Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə Suriyaya niyə girib?

© REUTERS / StringerTürkiyə Silahlı Qüvvələrinə məxsus tanklar "Fırat Kalkanı" adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib
Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar Fırat Kalkanı adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib - Sputnik Azərbaycan
Abunə olmaq
Nihat Əli Özcan: Bu bölgəni əlində tutan və cənuba doğru genişləndirən tərəf üstünlük əldə edəcək.

BAKI, 24 avq-Sputnik. Türkiyə Suriyaya niyə girib? Sputnik-in məlumatına görə, "Milliyet" qəzetinin yazarı Nihat Əli Özcan Cerablus əməliyyatını şərh edərkən bu suala cavab verib.

Cerablusun həm Türkiyə, həm PKK-nın Suriya qolu olan PYD, həm də İŞİD üçün əhəmiyyətli bir bölgə olduğunu vurğulayan Özcan deyib:

"Bu bölgəni əlində tutan və cənuba doğru genişləndirən tərəf üstünlük əldə edəcək. PYD buranı ələ keçirərək Afrin bölgəsinə də bir dəhliz açmaq istəyir. Türkiyə Suriya ilə tək dəhlizi olan bu bölgəni əlində tutub, həm PYD-nin dəhliz açmasının qarşısını almaq, həm də İŞİD-in gücünü azaltmaq niyyətindədir. Türkiyə bu sərhədin açıq qalmasını istəyir".

Özcanıs sözlərinə görə, aparılan kompleks əməliyyatdır. Türkiyənin qarşısında simmetrik bir ordu yoxdur, xalqın arasında olan asimmetrik bir güc var.

O, deyib ki, səhər saatlarında Suriyaya girən xüsusi təyinatlılar hədəfləri müəyyənləşdirərək, Azad Suriya Ordusunun koordinasiyasını təmin edir. Lazım olsa, qarşıdurma da olacaq. Bütün bu əməliyyatın gedişatı Azad Suriya Ordusunun uğurundan asılıdır. Onların gücü aşağı olarsa, Türkiyə daha çox əməliyyata diqqət yetirmək məcburiyyətində qalacaq. Bu əməliyyatın uzanması Türkiyənin əleyhinə olan bir vəziyyətdir. Bu əməliyyat çevriliş cəhdindən sonra Türkiyənin elastikliyini də test edəcək.

Xəbər lenti
0