13:11 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Fətullah Gülən

Fətullah Gülən Türkiyəyə təhvil verilərsə...

© Photo : Lifejournal
TƏHLİL
Qısa URL
78611

Keçmiş dövlət müşaviri: "Əgər Fətullah Gülən Türkiyəyə qaytarılsa, bu, onun nüfuzunu daha da artıracaq"

BAKI, 14 fev — Sputnik. "Donald Tramp Fətullah Güləni Türkiyəyə ekstradisiya edə bilər". Sputnik Azərbaycan-ın Timeturk-ə istinadən xəbər verdiyi kimi, bu barədə İsrailin Debka xəbər portalı məlumat yayıb.

Sözügedən mətbu orqan İsrailin kəşfiyyat orqanı Mossada yaxınlığı ilə tanınır. Xəbərdə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp, Suriya məsələsində Rusiya dövlət başçısı Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli pakt üzərində razılığa gəlmək istəyir.

"Bu çərçivədə, Putin Trampa Edvard Snoudeni, Tramp isə Ərdoğana Fətullah Güləni təslim edə bilər. Və bunun müqabilində hər üç lider Suriyada İŞİD-lə tam səmimi mübarizə aparacaqlarına dair bir-birilərinə söz verəcəklər" — xəbərdə bildirilir.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ da dünən jurnalistlərə açıqlamasında, Amerikanın Fətullah Güləni Türkiyəyə qaytarmağa yaxın olduğunu söyləmişdi.

Mövzunu Sputnik Azərbaycan-a şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, əgər Fətullah Gülən Türkiyəyə qaytarılsa, bu, onun hörmət və izzətini daha da artıracaq: "Onun imicinin daha da yüksəlməsinə səbəb olacaq. Ortada hər hansı adamlar üzərindən alver edib dividend əldə etmək Rusiya, Türkiyə praktikasından fərqli olaraq Amerika praktikasında yox idi. Bu proses ABŞ üçün xoşagəlməz nəticələr doğura bilər".

Məsələnin hüquqi tərəfini isə Sputnik Azərbaycan-a hüquqşünas Vaqif Hacıbəyli şərh edib. Onun fikrincə, bu məsələnin aspektləri barəsində rəy bildirmək çətindir.

"Çünki mən aparılan istintaq materialları ilə tanış deyiləm. Amma mənim Türkiyədəki 15 iyul hadisələri ilə bağlı müəyyən məlumatlarım var. Bu olayları "fətullahçılar"ın təşkil etməsi ilə bağlı nə Türkiyə, nə də Azərbaycan cəmiyyətində heç bir şübhə qalmayıb. Ona görə də, prosesin daha da aydınlığa qovuşması üçün Fətullah Gülənin Türkiyəyə verilməsini tamamilə qanunauyğun sayıram. ABŞ öz müttəfiqi olan Türkiyəyə o adamı təhvil verməlidir" — Hacıbəyli bildirib.

Hüquqşünas Türkiyənin hüquq dövləti olduğuna diqqət çəkib: "Əgər Fətullah Gülənin günahlarını sübuta yetirəcək heç bir fakt olmasa, o, azad ediləcək".

Əlaqədar

Ərdoğan Güləni bu qitədən də qovur
Fətullah Gülənə ağır zərbə
Zirəddin Rzayev Fətullah Gülənə ölüm diaqnozu qoydu
Fətullah Gülən rus səfirin öldürülməsindən danışdı
Ərdoğanın sözçüsündən maraqlı Gülən açıqlaması
Fətullah Gülənin ABŞ-dakı məktəbləri bağlandı
Nazir Fətullah Gülənin həbsi ilə əlaqədar ABŞ-a gedəcək
Baş Prokurorluğun şöbə rəisi "Gülən işi" ilə bağlı Türkiyədə olub
Teqlər:
Fətullah Gülən, Donald Tramp, Sputnik, Türkiyə, Azərbaycan, ABŞ

Əsas mövzular