çox təhlükəli tendensiyadır, çünki bütöv bir dövlətin terrorçuların əlinə keçmək təhlükəsi var. Vaxtilə Əl-Qaidə-nin də belə cəhdləri olub.

Digər təhlükəli məqam ondan ibarətdir ki, bunlar məzhəblərarası münaqişəni və nifrəti, ədavəti qızışdırırlar, bunu pik həddə çatdırırlar. Məsələn, İraqdakı müqəddəs şiə şəhərlərinə, müqəddəs şiə ziyarətgahlarına hücum etməklə, şiələrə divan tutmaqla gərginliyi artırırlar. Yəni bu, təbii ki, siyasətdir, çünki arxasında siyasi faktorlar dayanır. Sıradan bir terror təşkilatının, müxtəlif hesablamalara görə əgər 2 milyard dollardan yuxarı maliyyə imkanları varsa, bunu adi terrorçuluq fəaliyyəti ilə əldə etmək mümkün deyil. Bu, çox ciddi maliyyə mənbəyidir və Yaxın Şərqdə tamamilə yeni geosiyasi vəziyyət yaradır.

Həm də burada bir sıra dövlətlərin İŞİD-ə qarşı açıq-aşkar loyallığı görünür. Bu da çox təhlükəli tendensiyadır. Vurğulayaq ki, SSRİ dağılandan sonra Qafqazda 6 silahlı münaqişənin baş verdiyini, bir neçə tanınmamış və ya qismən tanınmış respublikanın yaradıldığını xatırladan mütəxəssislər, bu region ölkələri üçün təhlükə yarada biləcək şərtləri də açıqlayıblar. Azərbaycan-Ermənistan təmas xəttində gərginliyin artması, Gürcüstanın Avroatlantik məkana meyllənməsi, Yaxın Şərqdə İŞİD terrorçu qruplaşmasının möhkəmlənməsi, radikal əhval-ruhiyyənin və terrorçu metodların Qafqaza ötürülməsinə cəhd — bütün bunlar region ölkələri üçün yeni təhlükə mənbələridir.

Bəzi Qərb KİV-ləri tərəfindən Qafqazda ən stabil ölkə olaraq qiymətləndirilən Azərbaycanda əsas təhlükə kimi "sistemsiz islamçı müxalifətin" fəallaşması göstərilir. Türkiyə və İranın isə siyasi gələcəyinin qeyri-müəyyən olduğu bildirilir. Regionda Rusiya, Türkiyə və İranın güclü olması Azərbaycanı terrorçu dini təşkilatlardan bir qədər sığortalayıb. Türkiyənin terror müstəvisinə çevrilməsi göstərir ki, İran və Rusiyada da ara qarışa bilər. Dini mövzuda böhran yaşanması ölkəmiz üçün də istisna deyil. Türkiyənin son vəziyyəti bizə siqnaldır.

İŞİD-in Qərbin yeni layihəsi olduğunu sübut etməyə də ehtiyac yoxdur. İŞİD nefti kimə satır, silahı haradan alır? Bunlar maraqlı suallardır. Suriyanı, İraqı qana boyayan İŞİD-in ideya davamçıları üçün ölkəmizin sünni-şiə dindarları arasında da münasibətlər normal deyil. Sadəcə, ola bilsin ki, hələ yerli təkfirçilərə əmr gəlməyib. Hüquq-mühafizə orqanları nə qədər güclü olsa da, yenə bunun qarşısını almaq üçün cəmiyyət birlik nümayiş etdirməlidir. Dövlət intensiv təbliğat-təşviqat proqramları hazırlamalı, gənclərə həqiqi dini təfəkkür aşılanmalıdır.

Azərbaycan hüquqi cəhətdən dini dövlət olmasa və şəriətlə idarə olunmasa da, hər bir Azərbaycan vətəndaşının içərisində dini baxışları mövcuddur, adət-ənənələrimiz müəyyən mənada, dini baxışlarla tənzimlənir. Təxribatçı dini missionerlər vətəndaşlarımızın qəlbindəki həmin dini oyatmamış, dövlət bir sıra zəruri dini proqramlara start verməli, həyata keçirilən mövcud dini maarifləndirici proqramları bir az da genişləndirməlidir.

Ölkəmizdə ənənəvi sünni-şiə məzhəblərinin sağlam, vətənpərvər, dövlətinə bağlı din alimlərinə KİV-də yer ayrılmalı, telekanallar vasitəsilə sadə camaata göstərilməlidir ki, ölkəmizdə sünni-şiə davamçıları qardaş münasibətdə, birgə yaşayışdadır. Multikulturalizm, dini dözümlülük cəhətdən biz dünya dövlətlərinə bir nümunəyik.

Unutmayaq ki, vaxtilə Suriya da ən sabit müsəlman dövlətlərindən idi. Amma bu gün bu ölkə dağılıb. Qərb müxlifət adı ilə, sonra isə dini dünyagörüşü müxtəlifliyindən istifadə etməklə Suriya, İraq və Əfqanıstanı məzhəb savaşına sürükləyə bildi. Odur ki, bu boşluqlar dini maariflənmələr vasitəsilə dolmalıdır. Dövlət bəzən öz sərt üzünü də göstərməlidir…

Əlaqədar

Rusiya prezidentindən MDB dövlətlərinə terror xəbərdarlığı
Sankt-Peterburq terroruna dair mühüm detallar üzə çıxıb
Rusiyada terror qurbanlarının sayı artır
Azərbaycan XİN Peterburqdakı terror aktını pisləyib
Peterburqda terror aktında yaralananlar arasında azərbaycanlı var
Baş Prokurorluq: Peterburq metrosunda baş verənlər terror aktıdır
Terrorla bağlı Putinə inanılmaz qadağa
Rusiyanı titrədən terrorla bağlı şok görüntülər ortaya çıxdı
Teqlər:
Sankt-Peterburq metrosu, region, din, İran, Rusiya, Türkiyə, Azərbaycan, terror, İŞİD

Əsas mövzular