Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Demokratiya gəldi-gedərdi, monarxiya əbədi...

© REUTERS / Chaiwat SubprasomBanqkokun (Tailand) seçki məntəqələrindən birində səsvermə
Banqkokun (Tailand) seçki məntəqələrindən birində səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra seçkilərdə böyük səs çoxluğu qazanmış partiya belə, ölkəni təkbaşına idarə edə bilməyəcək

Demokratiya gəldi-gedərdi, monarxiya əbədi...
Dmitri Kosırev,
"Rossiya seqodnya" BİA-nın siyasi şərhçisi

BAKI, 17 avq — Sputnik. Amerika və Avropa Birliyinin siyasi idarəetmə sisteminin hazırda böhran vəziyyətində olmasından irəli gəlir ki, dünyanın böyük (70 milyon əhali) və vacib dövlətlərindən birinin referendumla təsdiq olunmuş konstitusiyasında demək olar ki, açıq mətnlə yazılıb ki, Qərb demokratiyası ölkədə işləmir və onu əvəzləmək lazımdır. Söhbət demokratiyanın böhran keçirdiyi Tailanddan gedir. Amma digər tərəfdən, axı son illər Qərb demoktariyası harada normal işləyib ki?

İslamçılar - Sputnik Azərbaycan
TƏHLİL
Demokratiya atributlarına sadiqlik, yoxsa siyasi İslama doğru?

Korrupsiyada iştirak etməmək öhdəliyi

Referendumun nəticələrinin elanı və konstitusiyanın təsdiqinə hələ qalsa da, artıq tam şəkildə məlumdur ki, səs verənlərin böyük əksəriyyəti dəyişikliklərə "hə" deyib. Dəyişikliklərdə göstərilir ki, Tailand cəmiyyətinin maraqlarına uyğun demokratik prinsiplərlə idarə olunan xalq dövləti yaratmaq lazımdır.

Burada Qərb dəyərlərindən söhbət getmir. Bununla yanaşı, heç vaxt konfliktə meylli olmayan taylar Qərb dəyərləri ilə toqquşmağı da qarşılarına məqsəd qoymayıblar. Onlar sadəcə nəsə özlərinə məxsus model haqqında düşünürlər. Qəribədir ki, dəyişikliklərdən sonra, hətta seçkilərdə böyük səs çoxluğu qazanmış partiya belə, ölkəni təkbaşına idarə edə bilməyəcək. Qalib tərəf mütləq koalisiya formasında hökumət qurmalıdır və bunun üçün kompromis tapmalıdır. Onu da nəzərə alaq ki, kompromis tapmaq tək Tailandda deyil, ümumiyyətlə istənilən Asiya cəmiyyətində əsas dəyərlərindən hesab olunur.

Başqa sözlə desək, ölkəni azlıqda qalanların hüquqlarını məhdudlaşdıran çoxluq idarə edə bilməyəcək. Elə etmək lazım gələcək ki, hamı razı qalsın. Bu "Şərq" tərzi ənənəvi "Qərb" prinsiplərindən kəskin şəkildə fərqlənir.

Bütün bunlarla yanaşı, sistemin sığortalanma mexanizmi kimi hərbçilər hakimiyyətdə möhkəmləndirilir: hərbçilər parlamentin yuxarı palatasını — Senatı təyin edə biləcəklər və beləliklə, növbəti dəfə böhran yaranarsa, onların dövlət çevrilişi etməsinə ehtiyac qalmayacaq.

Baş nazir isə heç bir partiyanı təmsil etməməklə yanaşı, ümumiyyətlə parlamentdə seçilməyəcək. Nəzərə alsaq ki, ölkənin Ali Baş Komandanı kraldır, deməli bütün bunlar mahiyyət etibarı ilə monarxiyanın möhkəmlənməsinə hesablanıb.

Konstitusiyanın diqqəti cəlb edən iki maddəsinə 24-cü (tayların hüquqları barədə) və 10-cu (öhdəliklər barədə) nəzər yetirək. Kağız üzərində və ya sadəcə bəyannamə kimi olsa belə, məlum olur ki, Tailand vətəndaşlarının hüquqları avropalılardan daha çoxdur. Öhdəliklərə gəldikdə isə, onlar demək olar ki, yox dərəcəsindədir. Belə ki, sıravi vətəndaşlar mütləq təhsil almalı, korrupsiyada iştirak etməməlidirlər və s.

Непосредственно на площади сооружена 60-метровая сцена, по обе стороны которой вывешены фотографии основателя Мустафы Кемаля Ататюрка и президента Реджепа Тайипа Эрдогана - Sputnik Azərbaycan
İstanbulda keçirilən "Demokratiya və şəhidlər" mitinqi sona çatıb

Tailand, Ukrayna, Böyük Britaniya və sair

Konstitusiya dəyişiklikləri vətəndaş müharibəsi də daxil olmaqla, on illərlə sürən ardıcıl böhrandan sonra ərsəyə gələ bilib. Tailandda millətin uzun illər iki hissəyə parçalanması Ukraynadakı vətəndaş müharibəsini, Britaniyada AB-dən çıxma referendumunu və nəhayət ABŞ-da demokratlar və respublikaçıların mübarizəsini xatırladır. Söhbət Tailandda Qərb dəyərlərinin daşıyıcısı olanlarla onları qəbul etmək istəməyənlər arasındakı konfliktdən getmir, ümumiyyətlə Qərb cəmiyyətinin özündə son illər demokratiya modeli artıq işləmir.

Tailandda səsvermədə üstünlük bir qayda olaraq, inkişaf etmiş şimaldan daha çox əyalətlərin və kəndlərin öhdəsinə düşüb. Mandat qazanmış hakim partiya isə həmişə Banqok və digər iri şəhərlərdə olan orta təbəqə ilə qarşıdurmadan yayına bilmirdi. Belə şəraitdə ordu tez-tez hərbi çevrilişlər edirdi.

Monarxiya ölkədə yeganə sabitləşdirici milli institut kimi qalıb. 88 yaşlı kral 70 ildir ki hakimiyyətdədir, elə buna görə də konstitusiya dəyişiklikləri növbəti əvəzlənmə mexanizmi üçün sığorta rolunu oynayır. Məsələnin başqa tərəfi də var: Tailand onun vəziyyətində olan ölkələr üçün nümunə ola bilərmi?

Asiya müstəvisində bu mövzuda müzakirələrin getməsi cəlbedici görünür. Misal üçün "Banqok post" qəzetində Nobel mükafatı laureatı Cozef Stiqlis öz kitabı olan "Qloballaşma və narazılıq" əsərini xatırladaraq yazır ki, son 15 il ərzində onu bir məsələ düşündürüb ki, nə üçün inkişaf edən dünya qloballaşmaya qarşıdır. Günahkar qlobalistlər və liberallardır ki, onların səyi nəticəsində cəmi 1% yüksək gəlirli insanlar qazanırlar, amma orta təbəqə heç nəyə nail olmur. Beləliklə, inkişaf etmiş dünyada anti-qlobal çağırışlara tərəfdar olanların sayı durmadan artmaqdadır.

Yaxud da malayziyalı professor Əzim Fazvan dünyaya demokratiya modeli sırımaq istəyən liberal ideoloqlardan qisas alır. O xatırladır ki, belə ideoloqların bir fikri var: Qərb cəmiyyəti demokratiyaya daha çox uyğunlaşdığından hesab edirlər ki, başqalarına necə yaşamağı diqtə edə bilərlər. Ona görə inkişaf etmiş dünya artıq özünün nail olduğu ictimai kompromis modelini yaratmağa məcbur olub.

Vəziyyət vətəndaş müharibəsi həddinə çatmasa da, Malayziyada da situasiya Tailandı xatırladır. Kim deyir ki, demokratiya daimidir? Hazırda dünyada baş verən proseslərə nəzər salanda aydın olur ki, monarxiyanın yaşamaq şansı daha çoxdur.

Xəbər lenti
0