13:59 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
TƏHLİL
Qısa URL
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)
126 0 0

ABŞ-ın yeni prezidenti hələ seçki kampaniyası ərəfəsində qaçqınların ölkədən kənarlaşdırılacağını, Meksika-ABŞ sərhədinə sədd çəkməyi planlaşdırdığını demişdi

BAKI, 14 noy — Sputnik. Birləşmiş Ştatların yeni prezidenti Donald Tramp ölkənin CBS telekanalına müsahibəsində qanunsuz miqrantlara qarşı mərhəmətli davranmayacağını deyib. Sputnik bu barədə İndependent-ə istinadən məlumat verir.

Politoloq Araz Əlizadə
© Photo : APA
Politoloq Araz Əlizadə

"ABŞ-da qeyri-qanuni yaşayan 2-3 milyon köçkünü ölkədən uzaqlaşdıracağam. Cinayətkar keçmişi olan, mafiya üzvləri, narkotik vasitələrin ticarəti ilə məşğul olan və Amerikaya qeyri-qanuni yollarla daxil olan miqrantlar ölkədən çıxarılacaq", — Tramp bildirib.

Xatırladaq ki, Donald Tramp hələ seçki kampaniyası ərəfəsində qaçqınların ölkədən kənarlaşdırılacağını, Meksika-ABŞ sərhədinə sədd çəkməyi planlaşdırdığını demişdi. Məlumata görə, hazırda Amerikada təqribən 11 milyon miqrant yaşayır.

Trampın miqrantlarla bağlı açıqlamasını Sputnik-ə şərh edən millət vəkili Araz Əlizadə, ABŞ-ın yeni prezidentinin dediklərində qanunsuz heç nə görmədiyini deyib: "Donald Tramp CBS-ə açıqlamasında Amerikada qeyri-qanuni yaşayan miqrantları nəzərdə tutub. Açığı desəm, mən də istəmərəm ki, öz ölkəm olan Azərbaycanda qanunsuz miqrant yaşasın. Təsəvvür edin, hazırda Birləşmiş Ştatlarda 3 milyona yaxın miqrant qanunsuz yaşayır".

"Vaxtilə bəziləri onlara şərait yaratdılar ki, ölkəyə girsinlər. Çünki ucuz işçi qüvvəsi sərf edirdi. Bu da amerikalıların özlərinə ziyan vururdu. 3 milyon qanunsuz miqrant demək — 3 milyon amerikalının işsiz qalması deməkdir. Tramp məhz bununla mübarizə aparmaq istəyir. Bunun nəyi yanlışdır ki?", — Əlizadə sual edib.

Deputat ABŞ-ın bir çox ştatlarında Donald Tramp əleyhinə davam edən aksiyaları iri media holdinqlərinin nə üçün görməzdən gəldiklərinə də münasibət bildirib: "Bizdə kimsə qeyri-qanuni mitinq keçirən zaman, polis onları meydandan uzaqlaşdıranda, istər CNN olsun, istər BBC, istərsə də digər qərbli media holdinqləri — hamısı canfəşanlıqla hər şeyi çəkib göstərirdi. Lakin amerikan polisi zənciləri güllələyəndə, yaxud da aksiyaçılara gözyaşardıcı qazla müdaxilə edəndə, həmin telekanallar olanları görməzdən gəlirdi. İndi də həmin şeydir".

Donald Trampın qanunsuz miqrantların dərhal ölkədən qovulacağı bəyanatını politoloq Fikrət Sadıxov da şərh edib. O, Sputnik-ə açıqlamasında təəssüflə qeyd edib ki, əksər amerikalılar özləri Trampın fikirlərini dəstəkləyirlər.

Politoloq Fikrət Sadıxov
© Sputnik / Murad Orujov
Politoloq Fikrət Sadıxov

"Amerika özü miqrantlar ölkəsidir, ancaq bunlar yeni axının qarşısını almaq üçün yeni prezidentə dəstək verirlər. Lakin burada bir məqamı da görmək lazımdır. Trampı özüm də dinləmişəm. O, Amerikada yaşayan qanunsuz miqrantları nəzərdə tutur. Əgər söhbət məhz o cür miqrantlardan gedirsə, deməli əsas məqsəd qanun-qayda yaratmaqdır", — siyasi şərhçi bildirib.

O, düşünür ki, D. Tramp sonuncu miqrant axınını nəzərdə tutur: "O, amerikalıların təhlükəsiz şəraitdə yaşamalarına şərait yaratmaq məqsədi güdür. Yox əgər Tramp bütün miqrantları kortəbii şəkildə ölkədən çıxarmaq istəyirsə, bu, böyük bir qalmaqala səbəb ola bilər və ölkənin daxilində hakimiyyət əleyhinə nümayişlərə, kütləvi qarşıdurmalara gətirib çıxara bilər".

F. Sadıxov hazırda ABŞ-da davam edən aksiyaları Qərb mediasının nə üçün işıqlandırmadığını isə belə şərh edib: "İri media şirkətləri bir çox oliqarxların əlindədir və onlar tərəfindən idarə olunur. Reallıq budur. Həmin oliqarxlar hər şeyi lazım olan istiqamətdə idarə edirlər".

Mövzu:
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)

Əlaqədar

Fikrət Sadıxov: Biz Trampı maraqlandırıb onunla yaxından işləməliyik
Binəli Yıldırımla Donald Tramp arasında telefon danışığı olub
Dünya şöhrətli model: Tramp çox yaxşı kişidir
"Trampın qalib gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açacaq"
Tramp və Obama ilk görüşdə fikir ayrılıqlarını aradan qaldıra bilməyiblər
Bu da Trampın Azərbaycandakı sərvəti
Amerika-İslam Şurasının rəhbərindən Trampa ismarış
Azərbaycan hökuməti Trampla səmərəli əməkdaşlığa ümid edir
Teqlər:
CBS, Donald Tramp, Fikrət Sadıxov, Araz Əlizadə, miqrant, Birləşmiş Ştatlar, ABŞ

Əsas mövzular