11:58 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Müxalifət liderləri

İnhisarçı müxalifət

Abbas Atilay
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
171 0 0

Artıq Qərb Azərbaycan müxalifətinin ideyaları uğrunda ardıcıl mübarizə aparacağına inanmır

BAKI, 21 sen — Sputnik. Müxalifət düşərgəsində yenə də gərginllik yaşanmaqdadır. Məsələ ondadır ki, mövcud müxalifət liderlərinin böyük əksəriyyəti 80-ci illərin xalq hərəkatının önündə gedənlərdir. O illərdə bir çağırışla meydanlara yüz minləri toplaya bilirdilər.

Hərəkatın o zamankı və indiki liderləri elə o dövrdə anlamalıydılar ki, bu, hər zaman belə olmayacaq. İnsanların mübarizliyinin, dözümünün və inamının limiti var. Dəstəkdən sui-istifadə etmək olmazdı. Özünə vurğunluq sonda bu dərəcədə anormal vəziyyətə səbəb oldu. Meydanlara yüz minləri toplayan liderlər bu gün kiçik bir stadiona 2-3 min insan toplamaqda çətinlik çəkirlər.

Bu gün bir-birilərinə qənim kəsilən, düşmən olan müxalifət ayrı-ayrılıqda iqtidar olmağı ağlından belə, keçirə bilmir, birlik nümayiş etdirib qalib gəlsə belə, səlahiyyətlər uğrunda hansı qanlı savaşın olacağını çoxları düşünür. Bütün bunların təsadüfü olduğuna inanmaq artıq mümkün deyil. Əslində baş verənlər təkəbbür göstəricisi hesab edilə bilər.

Elə bu səbəbdən də demokratik ölkələrdə eyni şəxsin on illər boyunca partiya sədri olması mümkün deyil. Demokratik düşüncə elə müxalifət partiyasından başlayır. Partiya sədri postunu ölümünə qədər idarə etmək arzusunda olanlar iqtidara gəldikdən sonra daha tezliklə diktatora çevrilə bilirlər.

Son 20 ilin məğlubiyyəti son dərəcə əsəbi mühit yaradıb. Baş verənlər olduqca acınacaqlıdır. Kənar baxışla baxdıqda bir tərəfdə bir-birinin qanına susayan müxalifətçilər, digər tərəfdə isə bütün problemləri malalamağı bacaran rəqibləri dayanır.

Kənar seçici kimi seçməlidir? Kim daha cəlbedici və məqbul görünür? Bu suallara cavab tapa bilməkdən ötrü müxalifətin daxili savaşına nəzər yetirmək kifayət edir.

Azərbaycanda bütün bu illər ərzində müxalifət Qərbin, hətta mənəvi dəstəyini əldə edə bilməyib. Əgər, Ukraynadakı proseslərə Qərb müdaxilə etməsəydi, müxalifət repressiyalara məruz qala bilərdi. Lakin Kiyevdə demokratiya qalib gəldi. Düzdür, yüzlərlə insanın qanı töküldü. Ukrayna xalqı azadlığını qanı hesabına əldə etdi. Qərbin proseslərə fəal müdaxiləsi, müxalifətin ardıcıl, savadlı mübarizəsi sayəsində Ukraynada hakimiyyət dəyişikliyi ilə sonuclandı.

Azərbaycanda isə bu illər ərzində Qərbin dəstəyi olmayıb. Müxalifət isə prosesləri dəyişmək iqtidarında deyil. Qərbin Azərbaycan müxalifətinə bu dərəcədə sayğısız yanaşmasının çoxsaylı səbəbləri də mövcuddur. Əlbəttə ki, növbəti dəfə neft maraqlarından, din amilindən, geosiyasi maraqlardan danışmaq mümkündür. Azərbaycanın Avropanın bir hissəsi olaraq qəbul edilmədiyi barədə ehtimallar da irəli sürmək olar. Lakin bu təqdirdə yuxarıda verilən suala birmənalı cavab tapmaq mümkün olmayacaq.

Deməli, Qərbin Azərbaycan müxalifətindən üz çevirməsinin başqa səbəbləri də mövcuddur. Göründüyü kimi, Azərbaycan müxalifətinə Qərbin dəstəyinin yetərincə olmaması yalnız geosiyasi amillərlə və yaxud neft maraqları ilə bağlı deyil. Kənardan görünən budur ki, Azərbaycan müxalifəti Qərbin etimadını itirməyə başlayıb.

Diplomatik mənbələrlə sıx bağlılığı olan ekspertlər vurğulayırlar ki, Azərbaycan müxalifətinin tanınmış və əsas simalarından kimlərinsə son anda separatçılıq etməyəcəyi ilə bağlı Qərbdə əminlik yoxdur. Bir sözlə desək, Qərb Azərbaycan müxalifətinin ideyaları uğrunda ardıcıl mübarizə aparacağına o qədər də inanmır.

Son 20 ildə müxalifət ardıcıl mübarizə aparmayıb. Seçki öncəsi yaranan birliklər seçkidən dərhal sonra dağlıb və müxalifət bir-birinə qarşı nifrət püskürüb. Burada incə bir məqam mövcuddur. Azərbaycan müxalifəti yenilənmir və sanki inhisara götürülüb. Nəzərə almaq laızmdır ki, nə Şərqi Avropada, nə də ki post-sovet məkanında 20 il ərzində müxalifətdə olan siyasi qüvvə qalmayıb. Nəsil dəyişikliyi baş verib və siyasi müstəvini tamamilə yeni simalar doldurublar.

Milli-azadlıq və demokratiya savaşının iştirakçısı olan siyasi qüvvələr artıq Şərqi Avropada və keçmiş SSRİ məkanında siyasətlə məşğul olmurlar. Onlar öz missiyalarını həyata keçirərək, yerlərini yeni müxalifətçilər nəslinə verərək, özləri yoxa çıxıblar. Ukrayna, Gürcüstan və digər "məxməri" inqilablar baş vermiş ölkələrdə Qərbin dəstəyi məhz yeni müxalifətə olub, milli-azadlıq dövrünün qəhrəmanlarına isə yalnız fəxri yerlər ayrılıb.

Ən acınacaqlısı isə odur ki, Qərb siyasi dairələrində Azərbaycan müxalifətinin müəyyən hissəsinin marginal, korrupsiyaya uğramış və sistemsiz olması barədə rəy formalaşıb. Belə imic nə qədər ki, mövcuddur, Ukraynada müxalifətə edilən dəstəkdən danışmaq da mənasızdır.

Daha bir önəmli amil ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifətinə demokratik cəmiyyət quruculuğu üçün ayrılmış dəstəyin səmərəsiz və təyinata uyğun olmayan istiqamətlərdə sərf olunduğunu öz təcrübəsindən bilir. 1993-cü ildən başlayaraq müxalifətə yaxın QHT-lərə ayrılan qrantlardan artıq əsər-əlamətin belə, olmaması buna bir sübutdur.

Lakin uzun illər boyunca milli-demokratik düşərgəyə yaxın QHT-lərə heç də az olmayan məbləğ ayrılıb. Bu pullar bir sıra hallarda demokratiyanın inkişafına deyil, sədrlərin rifah halının yaxşılaşdırılmaısna yönəlib. Qonşu Gürcüstanda müxalifət liderləri alınan qrantları demokratiyanı öyrənməyə sərf edəndə, Azərbaycanda pulların mənimsənilməsi halları mövcud olub.

Daha bir amil ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifətinin ölkənin inkişafı proqramının olmasına inanmır. Müxalifət son illər ərzində bu sahədə olduqca passiv görünür. Nə sosial-iqtisadi, nə də siyasi islahatlarla bağlı təkliflər zərfini müzakirələrə çıxarmır. Müxalifət son seçkidə mənasız vaxt itkisi ilə yanaşı, problemlərə fundamental yanaşdığını nümayiş etdirə bilmədi. Bunun isə fəsadları olmalı idi. Necə ki, oldu.

Daha mühüm bir amil ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifətinin birləşə bilməyəcəyini və birləşsə də, həlledici məqamda parçalanacağı təhlükəsini nəzərə alır. Hər seçkidən sonra parçalanan və bir-birinə qarşı mübarizə aparan müxalifət bunun nə ilə başa çata biləcəyini öncədən düşünməli idi. Şüurlu, ya şüursuz şəkildə müxalifət özünü Qərbin dəstəyindən məhrum etdi. Həm də təkcə Qərbin dəstəyindən deyil…

Əlaqədar

Jirinovski razıdır, müxalifət narazı
Müxalifət fövqəladə vəziyyət qərarına münasibət bildirdi
Azərbaycan müxalifətinin anti-böhran təklifləri
Azərbaycanda müxalifət partiyalarının fəaliyyəti qadağan oluna bilər
Cəlaloğlu: Xalq müxalifəti başında görmək istərsə...
Teqlər:
dəstək, Qərb, mübarizə, iqtidar, siyasət, müxalifət

Əsas mövzular