Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-ın Suriyaya dair planları zibil qutusuna atıldı

© AFP 2023 / Kirill KUDRYAVTSEVМежсирийские переговоры в Астане, 23 января 2017 года
Межсирийские переговоры в Астане, 23 января 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Rəsmi Tehranın atəşkəslə bağlı üçtərəfli formatda təmsil olunması, Hizbullah və digər İranmeylli qüvvələrin əl-qolunu bağlamış olacaq"

BAKI, 25 yan — Sputnik. Yanvarın 23-ü və 24-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya müzakirələri gözləntiləri doğrultmadı. Bəşər Əsəd rejimi ilə müxalifət arasında bəzi məsələlərdə fikir ayrılıqları olduğu üçün hər iki tərəf yekun sənədə imza atmaqdan boyun qaçırıb.

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ikinci — sonuncu mərhələsi başlayıb - Sputnik Azərbaycan
Ümid Cenevrəyə qaldı

Yığıncağın sonunda, sadəcə atəşkəsin davam etməsinin vacibliyi qeyd olunub. Toplantının müsbət tərəfi ancaq o olub ki, rejim və müxaliflər müzakirələri Cenevrədə davam etdirməyə razılaşıb.

Bəs Astanadakı danışıqlar hansı səbəbdən gözləntiləri doğrultmadı? Bundan sonrakı mərhələdə Cenevrə görüşündən nəticə gözləməyə dəyərmi?

Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən Ankara Yıldırım Beyazit Universitetinin professoru Salih Yılmaz, Astana müzakirələrini o qədər də uğursuz hesab etmir. O, iki günlük toplantı zamanı, Suriyada atəşkəsin davam etdirilməsinə dair razılığın əldə olunmasını müsbət hal hesab edir.

"Siyasi proseslərlə bağlı danışıqlar 8 fevral tarixində Cenevrədə davam edəcək. Suriyada sülhün bərpası üçün tərəflər bundan sonra hərbi həll yerinə siyasi həllə çalışacaqlarına razılıq verdilər. BMT-nin 2254 saylı qərarı əsasında atəşkəsin davam edəcəyi mesajı verildi. Suriyada atəşkəs və sonrasına dair Rusiyanın hazırladığı konstitusiya bundan sonrakı yığıncağın keçiriləcəyi Cenevrədə yenidən aktuallaşaraq gündəmə gələ bilər" — professor bildirib.

Salih Yılmazın fikrincə, rəsmi Tehranın atəşkəslə bağlı üçtərəfli formatda təmsil olunması, Hizbullah və digər İranmeylli qüvvələrin əl-qolunu bağlamış olacaq: "Suriya məsələsində İranın üçtərəfli mexanizmə daxil edilməsi sayəsində Hizbullah və digər İranyönümlü qüvvələrin atəşkəsi pozması halları da əngəllənəcək. Qazaxıstandakı görüşü bu baxımdan uğurlu hesab eləmək olar".

"Türkiyə və Rusiyanın təsirli olduğu Astana danışıqları bundan sonra İŞİD və əl-Nusra qruplaşmalarına qarşı yeni bir ittifaqın yarana biləcəyindən xəbər verir" mütəxəssis əlavə edib.

O, üç ölkənin Suriyanın ərazi bütövlüyünə dəstək verməsinin, Amerikanın planlarını alt-üst etdiyini qeyd edib: "Rusiya, Türkiyə və İranın Astanadakı toplantıda Suriyanın ərazi bütövlüyünə dəstək verməsi, ABŞ-ın Suriyanın parçalanması ilə bağlı planlarının zibil qutusuna atılması deməkdir".

Xəbər lenti
0