16:01 27 May 2017
Canlı yayım
İncirlik aviabazası, arxiv şəkli

"Türkiyə İncirlik bazasını təcili bağlamalıdır"

© AP Photo/ Vadim Ghirda
TƏHLİL
Qısa URL
24040

Mehmet Perincək: "İncirlik qalmaqalının tarixi 15 iyul gecəsindən başlayır"

BAKI, 6 yan — Sputnik. Xəbər verdiyimiz kimi, Türkiyənin Vətən Partiyasının sədri Doğu Perincək Qərb ölkələrini Türkiyə hökumətini devirmək cəhdində ittiham edib. "Qərb ölkələri Rəcəb Tayyib Ərdoğanı diktator kimi göstərib, türk xalqının əli ilə hakimiyyətdən salmaq istəyir. Ölkədə baş verən terror hücumları hökuməti yıxmaq məqsədi ilə təşkil edilir", — o bildirib.

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perincək
© Foto: adanadantaraf.com

Mövzunu Sputnik-ə dəyərləndirən Doğu Perincəkin oğlu, siyasi şərhçi Mehmet Perincək də Qərbi Türkiyədə hökumət çevrilişinə cəhddə ittiham edib. O, ABŞ başda olmaqla, Qərb blokunun prezident Ərdoğanı devirmək üçün dəfələrlə cəhdlər etdiyini deyib.

"ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi və əlaltısı olan FETÖ şəbəkəsi son olaraq 15 iyul 2016-cı il tarixdə Ərdoğanı hakimiyyətdən devirmək istədi. Lakin bu həmlələri də uğursuz alındı. Prezidenti güc yolu ilə iqtidardan sala bilməyəcəklərini gördülər. Türkiyənin Rusiya ilə yaxınlıq etməsi, iki ölkənin İranla birgə Suriyaya dair Amerikasız razılığa gəlmələri Vaşinqtonu və müttəfiqlərini olduqca narahat edir. Bu gün Türkiyədə yaşanan terror və xaos bununla bağlıdır. Məqsəd hökuməti xalqın əli ilə devirib öz adamlarını posta gətirməkdir", — oğul Perincək bildirib.

O, son günlər Adanadakı İncirlik hərbi hava bazası ətrafında ABŞ və Türkiyə arasında yaşanan böhrana da toxunub. Xarici işlər naziri Mövlud Çavuşoğlunun "İŞİD-ə qarşı mübarizədə türk ordusuna dəstək verməyən ölkələrin İncirlik bazasında qalmalarının mənası yoxdur" açıqlamasını şərh edən analitik, sözügedən baza ətrafında əsas qalmaqalın 15 iyuldan başladığını qeyd edib.

Mehmet Perinçek - Türkiyəli politoloq
elbe-express
Mehmet Perinçek - Türkiyəli politoloq

"Amerika əsgərlərinin də olduğu İncirlik hərbi bazası 15 iyul çevrilişə cəhd gecəsi xuntaçı əsgər və generalların əsas qərargahı rolunu oynayırdı. Rəsmi Ankara bunu çox yaxşı bilir. Yəni bu baza ətrafında bu gün yaşanmaqda olan qalmaqal yeni deyil. Hesab edirəm ki, hökumət İncirlik bazasını təcili bağlamalıdır", — Perincək vurğulayıb.

O, hazırkı ABŞ rəhbərliyinin Suriyada türklərlə yox, terrorçu PYD ilə tərəfdaşlıq etdiyini iddia edib: "ABŞ İŞİD-ə gizli dəstək verir. Türk ordusunun Əl-Bab bölgəsində İŞİD-ə qarşı apardığı hərbi əməliyyata ABŞ havadan dəstək vermir. Bunun müqabilində rus və türk hava qüvvələrinin İŞİD-i bombalamasına əngəllər yaradır".

Əlaqədar

"İncirlik" hərbi bazasında sürpriz görüş
ABŞ İncirlik bazasını qorumağın yolunu axtarır
Türkiyə İncirlik aviabazasını rusların ixtiyarına verərsə...
"ABŞ İncirlik bazasını boşaltmalıdır"
İncirlik hərbi bazasının komandanlığı həbs edildi
Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasını bağladı
Almanlara İncirlik şoku
ABŞ İncirlik bazasından çıxarılır?
ABŞ İŞİD-ə qarşı mübarizədə "İncirlik"dən istifadə edə bilər
Teqlər:
Mehmet Perincək, Vətən Partiyası, Doğu Perincək, İncirlik, Qərb, Amerika, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ

Əsas mövzular