10:08 24 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9496
İncirlik aviabazası

Türkiyə İncirlik aviabazasını rusların ixtiyarına verərsə...

© AFP 2018 /
TƏHLİL
Qısa URL
447 0 0

Ekspert: "Əgər Ankara Rusiyanın İncirlik bazasından istifadəsinə icazə versə, bu o deməkdir ki, artıq Bəşər Əsədə qarşı olan əvvəlki mövqeyindən çəkilib və onu devirmək fikrində deyil"

BAKI, 18 avq — Sputnik. Bir neçə gün öncə rus mətbuatı, Türkiyə hökumətinin İncirlik aviabazasını Rusiya Hava Qüvvələrinin sərəncamına verə biləcəyini yazmışdı. Xəbərdə qeyd olunurdu ki, əsas məqsəd Suriyada antiterror əməliyyatlarının effektivliyini artırmaqdır.

Politoloq Yılmaz Altınsoy
© Foto : Yılmaz Altınsoyun şəxsi arxivindən
Politoloq Yılmaz Altınsoy

İddianı səsləndirən şəxsin Rusiya Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov olması isə məsələnin ciddi ola biləcəyi ehtimalını gücləndirib. Bununla belə, nə Kreml, nə də rəsmi Ankara məlumatı təsdiqləyib.

Rusiya mediasında yer alan xəbərə, Sputnik-ə açıqlamasında münasibət bildirən türkiyəli politoloq Yılmaz Altınsoy, hazırki anda rus qırıcılarının İncirlik bazasından istifadə etməsinin mümkün olmadığını bildirib: "Türkiyə NATO dövlətidir. Nə qədər ki, belə olacaq, Türkiyə ilə Rusiyanın hərbi tərəfdaşlıq etməsi qeyri-mümkündür".

Onun sözlərinə görə, son günlər Rusiya-Türkiyə yaxınlaşması olsa da, Suriya məsələsində iki dövlətin maraqları üst-üstə düşmür: "Bəşər Əsədin gələcək taleyi mövzusunda Putinlə Ərdoğan eyni düşünmür. Türkiyə Əsədə qarşı müxalifləri dəstləkləyir, Putin isə müxaliflərə qarşı Əsədin tərəfində açıq şəkildə vuruşur. Belə olan halda, necə iddia etmək olar ki, Türkiyə İncirlik aviabazasını rus əsgərinin üzünə açsın?!".

Azərbaycanlı politoloq Zərdüşt Əlizadə də yayılan xəbəri real hesab etmir. "Əgər Türkiyə Rusiya ilə hərbi tərəfdaşlıq qurub İncirlik bazasından rus əsgərlərinin də istifadəsinə icazə versə, bu o deməkdir ki, Türkiyə Bəşər Əsədə qarşı olan əvvəlki mövqeyindən çəkilib. Yəni artıq onu devirmək marağında deyil. Üstəlik qiyamçıları əzməkdə Rusiyaya yardım edəcək. Təbii ki, bu, təsdiqini tapmamış bir iddiadır", — o, Sputnik-ə açıqlamasında bildirib.

Z. Əlizadənin sözlərinə görə, əgər iddia doğru çıxsa belə, bu, NATO-Türkiyə münasibətlərinə təsir etməməlidir: "Çünki, burada söhbət Suriyaya müdaxilədən gedir, NATO-Rusiya qarşıdurmasından yox. Bu, ölkələrarası müqavilə ilə gerçəkləşən bir prosesdir. İncirlik hərbi bazası Türkiyənin suverenliyi daxilindədir. Və Türkiyə istədiyi ölkə ilə istədiyi razılığa gələ bilər. Necə ki, İran bu gün Həmədan bazasından rusların istifadə etməsi üçün icazə verir, eyni şeyi Türkiyə də edə bilər".

Zərdüşt Əlizadə, politoloq
© Foto : STR
Zərdüşt Əlizadə, politoloq

Xatırladaq ki, Rusiya Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov RİA Novosti-yə deyib ki, Türkiyə İncirlik bazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verə bilər. "Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya qarşı atdığı müsbət addımların məntiqi davamı ola bilər." — deyə Morozov bildirib.

Onun sözlərinə görə, belə bir qərar Suriya və İranın Rusiyaya "Xmeymim" və "Həmadan" aviabazalarından istifadə etməsinə icazə verməsi fonunda qəbul edilə bilər.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov ötən həftə Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş danışıqlardan sonra Türkiyənin bu cür qərar verəcəyini istisna etməyib.

"Görüşdə Ərdoğan Suriyada terrorçulara qarşı mübarizədə Türkiyənin Rusiyanı dəstəkləməyə hazır olduğunu bəyan edib. Demək olmaz ki, Rusiyanın "İncirliyə" ehtiyacı var. Lakin bu cür qərar Türkiyənin terrorçulara qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa sözdə yox, əməldə hazır olduğunu nümayiş etdirərdi" — deyə Ozerov bildirib.

Əlaqədar

"ABŞ İncirlik bazasını boşaltmalıdır"
İncirlik hərbi bazasının komandanlığı həbs edildi
Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasını bağladı
Almanlara İncirlik şoku
ABŞ İncirlik bazasından çıxarılır?
ABŞ İŞİD-ə qarşı mübarizədə "İncirlik"dən istifadə edə bilər
Teqlər:
Suriya, ABŞ, NATO, İncirlik, Rusiya, Türkiyə

Əsas mövzular