Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Regiondakı vəziyyət müzakirəyə çıxarılacaq

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və İran prezidentlərinin mətbuata bəyanatlarla çıxışı
Azərbaycan və İran prezidentlərinin mətbuata bəyanatlarla çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının İslamabad və Tehranla qarşılıqlı faydalı əməkdaşlığının perspektivləri politoloqların müzakirə mövzusu olacaq

BAKI, 7 mart — Sputnik. Cari ilin fevralın sonları və martın əvvəllərində Azərbaycan Prezidentinin İslamabad və Tehrana səfərləri oldu. Bu səfərlər Azərbaycanın Pakistan və İranla əlaqələrinin inkişafına təkan verməyə xidmət edir.

Pakistan və İran regionun xəritəsində önəmli yerləri tutur və onlarla əməkdaşlıq Azərbaycana əhəmiyyətli üstünlüklər verir. Odur ki, həmin səfərlərin yekunlarının ölkərarası əlaqələrə və regional proseslərə təsiri martın 9-da, saat 12:00-da "Cənubi Qafqaz" politoloqlar klubunun 51-ci islasında müzakirə ediləcək. Tədbirdə politoloqlar Tofiq Abbasov, Oleq Kuznetsov, Elxan Şahinoğlu və İlqar Vəlizadə (moderator) iştirak edəcək.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0