09:32 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
TƏHLİL
Qısa URL
436

Yılmaz Altınsoy: "İlkin işartılar onu göstərir ki..."

BAKI, 23 dek — Sputnik. Rusiyanın Ankaradakı səfiri, türk dostu Andrey Karlovun kürəyindən xaincə vurularaq öldürülməsinin əks-sədaları davam edir. Sputnik-ə açıqlama verən türk politoloq Yılmaz Altunsoya görə, Karlovun öldürülməsi fərdi bir təşəbbüs ola bilməz.

Politoloq Yılmaz Altınsoy
© Photo : Yılmaz Altınsoyun şəxsi arxivindən
Politoloq Yılmaz Altınsoy

"Fərdi təşəbbüs olsaydı, bunu edənlər başqa bir hədəf seçməli idilər. Rusiya xüsusilə seçildi. Son dövrlərdə, Türkiyənin Rusiya ilə yaxınlaşması, Suriyada Rusiyanın öndərliyində, içində Türkiyənin də yer aldığı bir həll prosesinin başladılması, Ankaranın üzünü Qərbdən Şərqə doğru çevirməsi, bu yeni ittifaq ilə birlikdə Suriya və İraqda Türkiyənin öz müdafiə konsepsiyasını özünün təyin etməyə başlaması, kimi ya da kimləri narahat edirsə, bu xain sui-qəsdin arxasında da o qüvvələr durur", — politoloq bildirib.

Altınsoyun fikrincə, bu qətllə bağlı ilkin işarələr FETÖ-nü göstərir: "Həm FETÖ, həm də bu təşkilatın ipini əlində tutanlar bu hərəkətlə Türkiyə-Rusiya əlaqələrini daha da gücləndirdilər. Halbuki, onlar bu münasibətləri daha da korlamağı hədəfləmişdilər".

"Ən yüngül ifadə ilə desək, bu, axmaqca və gülünc bir hərəkət idi. Rus və türk rəsmilərin, bu xain hərəkətin iki ölkə əlaqələrini daha da inkişaf etdirəcəyini vurğulaması, qurulan tələyə düşülmədiyinin ən bariz göstəricisidir", — o, əlavə edib.

Əlaqədar

Rus səfiri öldürən polisin evində, görün nə tapıldı
Səfirə sui-qəsd faktını 120 nəfərlik qrup araşdıracaq
Səfirin dəfn günü bəlli oldu
Ərdoğan səfirin öldürülməsindən danışdı: "Bir həftə əvvəl..."
Politoloq: Səfiri öldürmək insanlıq anlamından kənar hərəkətdir
Fətullah Gülən rus səfirin öldürülməsindən danışdı
Teqlər:
Yılmaz Altunsoy, Andrey Karlov, Ankara, Rusiya, Türkiyə, türk

Əsas mövzular