Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin-Tramp anlaşmasında "qırmızı xətt" də olacaq

© Sputnik / Сергей Пятаков / Mediabanka keçidПрилет госсекретаря США Хиллари Клинтон
Прилет госсекретаря США Хиллари Клинтон - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərə görə, Obamadan fərqli olaraq Tramp rusiyalı həmkarı Putinlə ümumi dil tapa biləcək: "Amma bu heç də o demək deyil ki..."

BAKI, 15 noy — Sputnik. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilən dövlət başçısı Donald Trampla telefonda danışıb. Sputnik xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.

"Cənab Putin prezident seçkisində qalib gəlməsi münasibətilə Donald Trampı təbrik edib və ona işlərində uğurlar arzulayıb", — Kremldən bildirilib.

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

Telefon danışığı zamanı Putinin həmkarına dialoq çağırışı etdiyi də qeyd olunub. "Bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında sizin administrasiyanız ilə tərəfdaşlıq dialoqu başlatmağa hazırıq", — Putin vurğulayıb.

Söhbət zamanı Rusiya-ABŞ əlaqələrinin çətin dövrdən keçdiyinə də diqqət çəkilib və əlaqələrin normallaşması üçün aktiv işlər görülməsinin vacibliyi qeyd olunub. Donald Trampın Barak Obamadan fərqli olaraq Vladimir Putinlə dil tapa biləcəyini deyən politoloq Elxan Şahinoğlu, ancaq bununla belə bəzi məsələlərdə fərqli düşüncələrin davam edəcəyi qənaətindədir.

"Hesab edirəm ki, Barak Obamadan fərqli olaraq Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ümumi dil tapa biləcək. Amma bu, heç də o demək deyil ki, Tramp üçün Ukrayna məsələsi arxa plana keçə bilər, yaxud da Krımı Rusiya ərazisi kimi tanıya bilər", — o, Sputnik-ə açıqlamasında bildirib.

Bununla belə, politoloq liderlərin Suriya məsələsində əməkdaşlıq etmələrini mümkün sayır: "Donald Tramp özü də deyir ki, əsas hədəf İŞİD-lə mübarizə olmalıdır. Onun Bəşər Əsədi devirmək kimi bir planı yoxdur. Bu məsələdə Trampın fikirləri faktiki Putinin fikirləri ilə eynidir. Mənim fikrimcə, Tramp rəsmi olaraq vəzifəyə başlayandan sonra Suriyada beynəlxalq koalisiya yarana bilər. İndi belə koalisiya yoxdur. Rusiya belə bir koalisiyanın yaranmasını çox istədi, ancaq Barak Obama administrasiyası buna müsbət cavab vermədi. Amerika ayrı savaşır, Rusiya ayrı, Türkiyə də ayrı savaşır".

© Photo : REPORTMillət vəkili Aydın Mirzəzadə
Millət vəkili Aydın Mirzəzadə - Sputnik Azərbaycan
Millət vəkili Aydın Mirzəzadə

"Beynəlxalq koalisiya yaransa, bu, hər kəsin xeyrinə olacaq. Düşünürəm ki, Tramp bu fikirlə razılaşacaq və bu onun rusiyalı həmkarı ilə ilk birgə fəaliyyəti ola bilər", — E. Şahinoğlu bildirib.

Mövzunu Sputnik-ə dəyərləndirən millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, Donald Trampın Vladimir Putinlə yaxınlıq etməkdə maraqlı olması, bir çox qlobal problemlərin həllini sürətləndirər: "Tramp və Putin arasında ola biləcək hər hansı yaxınlaşma dünyadakı gərgin siyasi atmosferi xeyli dərəcə aşağı sala bilər. Çünki son 20 ilin əsas problemi Moskva-Vaşinqton qarşıdurması olub. Dünyanın bir çox bölgələrində maraqları olan iki super dövlətin qarşıdurması digər məsələlərə olduqca mənfi təsir edirdi".

Deputatın fikrincə, Trampın Putinlə yaxınlıqda maraqlı olması bu mənfi təsirləri aradan qaldıracaq: "Birincisi, konflikt zonalarında razılıqlar əldə eləmək mümkün olacaq. Suriya, Yəmən, Liviya kimi ölkələrdə stabillik yaratmaq imkanı yaranacaq. İkincisi, Ukrayna uğrunda mübarizə bu ölkənin inkişafına dəstək formasında ola bilər. Əlbəttə, Krım, Donetsk, Luqansk məsələləri Rusiyanın Ukrayna ilə münasibətlərində yenə də xüsusi yer tutacaq".

A. Mirzəzadəyə görə, hərbi qarşıdurmanın iqtisadi əməkdaşlıqla əvəz edilməsi çox müsbət bir hal olardı: "NATO-nun anti-Rusiya xəttində müəyyən dəyişikliklər də ola bilər. O cümlədən də miqrant problemi mövzularında Rusiya-Amerika tərəfdaşlığını görə bilərik".

Xəbər lenti
0