17:37 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
259722

Deputat: "Vladimir Putin Serj Sarkisyana güvənə bilmir. Çünki, Serj etibarlı adam deyil. Ani bir qərarla Vaşinqtonun qucağına əyləşə bilər".

BAKI, 10 avq — Sputnik. Son üç gündür ki, regionda ard-arda keçirilən görüşlər Qarabağ münaqişəsinin tezliklə həll olunacağı ab-havasını yaradıb. Öncə Bakıda Rusiya-İran-Azərbaycan üçtərəfli zirvəsinin keçirilməsi, ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyada Putinlə görüşməsi və bu gün Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya çağırılması ciddi gözləntilərə səbəb olub. Bəzi ekspertlər optimist fikirlər səsləndirsə də, əksini düşünənlər də az deyil.

Politoloq Araz Əlizadə
© Photo : APA
Politoloq Araz Əlizadə
Region dövlətləri liderlərinin görüşünü, bu ətrafda cərəyan edən siyasi prosesləri Sputnik-ə şərh edən millət vəkili Araz Əlizadə, yaranmış müsbət ab-havaya heç bir lüzum görmədiyini bu sözlərlə izah edib:

"Düzdür, Vladimir Putin özü də istəyir ki, Qarabağ münaqişəsi həll edilsin. Amma bunun üçün Ermənistanda etibar edilən siyasi rəhbər, hökumət olmalıdır. Cənab Putin isə Serj Sarkisyana güvənə bilmir. Çünki, Serj etibarlı adam deyil. Ani bir qərarla Vaşinqtonun qucağına əyləşə bilər. Belə olan halda, Rusiya ehtiyatla davranır. Qısacası, nə qədər ki, Serj Sarkisyan Ermənistan prezidentidir, Moskva Qarabağın həllində maraqlı olmayacaq".

A.Əlizadəyə görə, Rusiyanın İrəvana təsiri güclü olsa da, Ermənistanı ayaqda tutan əsas qüvvə xaricdəki lobbidir: "Bu ölkəni ayaqda tutan Amerika və Avropadakı erməni lobbisidir. Məhz onlar Rusiya rəhbərliyini də hədələyiblər. Və bu hədələr Moskvanı Qarabağla bağlı kəskin addımlar atmağa imkan vermir".

Politoloq Fikrət Sadıxov isə millət vəkilindən fərqli düşünür. O deyib ki, Azərbaycana qarşı yüksələn maraqlar, Qarabağ münaqişəsinin müsbət həllinə öz təsirini göstərəcək:

Politoloq Fikrət Sadıxov
© Sputnik / Murad Orujov
Politoloq Fikrət Sadıxov
"Bakıda keçirilən üçtərəfli sammit regionda yeni bir alyansın yaranmasına start verdi. Atılan addım, Azərbaycanın həm İran, həm də Rusiya ilə münasibətlərini daha da yaxınlaşdırır. Bu, ölkəmizə qarşı marağın artmasının göstəricisidir. Yəni, aparıcı dövlətlər başa düşür ki, bu regionda Azərbaycanın yeri, rolu çox böyükdür. Azərbaycan artıq elə bir oyunçuya çevrilib ki, bütün irimiqyaslı layihələr ölkəmizin iştirakı olmadan həyata keçirilə bilmir. Belə bir fonda, Ermənistanın hansısa addımları, siyasi istiqamətləri faktiki olaraq arxa plana keçir".

Fikrət Sadıxov deyib ki, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması da Ermənistanın siyasətinə mənfi təsir edir: "Çünki əgər Moskva və Ankara yaxınlaşır və tərəfdaşlıq əlaqələrini bərpa edirsə, bu zaman rəsmi İrəvan ofsaytda qalır, yəni kənara çəkilir, heç bir layihəyə qoşula bilmir. Bu ölkənin təbii resursları yoxdur və faktiki olaraq dalana dirənib. Bir mənalı olaraq, bütün bu görüşlər, Azərbaycana qarşı yüksələn maraqlar, Qarabağ münaqişəsinin müsbət həllinə təsirini göstərməlidir. Çox yaxın gələcəkdə olmasa da, gələcək perspektivlikdə yaxşı bir şeylər vəd olunur". 

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya işgüzar səfərə gedib.
Sputnik-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putin. Moskva, Novo-Oqaryovo, Prezident iqamətgahı. 3 sentyabr 2013-cü il
© AP Photo / Maxim Shipenkov
Bildirilir ki, dövlət başçılarının görüşü zamanı strateji tərəfdaşlığın perspektivləri, iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdəki əməkdaşlığın əsas istiqamətləri müzakirə olunacaq.

Görüşdə Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılacaq.
Prezidentlər aktual beynəlxalq və regional məsələlərdən də danışacaqlar.

Qeyd edək ki, 7-8 avqustda İran və Rusiya prezidentlərinin Bakı, 9 avqustda isə Türkiyə prezidentinin Sankt-Peterburq səfərlərinin ardından regionda yeni geosiyasi situasiya yaranıb. Ermənistan-Azərbaycan münaqişəsi isə regiondakı əməkdaşlığa mane olur. Serj Sarkisyanın bu münaqişənin həlli ilə bağlı Moskvaya çağırıldığı bildirilir.

Əlaqədar

Serj Sarkisyan sentyabrın 1-nə qədər vaxt verib
Serj Sarkisyan Moskvaya çağırıldı
Vladimir Putin Bakıya, Serj Sarkisyan Moskvaya
Serj Sarkisyandan Qarabağ açıqlaması
İlham Əliyev: "Serj Sarkisyan Ginnesin "Rekordlar" kitabına düşməlidir"
Teqlər:
Ermənistan prezidenti Serj Sarkisyan, Fikrət Sadıxov, Araz Əlizadə, Vladimir Putin, Ermənistan, Vaşinqton, Rəcəb Tayyib Ərdoğan, Qarabağ

Əsas mövzular