13:42 24 Oktyabr 2017
Canlı yayım
Bakıda parkomat

Bu yerlərdə maşınınızı park edərkən onu böyük riskə atırsınız

© Foto: 1news.az
TƏHLİL
Qısa URL
28001

Parklamalarda parkomat olsa da, avtomobilin təhlükəsizliyini təmin edəcək nə mühafizəçi var, nə də təhlükəsizlik kameraları.

BAKI, 10 yan — Sputnik. Sürücüləri narahat edən məsələlərdən biri də açıq havada olan parklamalarla bağlıdır. Belə ki, parklamalarda parkomat olsa da, avtomobilin təhlükəsizliyini təmin edəcək nə mühafizəçi var, nə də təhlükəsizlik kameraları. Belə olan halda avtomobilini parklayan sürücü böyük risk etmiş olur.

Sputnik-in əməkdaşı məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, parklama yerləri və parklamanın təşkili ilə bağlı çox böyük boşluqlar var: 

"Qanunvericilikdə böyük boşluq mövcuddur. Qapalı parklama yerlərində maşını saxlamaqla bağlı məsuliyyət nəzərdə tutulur. Burada olan nəzarətçilər maşınların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Nəzarətçi qapalı məkanlarda avtomobili təhvil alır və nəzarət edir. Amma açıq havada ümumi istifadədə olan yerlərdə avtomobillərə dünyanın heç bir yerində nəzarət edilmir. Belə yerlərdə kameralar quraşdırılır ki, hər hansı hadisə olanda polis vasitəsi ilə məsələ aydınlaşdırılsın. Bizdə isə nə nəzarətçi var, nə də təhlükəsizlik kameraları". 

Ekspert deyib ki, açıq məkanda maşınlarla bağlı hər hansı hadisə baş verərsə, yalnız polisə müraciət etmək olar.

Nəqliyyat eksperti Azər Allahverənov isə qeyd edib ki, ödənişli parklama yerində təhlükəsizlik tədbirləri həyata keçirməlidir: "Bəzi küçələrdə parklama yerlərində yalnız parkomat var. Doğrudur, ətrafda nəzarətçilər olur. Amma bu nəzarətçilər yalnız qiymətin ödənilməsinə nəzarət edir".

Ekspert bildirib ki, çıxış yolu maşını təhlükəsizlik tədbirləri olmayan yerlərdə saxlamamaqdır:

"Çalışıb maşını elə bir yerdə saxlamalısan ki, təhlükəsizlik kameraları olsun, əks halda böyük risk etmiş olursan".

Sığorta mütəxəssisi Nicat Əlibəyli isə deyib ki, bu günə kimi parklama ilə bağlı sığorta barədə onlara müraciət olmayıb: "Əgər avtomobilin könüllü sığortası varsa, onda istər parklama yerlərindəki, istərsə də digər yerlərdəki hadisələrlə bağlı sığorta şirkəti tərəfindən ödəniş olunur. Amma əgər bu sığorta yoxdursa, sırf parklama zamanı baş verə biləcək hadisələrə görə sığorta şirkəti heç nə vermir".

Əlaqədar

Ərzaq bahalaşıb, maşın və telefon ucuzlaşıb
Bu marka maşın sürənlər diqqətli olsunlar
Bu küçəyə heç bir maşın girmək istəmir. Səbəbi...
Maşın var, yiyəsi isə yoxdur
Teqlər:
Nicat Əlibəyli, Ərşad Hüseynov, parkomat, Azər Allahverənov

Əsas mövzular