04:31 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
TƏHLİL
Qısa URL
59 0 0

Siyasi müşahidəçilər Co Baydenin Ankara səfərini və planlaşdırılan müzakirələri həssasla izləyirlər

BAKI, 22 avq — Sputnik. NATO-nun Avropa üzrə birləşmiş silahlı qüvvələrinin baş komandanı Kortis Skaparotti Ankaraya gəlib. Sputnik Habertürk-ə istinadən xəbər verir ki, amerikalı generalın səfərdə əsas məqsədi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ilə görüşməkdir. Görüşdə, əsasən son terror hadisələri, o cümlədən Suriya mövzusunun müzakirə ediləcəyi bildirilir.

Qeyd edək ki, 15 iyul çevrilişə cəhddə təqsirli bilinən və hazırda ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə ekstradisiya məsələsini müzakirə etmək üçün daha dörd nəfərlik Amerika nümayəndə heyətinin də Ankaraya gəlməsi gözlənilir. Bu gün isə daha vacib amerikalı rəsmi — prezident Obamanın köməkçisi Co Bayden Türkiyəyə səfər edir. Baydenin həm prezident Ərdoğan, həm də baş nazir Binəli Yıldırımla görüşəcəyi qeyd olunub.

Türk politoloq Ahmet Akaydın. Arxiv foto
© Photo : Ahmet Akaydının şəxsi arxivindən
Türk politoloq Ahmet Akaydın. Arxiv foto

Amerika mediasına görə, Ankarada keçiriləcək bütün görüşlər gərgin olacaq. Çünki dünən Rəcəb Tayyib Ərdoğan yerli mediaya müsahibəsi zamanı, Fətullah Gülənin ekstradisiya məsələsini Co Baydenlə üz-üzə danışacağını və ölkəsinin bu tələbini amerikalı rəsmiyə şəxsən çatdıracağını söyləmişdi. Hətta Ərdoğan, Vaşinqtonun bu prosesi niyə uzatmasının onlarda ciddi şübhələr yaratdığını da deyib.

Mövzu ilə bağlı Sputnik-ə açıqlama verən türkiyəli jurnalist-yazar Ahmet Akaydın, Ərdoğan iqtidarının Ağ Evi küncə sıxışdırdığını iddia edib: "Əlbəttə, Amerikanın Türkiyə ilə, türk xalqı ilə düşmən olmaq istəyi yoxdur. Burda əsas hədəf Ərdoğanın özüdür. Çevriliş planını da Prezidentə qarşı hazırlamışdılar. Bu planı gerçəkləşdirə biləcək yeganə güc Fətullah Gülən şəbəkəsi idi".

"Və çalışdılar ki, bu adamların əli ilə Ərdoğanı devirsinlər. Amma uğursuz alındı. Nəticədə rəsmi Ankaranın əli-qolu açıldı və Gülənin ekstradisiya olunması üçün ABŞ-a ciddi təzyiqlər edir, hətta küncə sıxışdırır desək, yanılmarıq", — ekspert deyib.

Akaydına görə, hazırda Qərb bloku "ən yaxşı müdafiə hücumdur" taktikasından istifadə edir və Türkiyə hökumətini Fətullah Gülənin ekstradisiya tələbindən imtina etdirmək üçün Ərdoğan əleyhinə qlobal kampaniya başladıb: "Əgər Fətullah Gülən şəbəkəsi ABŞ-ın dəstəyi ilə çevrilişə cəhd edibsə, amerikalılar bu adamı Türkiyəyə asanlıqla təslim etməzlər. Ya öldürüb verər, ya da başqa ölkəyə qaçması üçün şərait yaradarlar. Bu məsələ məhz bu səbəbdən uzanır".

Onun fikrincə, əslində Ərdoğanın bu yöndə israrını da anlamaq olar: "Çünki hökumət özü də yaxşı bilir ki, Gülən təkbaşına çevriliş edə bilməz. Çevrilişin arxasında ABŞ Mərkəzi Kəşfiyyat İradəsinin durduğunu Ankarada yaxşı başa düşürlər".

Qərbin nə üçün Ərdoğanı devirmək istədiyini isə yazar belə izah edib: "Ərdoğan NATO-nun planlarına mane olur. Xüsusilə də Amerikanın Yaxın Şərq planlarına. Vaşinqton çalışır ki, İraqın şimalında olduğu kimi, Suriyanın şimalında da kürd avtonomiyası yaratsın. Buna isə Ərdoğan iqtidarı sərt şəkildə qarşı çıxır. Çünki Türkiyənin cənubunda güclü kürd dövlətinin yaranması gələcəkdə, Türkiyənin özünün cənub-şərq torpaqlarını itirməsi deməkdir".

Politoloq Fikrət Sadıxov
© Sputnik / Murad Orujov
Politoloq Fikrət Sadıxov

"Amerikalıları isə əsas maraqlandıran şey, konflikt olan bölgələrin sayını artırmaqdır. Çünki ABŞ-dakı iri silah şirkətlərinin öz məhsullarını daha çox sata bilməsi üçün belə yerlərə ehtiyacı var. PKK məsələsi də bu səbəbdən həll edilə bilmir", — Akaydın qeyd edib.

Mövzunu Sputnik-ə dəyərləndirən politoloq Fikrət Sadıxov da, Fətullah Gülənin arxasında ABŞ-ın durduğunu, məhz 15 iyul çevrilişində Vaşinqtonun də əli olduğu üçün Güləni Ankaraya təslim verməkdən boyun qaçırdığını bildirib: "Əgər Türkiyəni Fətullah Gülənin ekstradisiyası maraqlandırırsa, Amerikanı daha ciddi şeylər maraqlandırır. Vaşinqtonun əsas dərdi Türkiyənin Rusiya ilə yaxınlıq etməsidir. ABŞ bundan çox ciddi narahatdır. Co Bayden Ankaraya daha çox bu məsələyə görə gəlir".

Siyasi şərhçinin fikrincə, Qərbin Ərdoğana qarşı birləşməsinin, onu devirmək istəməsinin arxasında məhz bu səbəb dayanır: "Mən hesab edirəm ki, yaxın vaxtlarda ABŞ-Türkiyə əlaqələri düzəlməyəcək. Çünki artıq Obama administrasiyası son aylarını yaşayır və bu müddətdə Fətullah Gülənin Türkiyəyə qaytarılması real görünmür".

Əlaqədar

Ərdoğan PKK-nın terror aktlarının arxasında FETÖ-nun durduğunu deyib
"FETÖ yerini PKK-ya buraxıb"
Ərdoğan: FETÖ Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb
Dövlət Departamenti: Biz Türkiyə və ya FETÖ arasında seçim etməyəcəyik
Teqlər:
Fətullah Gülən, Ahmet Akaydın, Co Bayden, Fikrət Sadıxov, NATO, Avropa, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ

Əsas mövzular