03:21 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
TƏHLİL
Qısa URL
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)
58921

ABŞ-ın xarici siyasətində yeni üfiqlərin açılacağı və münaqişə strategiyasının əməkdaşlıqla əvəzlənəcəyi gözlənilir

BAKI, 10 noy — Sputnik. "Barak Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionu ABŞ-ın diqqətindən tamamilə kənarda qalmışdı. Donald Trampın bu cür siyasətə son qoyacağını deməsi bizi ümidləndirir".

Millət vəkili Elman Nəsirov
© Sputnik / Murad Orujov
Millət vəkili Elman Nəsirov

Bu sözləri Sputnik-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, Donald Trampın hansı idarəçilik sistemini tətbiq edəcəyi ilə bağlı müəyyən proqnozlar vermək mümkündür: "Donald Trampın yaxın 4 il ərzində ABŞ prezidenti olacağı artıq bəllidir. 2017-ci il yanvar ayının 20-də onun inauqurasiyasıdır. Həmin andan etibarən Tramp dövlətin idarəçiliyinə başlayır. Onun hansı idarəçilik sistemini tətbiq edəcəyi ilə bağlı müəyyən proqnozlar vermək mümkündür. Bu, onun seçkiqabağı verdiyi vədlərdən qaynaqlanır".

"Tramp qeyd eləmişdi ki, ilk növbədə özündən əvvəlki administrasiyanın yeritdiyi səhv siyasət nəticəsində yaranmış problemlərin həllinə nail olmaq istəyəcək. Bu, əsasən xarici siyasət məsələləri ilə bağlıdır. Yaxın Şərqdə yaranmış xaosu aradan qaldırmaq, ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaqdan, demokratiya adı altında bir çox ölkələrdə siyasi hakimiyyətləri devirmək ənənəsindən imtina etmək məsələləri gündəmdə olacaq", — deputat bildirib.

E. Nəsirov, ABŞ-ın yeni administrasiyasının Azərbaycanla bağlı nə cür siyasət yeridəcəyinin maraqla gözlənildiyini deyib: "Bizim regionla, konkret desək, Azərbaycanla bağlı Donald Tramp administrasiyasının hansı siyasət yeridəcəyi bizlər üçün də maraqlıdır. Tarixən daha çox Respublikaçılar regionda fəal siyasətləri ilə seçilirlər. Barak Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionu ABŞ-ın diqqətindən tamamilə kənarda qalmışdı. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində biz rəsmi Vaşinqtonun passiv siyasətinin şahidi olduq. Bu səkkiz il ərzində bir dəfə də olsun Birləşmiş Ştatların paytaxtında, nə də digər şəhərlərində münaqişənin həlli ilə bağlı prezidentlər səviyyəsində görüşün şahidi olmadıq. ABŞ sanki prosesləri kənar müşahidəçi statusunda izləyirdi".

"Yeni seçilən prezident isə bu cür siyasətdən imtina edəcəyini deyib. Düzdür, o, konkret olaraq Cənubi Qafqazın adını çəkməyib, ümumilikdə əməkdaşlıq siyasətinə üstünlük verəcək və daha fəal siyasət yeridəcək. Bu, nə təzyiqə nə də təhdidə əsaslanacaq. Əgər Obama siyasətindən imtina fikri irəli sürülübsə, bu, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəlki administrasiyanın siyasətindən fərqli siyasət vəd edir. Bu, bizim üçün olduqca əhəmiyyətlidir", — millət vəkili vurğulayıb.

O, ABŞ-ın yeni prezidentinin Yaxın Şərqlə bağlı hansı siyasi yolu izləyəcəyi barədə isə bunları deyib: "Obama administrasiyasının hesabına yazılacaq ən böyük qüsur, ən böyük səhv Yaxın Şərqdə yeritdiyi fəlakətli siyasət olacaq. Barak Obamanın 2009-cu ildə Misirin Qahirə universitetindəki məlum çıxışından qısa müddət sonra "ərəb baharı" başladı. Misir, Suriya, Liviya və digər müsəlman dövlətlərində inqilablar, toqquşmalar, vətəndaş müharibələri başladı. Bunun fəlakətli nəticəsi indi göz qabağındadır. Donald Tramp bu siyasətdən də imtina edəcəyini bildirib. Başqa ölkələrin daxili işlərinə qarışmaqdansa, daha çox əməkdaşlığa üstünlük verəcək".

Asim Mollazadə
Asim Mollazadə

"Bu onu göstərir ki, Tramp Rusiya ilə bağlı siyasətdə də fərqli yol izləyəcək. O, problemlərin həllində Rusiya faktorundan istifadə etməyi düşünür. Dünyanın bir çox bölgələrində Vaşinqtonla Moskvanın maraqları toqquşurdu. Hesab edirəm ki, biz bu qarşıdurmalardan imtina siyasətinin şahidi ola bilərik. Hər halda yeni administrasiyanın dövründə dünyanı narahat edən məsələlərlə bağlı ABŞ-ın fərqli siyasətinin, əməkdaşlığa söykənən siyasətinin şahidi olmaq istəyərdik", — E. Nəsirov qeyd edib.

Millət vəkili Asim Mollazadə də Trampın seçilməsinin fərqli mənzərə yaradacağı qənaətindədir. "Donald Trampın prezident seçilməsi Amerika Birləşmiş Ştatları xalqının iradəsinin nəticəsidir. Görünür, ABŞ-da müəyyən dəyişikliklərə ehtiyac hiss olunub", — o, Sputnik-ə açıqlamasında bildirib.

"Trampın prezident seçilməsi ilə yanaşı, həm senatda, həm də Konqresdə Respublikaçılar Partiyası üstünlük qazanıb. Amerika öz siyasətində müəyyən dəyişikliklər etməlidir, bu dəyişiklik münaqişələrin həllində, dünyada sabitliyin bərqərar olmasında ABŞ-ın daha fəal olmağına gətirib çıxaracaq", — deputat əlavə edib.

O, seçki kampaniyası dövründə ABŞ-dakı erməni lobbisinin Donald Trampın əleyhinə təbliğat apardığını və Trampın bu lobbi ilə heç bir əlaqəsinin olmamasının Azərbaycan üçün müsbət hal olduğunu söyləyib: "Azərbaycan Birləşmiş Ştatlarla bir neçə istiqamətdə əməkdaşlıq edir. Və mən güman edirəm ki, Trampın prezidentliyi dövründə bu tərəfdaşlıq daha da artacaq. Münasibətlər çox şaxəli istiqamətlərdə daha da inkişaf edəcək".

"Və biz çox istərdik ki, ABŞ yeni seçilmiş prezidenti ilə bölgədə münaqişələrin həlli ilə bağlı fəaliyyətini gücləndirsin. Burada digər bir ciddi məsələ də var ki, Donald Trampın prezident seçilməməsi üçün erməni lobbisi çox ciddi işlər görürdü. Trampın məhz bu diasporla heç bir əlaqəsi yoxdur. Onun üçün biz ümidvarıq ki, ABŞ-ın yürüdəcəyi siyasət, bilavasitə Qarabağ münaqişəsinin həllinə yardımçı olacaq", — A. Mollazadə vurğulayıb.

Mövzu:
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)

Əlaqədar

Donald Trampın prezident seçilməsi dünya liderlərini şoka salıb
Səfir: Trampın komandasında Qafqaz barədə məlumatlı ekspertlər var
Donald Tramp ABŞ prezidenti seçildi
Donald Tramp ABŞ-da prezident seçkilərində irəlidədir
Klinton Trampı sorğuda qabaqlayır
Donald Tramp seçkidən kənarlaşdırılır?
Tramp Putini "yerə-göyə sığdırmadı"
Teqlər:
Donald Tramp, Cənubi Qafqaz, Elman Nəsirov, Asim Mollazadə, Barak Obama, ABŞ

Əsas mövzular