05:55 25 Fevral 2018
Canlı yayım
Putin və Ərdoğan

"Ankara Ukrayna məsələsində Moskvanın mövqeyini müdafiə edə bilər"

© REUTERS/ Sergei Karpukhin
TƏHLİL
Qısa URL
561 0 0

Türkiyəli ekspertlərin fikrincə, Jirinovskinin son bəyanatı Rusiya ilə Türkiyə arasında gizli razılığın əldə olunduğuna işarədir

BAKI, 17 noy — Sputnik. Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Yaxın Şərq bölgəsinin vaxtilə Osmanlı torpağı olduğunu deyib və əlavə edib ki, Türkiyənin İraqın və Suriyanın şimalında tarixi haqqı var. Jirinovski bu barədə Rossiya 1 telekanalında yayımlanan "Veçer" proqramında danışıb.

"Türklər İraqın və Suriyanın şimalını birləşdirmək istəyir. Onların buna haqqı çatır. Daha əvvəl bu torpaqlar Osmanlı İmperatorluğuna aid idi. Lozanna müqaviləsindən sonra sərhədlər dəyişdi. Bu da türklərin işinə gəlmir", — deyə partiya rəhbəri bildirib.

Vladimir Jirinovski sözlərinin davamında deyib: "Türkiyə üçün İraqın və Suriyanın şimalı, bizim Kırım və Donbass kimidir. Türkiyə orada etmək istədiyini etsin, biz isə buna gözlərimizi bağlayaq. Burda söhbət İraqın və Suriyanın şimalından gedir. Bu bölgələr Moskvadan idarə edilə bilməz ki. Bu barədə Rusiya olaraq düşünməyimiz lazımdır. Rusiya üçün Krım və Donbass nə anlama gəlirsə, Türkiyə üçün də İraqın və Suriyanın şimalı elədir. Krım və Donbass Rus dünyasının bir parçasıdır. Orada hər zaman ruslar yaşadı. Şimali İraq və Şimali Suriya da türk torpaqları idi. Ona görə düşünürəm ki, Rusiya və Türkiyə o bölgələr barədə razılaşmalıdır".

Orxan Qafarlı
© Foto: Orxan Qafarlının şəxsi arxivindən
Orxan Qafarlı

Sözügedən açıqlamanı Sputnik-ə şərh edən, Türkiyədə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlının sözlərinə görə, V. Jirinovski Rusiyanın xarici siyasətini yaxşı bildiyi üçün belə açıqlama verib: "Türkiyə və Rusiya böyük ehtimal ki, Suriya və İraqla bağlı bir çox məsələlərdə anlaşıb. Vladimir Jirinovskinin bəyanatları da buna hesablanıb. Jirinovski Rusiyada millət vəkilidir, həm də partiya sədridir. Rusiya siyasətini yaxından izləyən birisidir. Və əlbəttə ki, onun əlaqələri və böyük təcrübəsi var".

"Dolayısı ilə Jirinovski, Rusiya və Türkiyənin İraq və Suriya məsələlərində razılıq əldə etdiyini sezib. Və bunu sezdiyinə görədir ki, o, bu şəkildə açıqlamalar verir", — siyasi şərhçi qeyd edib.

Bununla belə, O. Qafarlı Türkiyə-Rusiya razılığının, hələ hər şey demək olmadığını əlavə edib: "Moskva ilə Ankaranın hər hansı məsələdə razılaşması dünya siyasətində hər şeyin bitdiyi anlamına gəlmir. Amerikanı, Çini, İranı və bölgədəki digər gücləri də hesaba almaq lazımdır".

Türkiyəli jurnalist-yazar, politoloq Yılmaz Altınsoy da, Sputnik-ə iki ölkə arasında son zamanlar sıxlaşan əlaqələrə toxunub: "Moskva və Ankara arasında son vaxtlar rəsmi görüşlərin sayı çoxalıb. Bu görüşlər zamanı İraq, Suriya və Ukrayna böhranlarının gündəmə gəlməməsi mümkün deyil".

"Türkiyə və Rusiya prezidentləri qısa zaman aralıqları ilə, iki dəfə bir araya gəldilər. Daha sonra iki ölkənin ordu rəhbərləri Ankarada və Moskvada görüşdülər. Böyük ehtimalla, təkbətək danışıqlar zamanı Suriya, İraq, o cümlədən də Ukrayna məsələləri müzakirə edilib. Yəqin ki, tərəflər qarşılıqlı güzəştlər barədə söz açıblar", — Altınsoy qeyd edib.

Politoloq Yılmaz Altınsoy
© Foto: Yılmaz Altınsoyun şəxsi arxivindən
Politoloq Yılmaz Altınsoy

Onun fikrincə, Türkiyənın, yaxın gələcəkdə Ukraynanın şərqi ilə bağlı Rusiyanın mövqeyini dəstəkləməsi istisna edilə bilməz: "Öz növbəsində Rusiya İraq və Suriya məsələlərində Ankaranın maraqlarını mütləq nəzərə alacaq".

Araşdırmaçı, rus siyasətçi Vladimir Jirinovskinin bəyanatını olduqca müsbət dəyərləndirib: "Bu açıqlamaları şəxsən izləməmişəm. Ancaq deyilənlər doğrudursa, bu, tamamilə tarixi faktlara söykənir. Bəli, Donetsk və Luqansk Rusiya üçün nə anlam verirsə, Suriya və İraq da Türkiyə üçün o mənanı verir".

Əlaqədar

Rusiya və Türkiyə Baş Qərargah rəisləri arasında danışıqlar olub
"Rusiya-Türkiyə barışığı bizim qələbəmizi təmin etdi"
Rusiya ilə Türkiyə pasportsuz gediş-gəliş rejiminə keçə bilər
Türkiyə-Rusiya yaxınlaşması doğru seçim kimi qiymətləndirilir
Rusiya Prezidenti Türkiyəyə gedir
Rusiya ilə Türkiyə tarixi anlaşmanın astanasında
Rusiya-Türkiyə yaxınlaşması Suriyaya nə vəd edir?
Teqlər:
Liberal Demokrat Partiyası, Orxan Qafarlı, Vladimir Jirinovski, Yılmaz Altınsoy, İraq, Osmanlı, Suriya, Rusiya, Yaxın Şərq, Türkiyə

Əsas mövzular