Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa PKK-ya yaratdığı şəraiti türk rəsmilərə yaratmır, çünki...

© REUTERS / Vincent KesslerAvropa Parlamenti, arxiv şəkli
Avropa Parlamenti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya və Hollandiya hökumətlərinin ölkələrində türk rəsmilərinə konfrans keçirmək üçün icazə verməməsi Ankaranı bərk qəzəbləndirib

BAKI, 7 mart — Sputnik. Son günlər Türkiyə ilə Avropa İttifaqı ölkələri arasında ciddi siyasi gərginlik yaşanır. Xüsusilə ötən həftənin sonunda Almaniya və Hollandiya hökumətlərinin ölkələrində türk rəsmilərinə konfrans keçirmək üçün icazə verməməsi Ankaranı bərk qəzəbləndirib. Məsələyə ilk reaksiyanı gözlənildiyi kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstərib. Prezident türk dövlət adamları əleyhinə verilən qərarı nasizm zamanındakı qərarlara bənzədərək deyib: "Mən elə bilirdim ki, Almaniyada nasizm bitib. Məgər hələ davam edirmiş".

PKK üzvləri - Sputnik Azərbaycan
YAZARLAR
Avropa PKK-nı məhz bu səbəbə görə dəstəkləyir

"Mən buradan Almaniya rəhbərliyinə səslənirəm, demokratiyaya inanan dünyaya səslənirəm. Əgər azadlıq mübarizəsi aparırıqsa, əgər ifadə azadlığından narahat deyilsinizsə, əgər demokratiyaya inanırıqsa, bizim yolumuzu kimsə kəsə bilməz. Bu belə bilinməlidir. Mənim nazirim orada salon konfransı keçirəcək və sən bundan narahat olacaqsan. Bunu necə izah etmək olar? Eyni şeyi Hollandiya da edir. Siz çox aciz və yazıqsınız. Çünki öz iradənizlə hərəkət etmirsiniz" — Ərdoğan əlavə edib.

Türkiyə prezidenti sözlərinin davamında deyib ki, istədiyi vaxt istədiyi yerdə öz həmvətənləri ilə görüşə və onların qarşısında çıxış edə bilər: "Qardaşlarım, indi zənn edirlər ki, Tayyib Ərdoğan Almaniyaya gəlmək istəməyəcək. Dinləyin məni, istəsəm sabah gələrəm. Əgər qapıdan içəri buraxmasanız və məni həmvətənlərimlə görüşməyimə əngəl törətsəniz, bütün dünyanı ayağa qaldıraram. PKK-lı terrorçulara hər şəraiti yaradan sizlər, türk dövlət adamlarının qürbətdəki həmvətənləri ilə görüşünə əngəl törətməklə tarixə qara ləkə olaraq keçdiniz".

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
"Bir tərəfdən PKK-ya terrorçu deyirsiniz, digər tərəfdən dəstək verirsiniz"

Türkiyə prezidentinin sərt reaksiyasına qarşı tərəfin reaksiyası yumşaqlığı ilə seçilib. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısından öncə jurnalistlərlə görüşündə, Türkiyə ilə münasibətlərin çox gərgin olduğunu və normallaşmasının vacibliyini qeyd edib.

"Hazırda əsas vacib məsələ iki ölkə arasında münasibətləri normallaşdırmaqdır. Hər kəs bunun üçün bütün imkanlardan istifadə etməlidir" — Qabriel bildirib.

Öz növbəsində Almaniya kansleri Angela Merkel, Ərdoğanın ölkəsinə qarşı işlətdiyi nasist kəlməsinə cavab verib.

"Prezident Ərdoğanın bizim hökumətimizi nasistlərin dövrü ilə müqayisə etməsi doğru deyil. Və bu o zaman nasistlərin etdikləri zülmü adiləşdirmiş kimi olur. Bu cür lazımsız tənqidlərdən qaçmaq lazımdır" — deyə Merkel bildirib.

Mövzunu Sputnik Azərbaycan-a politoloq Zərdüşt Əlizadə şərh edib. Onun sözlərinə görə, artıq dünya siyasətində dəyərlər anlayışı qalmayıb.

"İndiki zamanda dəyərlər artıq öz mütləq əhəmiyyətini itirib. Dəyərlərdən daha çox məqsədəuyğunluq, təhlükəsizlik, mənafe və buna oxşar məfhumlar daha üstünlük təşkil edir. Kim ki, ucu bucağı olmayan, sərhədsiz insani dəyərlərdən danışır, ya o möhtəkirdir, bilərəkdən bunu edir, ya da çox sadəlövh insandır. Düşünmürəm ki, Türkiyə ilə Avropa arasındakı bu ziddiyyət uzun müddət davam etsin. Hər halda hansısa bir həll yolu tapılacaq" — Z.Əlizadə qeyd edib.

"Almaniya və bir çox Avropa ölkəsi PKK tərəfdarlarına yaratdığı şəraiti Türkiyənin dövlət rəsmilərinə yaratmırlar. Bu, onların dünyada gedən proseslərə, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına yanaşmasını ortaya qoyur". Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, əgər türk dövlət adamlarına konfrans keçirməyə icazə verilmirsə, o zaman, terror təşkilatı tərəfdarlarına da icazə verilməməlidir.

Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri - Sputnik Azərbaycan
"PKK-ya ən çox yardımı Almaniya edir"

Almaniya və Hollandiya hökumətlərinin verdiyi qərarda ikili standart olduğunu deyən Mirzəbəyli bildirib ki, Türkiyə rəsmiləri Avropa ölkələrində yaşayan türklər üçün məhz referendumla bağlı tədbir keçirməyi planlaşdırır. Həmin o tədbirlərdə də aprelin 16-da keçiriləcək referendumun mahiyyəti izah olunacaq. Almaniya və Türkiyədə ikili vətəndaşlıq qadağan deyil. Ona görə də, orada yaşayan türklər Türkiyədə keçiriləcək referendumda iştirak edə bilirlər.

Məsələyə müxtəlif kontekslərdən yanaşan ekspert deyib: "Birincisi odur ki, heç bir dövlət Almaniyaya, yaxud Hollandiyaya və ya başqa bir dövlətə təzyiq göstərə bilməz ki, tədbir keçirməyə icazə versin. Bu Almaniyanın, Hollandiyanın öz qərarıdır və qarışmaq olmaz. Ancaq Türkiyənin ərazi bütövlüyünə qarşı çıxan separatçı qüvvələrə bir çox Avropa ölkəsi, xüsusilə Almaniya müxtəlif tədbirlər keçirməsi üçün çox ürək genişliyi ilə yer ayırır. Həmin separatçı qüvvələr Türkiyə əleyhinə, ölkənin bölünməsi ilə bağlı şüarlar səsləndirirlər. Almaniya çox böyük məmnuniyyətlə onlara şərait yaradır. Əgər onlara bu imkanlar yaradılırsa, şübhəsiz Türkiyə dövləti rəsmiləri üçün də yaradılmalıdır. Əgər yaratmırsınızsa, o zaman heç birinə icazə verməyin. Bu, qərbin ənənəvi ikili standart siyasətidir. Onların dünyada gedən proseslərə, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına yanaşmasını ortaya qoyur".

Mirzəbəylinin fikrincə, Almaniyanın PKK tərəfdarlarına şərait yaratmaqda əsas məqsədi Türkiyəni parçalamaq arzusudur. Türkiyənin Avropa İttifaqına daxil ola bilməsinə ən böyük maneəni məhz Almaniya yaradır. Türkiyəyə qarşı ənənəvi siyasət həyata keçirirlər. Ankaranın Avropa siyasətinə təsir imkanlarını məhdudlaşdırmaq, eyni zamanda Türkiyə dövlətinin Avropada yaşayan türklərə təsirini azaltmağı istəyirlər. Çünki köhnə qitədə 4 milyona yaxın türk yaşayır. Və bu insanlar yaşadıqları ölkələrin siyasətlərinə bu və ya digər formada təsir göstərmə imkanlarına malikdir.

Президент Турции Реджеп Тайип Эрдоган выступает перед своими сторонниками в Президентском дворце. Анкара, 10 августа 2016 года - Sputnik Azərbaycan
Ərdoğan PKK-nın terror aktlarının arxasında FETÖ-nun durduğunu deyib

"Türklər xüsusilə son dövrlərdə yaşadıqları ölkələrin siyasi təşkilatlarında, parlamentlərində, partiyalarında aktiv fəaliyyət yürütməyə başlayıb. Təbii ki, bu da həmin ölkələrin rəhbərliyini narahat edir" — Elçin Mirzəbəyli bildirib.

Politoloq, həmçinin Belçika hökumətinin miqrantlarla bağlı qəbul etdiyi yeni qərarın ümumavropa siyasətini əks etdirdiyini deyib:

"Belçika hökuməti miqrasiya siyasəti ilə bağlı yeni qərar verib. Həmin qərara görə, hətta Belçika vətəndaşlığı olan əcnəbi əsilli vətəndaşlar belə ölkədən çıxarıla bilər. O cümlədən də türklər. Nəzərə alsaq ki, Belçikanın paytaxtı Brüssel həm də Avropanın paytaxtı sayılır, o zaman anlamaq olar ki, miqrantlara qarşı bu siyasət ümumavropanın siyasətini özündə əks etdirir".

Qeyd edək ki, Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi üçün referendum keçiriləcək. Almaniya Türkiyə rəsmilərinin aprelin 16-da keçiriləcək referendumla bağlı siyasi kampaniya yürütmək üçün bu ölkədə yaşayan türklərlə görüşməsinə icazə verməyib. Buna qarşılıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətinin bu hərəkətinin faşistlərin siyasətinə oxşadığını söyləyib.

Xəbər lenti
0