Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Səfirin canı kimə əmanətdir?

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidSəfirlik binasının mühafizəsi, arxiv şəkli
Səfirlik binasının mühafizəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Andrey Karlovun təhlükəsizliyini ruslar özləri təmin etməli idilər. Lakin Türkiyə tərəfinin də səhlənkarlığını görməzdən gələ bilmərik"

BAKI, 29 dek — Sputnik. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra, diplomatik nümayəndəliklərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəldi. Bunun ardınca Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Sputnik-ə özəl müsahibəsində bu mövzu ətrafında söhbət getmişdi.

Чрезвычайный и полномочный посол Российской Федерации в Азербайджане Владимир Дорохин - Sputnik Azərbaycan
SİYASƏT
Rusiyanın Azərbaycandakı səfiri: "O dövləti məhv etməliyik"

"Biz Azərbaycan tərəfi ilə qarşılıqlı anlaşma, yardım və əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər görmüşük. Hazırda səfirliklərin mühafizəsinin təmin olunması sahəsində gördüyümüz bütün tədbirlər artıq baş vermiş hadisələrə müvafiq olaraq görülür. Yəni, baş verənlərin təcrübəsinə əsasən. Bütün bu terrorçular bizdən bir addım irəlidədirlər. Onların növbəti dəfə nə edəcəklərini heç kim deyə bilməz. Ona görə də səfirliyimizin mühafizəsinin yüksək səviyyədə olduğunu desəm, şişirtməyə yol vermiş olaram. Bu sözləri təkcə Azərbaycan yox, digər ölkələr haqqında da demək olar", — deyə səfir müsahibədə bildirib.

Diplomatik nümayəndəliklərin təhlükəsizliyi məsələsini Sputnik-ə şərh edən, Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu İbrahim Nəbioğlunun sözlərinə görə, bütün dünyada diplomatik korpusların mühafizəsi sistemi eynidir: "Mən Türkiyə haqqında danışa bilərəm. Bu ölkədəki təcrübə dünyanın hər yerində demək olar ki, eynidir. Bütün böyük dövlətlərdə səfirliklərin təhlükəsizliyi Türkiyədəki kimi qorunur. Yəni burda praktika eynidir. Hər bir ölkənin başqa bir ölkədəki diplomatik nümayəndəliyinin ərazisi o ölkənin torpağı sayılır. Misal üçün, Azərbaycanın Türkiyədəki səfirliyinə, bizim icazəmiz olmadan heç kəs ayağını basa bilməz. Fəqət o ərazinin, o binanın inzibati hissəsinin təhlükəsizliyi, mühafizəsi, tamamən səfirliyin yerləşdiyi ölkənin üzərinə düşür".

© Photo : Kulis.azİbrahim Nəbioğlu
İbrahim Nəbioğlu - Sputnik Azərbaycan
İbrahim Nəbioğlu

"Əslində bu, bir az şişirdilmiş də səslənə bilər. Sanki səfirliyi böyük ordu, batalyon qorumalıdır kimi anlaşılır. Əslində elə deyil. Sadəcə olaraq binanın qarşısında köşk olur və o köşkün içərisində daxili işlər orqanının bir əməkdaşı — polis durur. Onlar 8-12 saatlıq növbələrlə səfirliyin təhlükəsizliyini təmin edirlər. Bu, yetərlidir mi? Təbii ki, yox. O köşkün orada olmasında əsas məqsəd kiminsə ora yaxınlaşmasına imkan verməməkdir", — Nəbioğlu bildirib.

Keçmiş Baş konsulun sözlərinə görə, bilavasitə terrora məruz qalan ölkələrin səfirlikləri başqa formada qorunur: "Məsələn Amerika, İsrail səfirlikləri daha ciddi qorunur. Bu ölkələrin başında ilk sırada İsrail gəlir. İsrailin dünyanın əksər yerlərindəki səfirlikləri ayrıca həyətdə, villada deyil. Onlar öz nümayəndəliklərini böyük bir plazanın içərisində tuturlar. Çünki plazanın içinə daxil olmaq daha çətindir, daha müşküldür. Ona görə ki, plazaya girən zaman üç-dörd nəzarət cihazlarından keçməli olursan. ABŞ və İsrail kimi dövlətlər mühafizələrini daha çox özləri yerinə yetirir. Onların xüsusi təhlükəsizlik zabitləri, təhlükəsizlik çalışanları var".

İbrahim Nəbioğlu sonra əlavə edib: "Ortaya sual çıxır. Bəs Rusiyanın Türkiyədəki səfirliyində mühafizə belə deyildimi? Belə idi, o səfirlik güclü qorunurdu. Ancaq bilirsiniz ki, səfir Andrey Karlova edilən sui-qəsd səfirlik ərazisində yox, xeyli kənarda — sərgi salonunda törədilmişdi. Onu ciddi qoruyublarmı? Xeyr, qorumayıblar. Halbuki səfir ciddi mühafizə olunmalı idi. Məlum məsələdir ki, Bəşər Əsədlə Rusiya, Suriyada birlikdə hərəkət edir. Rus təmsilçi istənilən vaxt hədəf seçilə bilərdi. Səfirliyin mühafizəçiləri, yəni ruslar özləri Andrey Karlovu qorumaq üçün tədbir almalı idilər. Yəni rus tərəfinin inanılmaz dərəcədə böyük ehtiyatsızlığı olub. Lakin Türkiyənin də səhlənkarlığını görməzdən gələ bilmərik".

"Əgər səfir sərgilərə getməsə, tədbirlərdə iştirak eləməsə, o zaman onun fəaliyyətinin mənası qalmaz. Yəni mən o fikirlə razı deyiləm ki, Andrey Karlov sərgiyə getməməliydi. Getməliydi, sadəcə olaraq təhlükəsizlik tədbirləri ciddi görülməliydi. Karlovun iştirak etdiyi sərgi çox önəmli sərgiydi. "Rusiya türklərin gözü ilə" başlıqlı sərgini təşkil edənlər iki ölkə münasibətlərinin yaxşılaşmasında müəyyən bir missiya üzərlərinə götürmüşdülər. Ankarada öldürülən səfir Andrey Karlovun, ötənilki təyyarə böhranından sonra pisləşən Rusiya-Türkiyə münasibətlərinin düzəlməsində ciddi əməyi oldu. Bu baxımdan o, çox böyük hörmət qazanmışdı. Lakin çox təəssüf ki, belə bir qanqaraldıcı hadisə yaşandı. Belə bir təcrübəli diplomat həyatını itirdi. Yəni olan ölənə oldu", — keçmiş Baş konsul əlavə edib.

© publika.azHikmət Hacızadə
Hikmət Hacızadə - Sputnik Azərbaycan
Hikmət Hacızadə

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə isə Sputnik-ə açıqlamasında, diplomatik nümayəndəliklərin qorunmasında iki əsas faktorun olduğunu qeyd edib: "Səfirin təhlükəsizlik məsələsinə iki aspektdən yanaşmaq lazımdır. Birincisi dövlət özü qərar qəbul etməlidir ki, hansı səfir hansı səviyyədə qorunsun. İkincisi də ölkə özü razılıq verməlidir ki, filan səfirin cangüdənləri silahla onu gedəcəyi yerdə qorusunlar ya yox".

"Çox ölkələrdə xarici səfirlərin mühafizəçilərinə səfirlikdən kənar silah daşımağa icazə verilmir. Məsələn, Türkiyədə və Rusiyada belədir. Mühafizəçilərin silah daşıması ilə bağlı ölkələr arasında razılıq olmalıdır. Təhdidlər və risklər böyük olan zaman səfirliyin yerləşdiyi dövlət icazə verə bilər ki, həmin səfir binadan kənara çıxarkən öz cangüdənləri də onu qorusunlar", — Hacızadə əlavə edib.

Xəbər lenti
0