01:22 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
366 0 0

Ekspertlər Ağ Ev rəhbərinin son açıqlamasını, iki ölkə liderinin gərgin münasibətlərinin təzahürü kimi dəyərləndirirlər

BAKI, 19 yan — Sputnik. "Fələstin-İsrail münaqişəsində iki dövlətli həlldən başqa çıxış yolu yoxdur. Bunu hər zaman söylədik. İsrail tərəfinə dəfələrlə başa salmağa çalışdıq ki, həm yəhudi dövlətini, həm də demokratik dövləti bir yerdə qura bilməzsiniz".

Birləşmiş Ştatlar prezidenti Barak Obama, dövlət başçısı qismində keçirdiyi sonuncu mətbuat konfransında belə deyib. O, qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin hazırkı vəziyyəti İsrail üçün təhlükəlidir: "Vaxt uzandıqca bu məsələ həm yəhudilər, həm də fələstinlilər üçün təhlükə yaradır".

Obamanın prezidentlik müddətinin başa çatmasına 2 gün qalmış verdiyi bu açıqlamanı Sputnik Azərbaycan-a şərh edən fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun sözlərinə görə, Ağ Ev rəhbərinin bu mövqeyi BMT-nin qərarına tam uyğundur: "Fələstin dövlətinin yaradılması məsələsi BMT-nin qərarları əsasında irəli sürülmüşdü. İndi prezident Barak Obamanın vəzifəsinin sonuncu günündə belə bir bəyanat verməsi vaxtilə qəbul olunmuş BMT qərarına uyğundur".

"Sadəcə olaraq, bu çıxışı etmək üçün seçdiyi vaxtın nə dərəcədə doğru olduğunu söyləyə bilmərəm. Bilirsiniz ki, o, sabah rəsmən öz vəzifəsini Donald Trampa təhvil verəcək. Hər halda, bu çıxış ondan xəbər verir ki, Barak Obamanın İsrail dövlətinin rəhbərləri ilə, xüsusilə Benyamin Netanyahu ilə münasibətləri yaxşı deyildi. Beynəlxalq müşahidəçilər də dəfələrlə bunu bildirmişdilər" — ekspert bildirib.

Siyasi ekspert Arzu Nağıyev isə hesab edir ki, Obama son məqamda belə bu məsələyə toxunmaqla verdiyi sözün üzərində durduğunu nümayiş etdirir: "Obama ilə İsrail rəhbərliyi arasında soyuqluq uzun müddət idi özünü göstərirdi. ABŞ prezidentinin bu bəyanatını təkcə dünənə aid eləmək olmaz. Yəni qəfləti bəyanat deyil. Yaxın Şərq məsələsi ilə bağlı İsraillə Amerika arasında müəyyən bir gərginlik var idi".

"Məhz ona görə, Netanyahu və hökuməti Barak Obamaya qarşı soyuq münasibət bəsləyirdi. Xatırlayırsınızsa, bir müddət əvvəl Dövlət Departamenti səviyyəsində bu məsələni qaldırdılar və İsrailin işğal etdiyi Fələstin torpaqlarında inşa etdiyi yəhudi məskənlərinin qanunsuz olduğu haqda qərar qəbul etdilər. Bunun üzərinə açıqlama verən İsrailin baş naziri Binyamin Netanyahu, Obama administrasiyasının onun ölkəsinə qarşı sərt mövqe sərgilədiyini söylədi" — Nağıyev əlavə edib.

Əlaqədar

ABŞ-ın bu addımı İsraildə şok effekti yaradıb
ABŞ-dan gözlənilməz İsrail açıqlaması
Ankara merindən sensasiyalı açıqlama: ABŞ və İsrail Türkiyəni yox etməyə hazırlaşır
ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər?
ABŞ bu silahları ancaq İsrailə göndərəcəyini açıqladı
BMT-nın bu çağırışına təkcə ABŞ və İsrail "yox" dedi
Teqlər:
Obama, münaqişə, Fələstin, İsrail, Netanyahu, ABŞ

Əsas mövzular