Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Onları tarixin arxivinə göndərməyin zamanıdır

Abunə olmaq
Müəllimləri aşağılayan, qaçqınları və ya Rusiyada çalışan soydaşlarımızı aşağılayan, iclaslarda bir kəlmə belə, danışmayan deputatlar kimə və niyə lazımdır?

BAKI, 27 dek — Sputnik. Mövzu tapıldı. Millət vəkili Astan Şahverdiyev gündəmi dəyişə bildi. Azərbaycanda gündəmi dəyişmək olduqca asandır. Hətta sıradan bir nəfər gündəmə bir daş ata bilər və hamı üçün müzakirə mövzusu başlaya bilər.

İnsanlar, arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Çoxqibləli insanlar arasında...

Bu dəfə A. Şahverdiyev daha uzağa getdi. Onun açıqlaması sosial şəbəkələrdə ən çox müzakirə edilən və qıcıq doğuran hadisəyə çevrildi.

"Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var",-deyən A. Şahverdiyev bir qədər sonra həmin an əsəbi olduğunu və bilmədən belə söylədiyini açıqlayıb.

Lakin deputatın bəyanatı artıq öz işini görmüşdü. Minlərlə insan A. Şahverdiyevin açıqlamasına öz qəzəbini ifadə etdi.

Demokratik ənənələri çox olmayan, yeni müstəqil olmuş ölkələrdə belə hallar tez-tez baş verir. Azərbaycanda isə "paronormal hadisələrə" daha çox Milli Məclisdə rast gəlinir. Bəzi deputat və məmurların çıxışları ölkə rəhbərinin də narazılığına səbəb olur. Xalqı təhqir etmək sabotajdan başqa nəsnə deyil və prezident Əliyev bununla bağlı məmurlara dəfələrlə barmaq silkələyib.

Xalqı təhqir etmək, mətbuata söyüş yağdırmaq, ayri-ayrı təbəqələri aşağılamaq Azərbaycan parlamentinin bəzi deputatları üçün adi haldır. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Milli Məclisdə siyasi ortam yetərincə deyil.

Bu gün qanunverici orqan "susan çoxluq"dan ibarətdir. Onlardan kimsə sükutu pozmaq istəyirsə, hay-küy qopur. Bu heç də lal-dinməz deputatların sözlərinin önəm daşımasının göstəricisi deyil. Sadəcə olaraq, ölkə parlamenti tragikomik səhnələrin oynanıldığı müstəviyə çevrilib. Jurnalistlər, cəmiyyət deputatların çıxışını, yalnız bir məqsədlə izləyirlər — kim nə vaxt "quş buraxacaq".

Ümumiyyətlə, Milli Məclisin üzvləri arasında elə deputatlar var ki, qanunverici orqanın binasına gənc ikən qədəm basıb və artıq qocalıb, nəvə-nəticə sahibi olublar. Az qala mezolit dövründən deputat mandatı daşıyan bəzi şəxslər ilk dəfə deputat seçiləndə gənc idilər. Artıq ağsaqqal adamlardır.

Müxalifət - Sputnik Azərbaycan
SİYASƏT
Onların "təzə qana" ehtiyacları var

Milli Məclisin tərkibində, nə baş verdiyini anlamayan, verdikləri bəyanatların məsuliyyətini dərk etməyən deputatlar da var. Müxtəlif maraq qruplarına xidmət edən bu şəxslərin siyasət, iqtisadiyyat, hüquq kimi sahələrlə bağlı məlumatları belə, yoxdur. Onlar mahiyyət etibarilə parlamentdə basdırılmış minalara bənzəyirlər.

Xidmət etdikləri oliqarxların barmaqlarının işarələri ilə od püskürməyə hazır olan deputatların intellekt göstəricilərinin aşağı olması təhlükəlidir. Bu gün gülməli və ağlamalı vəziyyətdə olan parlament, sabah ağır sınaqlardan çıxmaya bilər.

Əslində, qanunverici orqan peşəkarlardan ibarət olmalıdır. İstər iqtdarı, istərsə də müxalifəti təmsil edən millət vəkilləri işləməyi bacaran və bunu istəyən simaların arasından seçilməlidir. Əks təqdirdə, bəzi deputatlar məsuliyyətsiz bəyanatları ilə ölkə gündəmində lağlağı obyektinə çevrilməkdə davam edəcəklər. Danışmağı bacarmayan, parlamentin iclaslarına, sadəcə olaraq mürgüləməyə gələn deputatlarla ağır siyasi dönüşlərdən keçmək çətindir.

30 il deputat maaşı alıb mürgüləyən və bütün fəaliyyəti boyunca yadda qalan çıxışı olmayan deputatlar, qanun layihəsi hazırlayan, seçicilərlə mütamadi görüşüb, onların problemini həll etmək istəyən şəxslərin də fəaliyyətinə kölgə salırlar. Kimə və niyə lazımdır müəllimləri aşağılayan, qaçqınları və ya Rusiyada çalışan soydaşlarımızı aşağılayan, iclaslarda bir kəlmə belə, danışmayan deputatlar? Onları dəyişməyin, tarixin arxivinə göndərməyin zamanı çatmayıbmı?

Bu gün müxalifət, iqtidar, mətbuat, QHT sektorunda elə simalar var ki, zəkaları və bacarıqları ilə çox işlər görə bilərlər. Danışdığının mahiyyətini anlamayan, yalnız və yalnız pul qazanmaq eşqi ilə yananlara deputat mandatı daşıyanlarla vidalaşmağın zamanı çatmayıbmı? Keyfiyyətsiz və məzmunsuz fəaliyyətləri ilə elə ilk növbədə hakimiyyətin özünə sayğısızlıq edənlərə yerini göstərmək lazımdır.

Hadisələrin axarını növbəti məmurun və yaxud deputatın söyüş söyəcəyi günə qədər təxirə salmaq mümkün deyil. Odur ki, A. Şahverdiyevin sərt ictimai qınaqla üzləşməsi və qismən də olsa, cəzalandırılması çoxlarına dərs olardı…

Xəbər lenti
0