Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yaxın Şərqdə yeni dövlət yaradırlar

© AFP 2023 / DELIL SOULEIMANSuriyada kürdlər
Suriyada kürdlər - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, hazırda kürdlərin "xidmətlərindən" istifadə etməyən yeganə dövlət Türkiyədir

BAKI, 17 noy — Sputnik. ABŞ İraq və Suriyada kürdlərə hərbi dəstək verməkdədir. Bir fərqlə ki, İraqda ABŞ kürdlərlə yanaşı, İraq hökumətinə yardım edirsə, Suriyada bu yardımı yalnız kürdlərə edir. Ekspertlər hesab edirlər ki, Azad Suriya Ordusu (ASO) adlanan qruplaşma isə həm kürdlərə, həm İŞİD-ə, həm də Suriya hökümətinə qarşı mübarizə aparır.

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Politoloq İlqar Vəlizadə Sputnik-ə deyib ki, ABŞ müxtəlif vasitələrlə Suriya kürdləri ilə münasibət qurmağa çalışır: "Çünki onların da əsas hədəfləri İŞİD terror qruplaşmasıdır. Bu müharibədə kürdlər həm ABŞ, həm də Bəşər Əsəd üçün lazımi mütəşəkkil bir qüvvədir. Kürdlərin "xidmətlərindən" istifadə etməyə tələsməyən və hətta imtina edən yeganə dövlət isə Türkiyədir".

Onun sözlərinə görə isə, Bəşər Əsəd kürdlərin muxtariyyətini istəmir: "Rusiya ilə Bəşər Əsəd arasında mümkün kürd muxtariyyəti ilə bağlı fikir ayrılığı da olub. Bu fikir ayrılıqları, hətta onların aralarında soyuqluğa gətirib çıxarmışdı. Əslində, Bəşər Əsədin mövqeyi ondan ibarətdir ki, mövcud Suriya hakimiyyəti yalnız Suriya böhranı həll olunandan sonra Suriya kürdləri ilə danışıqlara gedə bilər. Bu danışıqların şərtləri müəyyən olunmayıb və ümumiyyətlə, Suriyanın hazırki hakimiyyəti bu haqda danışmağa hazır deyil".

İraq məsələsinə gəldik, İ. Vəlizadənin sözlərinə görə, faktiki olaraq bu ölkədə üç hissədən ibarət cəmiyyət yaranıb: "Lakin indiki şəraitdə regional və beynəlxalq güclər dövlətin parçalanmasını istəmir. Ona görə mən düşünmürəm ki, İraq və Suriyanın üç hissəyə parçalanması yaxın gələcək üçün real ssenari olsun. Amma de-fakto olaraq bu, belədir".

Politoloq Rasim Ağayevin sözlərinə görə isə, Suriya kürdlərinə Bəşər Əsəd tərəfindən muxtariyyət vəd olunub: "İraqda kürdlər muxtariyyət qazanıblar, Suriyada isə məsələ tam fərqlidir. De-fakto Suriyada bu muxtariyyət mövcuddur — onlar öz ərazilərini müəyyən ediblər, məktəblərini və yerli hakimiyyət orqanlarını yaradıblar. Amma bütün bunları növbəti quruluş zamanı qanuniləşdirmək lazımdır. Bu, Suriyanın üç hissəyə parçalanmasına səbəb olacaq ən mühüm məqamlardan biridir və bu üç hissədən biri də, şübhəsiz ki, kürd muxtariyyəti olacaq".

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

"Yəqin ki, onlara uzun zaman ərzində gözlədikləri federal quruluşu yaratmaq üçün kömək lazım olacaq. Sonra müəyyən sakitlik yarana bilər. Lakin bütün bunlar vaxt, güc və müəyyən dərrakə tələb edir. Hal-hazırda isə, Suriyanın bu vəziyyətində daha vacib olan ölüm-qalım və müharibənin dayandırılması məsələləridir", — deyə politoloq bildirib.

ABŞ-da keçirilən prezident seçkilərinin regiondakı vəziyyətə təsirini şərh edən Rasim Ağayev, yeni prezidentin bu məsələdən xəbərsiz olduğunu deyib: "Tramp öz ismarıcını səsləndirdi, lakin bir biznesmen kimi o, ticarətlə məşğul olmaq əvəzinə, nəyə görə müharibə aparmaq lazım olduğunu, bəlkə də, heç təsəvvür etmir. O, hal-hazırda Suriyada gedən dərin mülki və millətlərarası ayrılma prosesini heç təxmin də etmir. Bütün bunları nəzarət altına almaq çox çətin olacaq. Lakin Tramp Suriyadan əl çəkib Moskva ilə razılaşsa, Əsəd məsələsi yenə ortaya çıxacaq. Çünki Əsəd özündə ordu və siyasi qüvvələri cəmləşdirir. Onun hakimiyyətdən getməsi isə yenidən vəziyyəti pisləşdirə bilər və hər şey yenidən başlayar".

Xəbər lenti
0