13:31 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
7610

Ekspertləri Birləşmiş Ştatların Kobanidə hərbi baza yaratmasının görünməyən tərəflərini izah edirlər

BAKI, 20 sen — Sputnik. Birləşmiş Ştatlar ordusu Suriyanın şimalında, PYD-nin nəzarətindəki Kobani şəhərində hərbi hava bazası tikintisini tamamlayıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə məlumatı kürd xəbər agentliyi Bas News-a, adının açıqlanmasını istəməyən PYD rəsmisi verib.

PYD rəsmisinin sözlərinə görə, hazırda bazaya ABŞ ordusuna məxsus yük təyyarələri gətirilir. İlk belə təyyarə iki həftə öncə, hələ bazanın tikintisi başa çatmamış Kobaniyə yerləşdirilmişdi. Məlumata görə, Amerika hərbi hava bazasının müdafiəsini kürd silahlı birləşmələri yerinə yetirəcək.

Siyasi şərhçi Güngör Gökdağ
© Photo : Güngör Gökdağ şəxsi arxivindən
Siyasi şərhçi Güngör Gökdağ

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Rimelan və Kobani şəhərlərində hərbi baza yaratmağa çalışması barədə xəbər hələ iki ay əvvəl mətbuata sızmışdı. Lakin nə Vaşinqton, nə də bölgə dövlətləri məsələ ilə bağlı rəsmi açıqlama vermişdi.

Mövzunu Sputnik-ə dəyərləndirən türkiyəli politoloq Güngör Gökdağa görə, Suriya böhranının başlama səbəblərindən biri İraqda olduğu kimi, ABŞ-ın bu ölkədə də kürd dövləti yaratmaq istəməsidir: "Yaxın Şərqdə İsraillə üz-üzə gəlməyən, savaşmayan tək xalq kürdlərdir. Ağ Ev məhz bu amili nəzərə alaraq, kürdlər üçün dövlət yaratmaq planını işə salıb. Əslində bu proses yeni deyil, 2003-cü il İraq müharibəsinin kökündə də bu yatır. Məqsəd regionda İsrailə dost dövlət yaratmaqdır. Kobanidə yeni qurulan Amerika hərbi bazası da bu plana xidmət edir".

Politoloq Birləşmiş Ştatların Suriyanın şimalında aktivləşməsinin görünməyən tərəflərini də izah edib: "Xüsusilə son təyyarə böhranının həllindən sonra Türkiyənin Rusiya ilə ciddi əlaqələr qurması, Moskvaya yaxınlaşması Vaşinqtonu olduqca narahat edir. Amerikalılar bu gedişatı heç cür həzm edə bilmirlər. Nəticədə regionda Türkiyəni qıcıqlandıran hərəkətlərə baş vurur. Rəsmi Ankaranın terrorçu saydığı PYD-YPG ilə əməkdaşlıq edir".

Gökdağ hesab edir ki, Qərb blokunun terrorla mübarizədə Türkiyəni meydanda tək qoyması yeni ittifaqların qurulması ilə nəticələnə bilər: "Əslində kağız üzərində Türkiyənin müttəfiqləri Avropa və Amerika sayılır. Amma reallığa baxarkən görürük ki, nə Vaşinqton, nə də Avropa dövlətləri terrorla mübarizədə Ankaranın yanında yer alır. Heç bir tutarlı dəstək vermir. Tam əksinə, PKK terrorçularının Avropada fəaliyyəti üçün hər cür şərait yaradılır".

"Bütün bunları görən Türkiyə, istər-istəməz Qərb blokundan uzaqlaşır və uzaqlaşmaqda davam edəcək. Düşünürəm ki, Ankaranın Moskva ilə əlaqələri daha da güclənəcək və iki ölkə arasındakı yaxınlaşma prosesi daha da sürətlənəcək. Hətta ənənəvi ittifaqların pozularaq yeniləri ilə əvəzlənə biləcəyi də mümkündür", — siyasi şərhçi qeyd edib.

Fikrət Sadıxov_politoloq \ Политолог Фикрет Садыхов
sputnik.az
Fikrət Sadıxov_politoloq \ Политолог Фикрет Садыхов

Politoloq Fikrət Sadıxov isə Sputnik-ə açıqlamasında, ABŞ-ın Kobanidə hərbi baza yaratmasının öncədən gözlənildiyini söyləyib: "Suriyadakı böhranın istənilən ərəfəsində Amerika ilə kürdlərin mövqeləri üst-üstə düşürdü. Hər ikisi də həm İŞİD-ə, həm də Bəşər Əsədə qarşıdır. ABŞ kürd silahlıları (PYD-YPG) hər zaman İŞİD-ə qarşı döyüşən ən effektli güc olaraq görürdü və bu indi də belədir. PYD kimi təşkilatlardan güclü dövlətlər tez-tez istifadə edirlər".

"Müəyyən maraqlar var və bu maraqlar olduğu müddətcə ittifaqlar olur. Amma maraqlar pozulanda ittifaqlar da pozula bilir. ABŞ-PYD münasibətləri də belədir", — siyasi təhlilçi vurğulayıb.

F. Sadıxova görə, Vaşinqtonun kürd silahlılarla əməkdaşlıq etməsinin digər səbəbi də regionda Türkiyənin gücünü zəiflətməkdir: "Amerika Türkiyənin bölgədə söz sahibi olmasını xoşlamır. Ona görə də, Ankaranın terrorçu olaraq gördüyü qruplarla əməkdaşlıq edir, onlara silah satır. Əsas məqsədi regionda balans yaratmaqdır".

Əlaqədar

Ankara Suriyada kürd probleminə nöqtə qoya biləcəkmi?
Türkiyədə yer adları köhnə kürd adları ilə əvəz ediləcək
“O bölgəyə kürdlər yerləşdiriləcək”
"Avropa Birliyi kürd amilini bəhanə edərək viza müqaviləsini təxirə sala bilər"
Kürdlərin əsas hədəfi
"İranın Kürdüstan neftini daşımaq niyyəti Türkiyə ilə münasibətləri korlamayacaq"
Teqlər:
PYD, Suriya, hərbi baza, Birləşmiş Ştatlar, ABŞ

Əsas mövzular