14:59 23 Sentyabr 2017
Canlı yayım
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qərblə münasibətləri gərginləşəndə Şanxayı gündəmə gətirir

© REUTERS/ Murat Cetinmuhurdar/Presidential Palace/Handout
TƏHLİL
Qısa URL
89 0 0

Barış Doster: Prezident hər dəfə Qərblə münasibətləri pisləşəndə Türkiyənin "Şanxay beşliyi"nə daxil olacağını deyir.

BAKI, 21 noy-Sputnik. Diqqət etsək görərik ki, son 5-6 ildir nə vaxt Qərblə aramızda bir gərginlik olsa, Ərdoğan Şanxayı gündəmə gətirir.

Bunu Türkiyəli politoloq və yazar Barış Doster Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Şanxay beşliyi"nə qatılmaqla bağlı açıqlamalarını Sputnik-ə şərh edərkən deyib.

Qeyd edək ki, Ərdoğan Türkiyənin, "Şanxay beşliyi" adlandırılan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola biləcəyi fikrini növbəti dəfə dilə gətirib. Avropa Birliyinin onları yola verdiyini bildirən Ərdoğan, Türkiyənin "Şanxay beşliyi" daxilində daha rahat hərəkət edə biləcəyini söyləyib.

Barış Doster isə deyib ki, Türkiyə sərmayəsi və dövlət strategiyasının Avrasiyaya yönəldiyinə dair heç bir iz yoxdur. "Ərdoğan sadəcə ictimai rəyə oynayır" — deyə ekspert bildirib.

"Şanxay Əməkdaşlıq Təşkilatı daxilində yer alan başda təsisçilər Rusiya və Çin olmaqla ən sonda üzv olacağı müəyyənləşən Pakistan və Hindistan da daxil olmaqla çox da səmimi tərəfdaş üzvlər kimi görünmürlər. Amma o təşkilatın bir üstünlüyü var ki, hələlik formalaşma mərhələsindədir və hər bir namizəd ölkə ilə daha sərbəst davrana bilirlər. ŞƏT Avropa Birliyi kimi millətlərin fövqündə olan bir təşkilat yox, sadəcə beynəlxalq təşkilatdır" — deyə Doster əlavə edib.

Əlaqədar

Bəşər Əsəd: "Ərdoğan manyakdır"
Ərdoğan jurnalistin "siz diktatorsunuz?" sualına, görün nə cavab verdi
Ərdoğan jurnalistin sualına elə cavab verdi ki...
Obama ilə Ərdoğan arasında telefon danışığı olub
Ərdoğan Putinin xahişini yerə salmadı
Teqlər:
Rusiya, Qərb, Türkiyə, Şanxay Əməkdaşlıq Təşkilatı, Rəcəb Tayyib Ərdoğan, Barış Doster

Əsas mövzular