Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiya İsrailin Azərbaycana silah satmasına etiraz etməyəcək"

© Photo : Benyamin Netanyahunun rəsmi twitter səhifəsiAzərbaycan Prezidenti İlham Əliyevin İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Vahid Bayramov: "Ermənistan, həmişə olduğu kimi, hay-küy salacaq, etiraz edəcək. Buna normal baxmaq lazımdır"

BAKI, 18 dek — Sputnik. "Təbii ki, Azərbaycan durub Rusiyaya hücum edən deyil. Bizim ancaq bir düşmənimiz var, o da Ermənistandır. Ona görə hesab edirəm ki, İsraillə Azərbaycan arasında müdafiə sahəsində imzalanan müqaviləyə Rusiyadan heç bir mənfi təzyiq olmayacaq".

© Sputnik / ANar MustafayevПредставитель международной ассоциации Израиль-Азербайджан "АзИз" Вахид Байрамов
Представитель международной ассоциации Израиль-Азербайджан АзИз Вахид Байрамов  - Sputnik Azərbaycan
Представитель международной ассоциации Израиль-Азербайджан "АзИз" Вахид Байрамов

Bunu Sputnik-ə açıqlamasında, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AİBA) rəhbəri Vahid Bayramov deyib. İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə son səfərini və iki ölkə arasında müdafiə sahəsində imzalanan, həcmi 5 milyard dollara yaxın olan müqaviləni dəyərləndirən V. Bayramov bildirib ki, hər dövlət başqa bir dövlətlə silah ticarəti qurmaqda sərbəstdir və bu, beynəlxalq hüquqa zidd deyil.

"Başqa ölkələrin olduğu kimi, Azərbaycanın da haqqı var ki, istənilən dövlətlə silah alveri aparsın. Əlbəttə, aydın məsələdir ki, Rusiya böyük dövlətdir. Biz onlardan da silah alırıq. Eynilə də başqa ölkələrdən, o cümlədən də İsraildən. Bu, ticarətdir, normal qarşılanmalıdır", — ekspert bildirib.

O, Rusiyadan hər hansı təzyiq olacağını zənn etmir: "Əgər yadınızdadırsa, ermənilər Rusiya baş nazirinin müavini Dmitri Roqozinə etiraz eləmişdilər ki, "siz nə üçün Azərbaycana silah satırsınız?" O da cavab vermişdi ki, "əgər biz satmasaq, Azərbaycan özünə başqa yerdən silah alacaq". Yəni ruslar özləri də bunun bir ticarət olduğunu yaxşı bilirlər".

Assosiasiya rəhbəri əlavə edib ki, Azərbaycan bir neçə ölkədən, Pakistandan, Türkiyədən də silah alır və almağa davam edəcək. Bayramov, İsrailin Azərbaycana "Dəmir qübbə" raket əleyhinə müdafiə sistemi satmaq istəməsi, həmçinin iki ölkə arasında Bakıda imzalanan 5 milyard dollar həcmindəki silah ticarətinə Ermənistanın hansı reaksiya göstərəcəyi ehtimalından da danışıb: "Əlbəttə, onlar həmişə olduğu kimi, hay-küy salacaqlar. Etiraz edəcəklər. Buna normal baxmaq lazımdır. Bizə Ermənistanın 1 santimetr torpağı lazım deyil. Bizə öz ərazimizi düşməndən azad eləmək lazımdır. İsraillə imzalanan silah sazişi ərazilərimizi azad eləmək üçündür. Başqa məqsədimiz yoxdur".

Qeyd edək ki, İsrail Azərbaycana raket əleyhinə müdafiə sistemi sata bilər. Bu məsələ İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana dünən etdiyi səfər zamanı da müzakirə olunub.

Xəbər lenti
0