19:33 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Krasnodarda Hyundai və KIA avtomobillərinin yığım sexı

Rusiya ilə elm tutumlu sahələrdə əməkdaşlıq etməliyik, çünki gələcək ondadır

© Sputnik / Igor Zarembo
TƏHLİL
Qısa URL
17 0 0

Ekspert: Moskva Azərbaycana bir hərbi vertolyot və yaxud bir hərbi təyyarə satdıqda, bunun dəyəri o qədər böyük bir məbləğlə ölçülür ki, Rusiya bazarında bu balansı düzəltmək üçün Azərbaycan min tonlarla məhsul satmalıdır.

BAKI, 9 avq-Sputnik. "Azərbaycanda təxminən 600 Rusiya şirkəti işləyir. Birbaşa investisiyaların həcmi 1,4 milyard dollara çatır. Amma diqqəti bəzi məqamlara cəlb etmək istərdim: bilirik ki, müxtəlif səbəblər üzündən, o cümlədən dünya iqtisadiyyatında, bizim iqtisadiyyatda böhran vəziyyəti, ənənəvi ixrac mallarımızın qiymətinin azalması, bununla əlaqədar məzənnə fərqləri ilə bağlı məlum problemlər dəyər ifadəsində ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb."

Bunu Rusiyanın prezidenti Vladimir Putin dünən Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

"Əlbəttə, perspektiv üçün yaxşı layihələrimiz var. Özü də bu, təkcə energetika sahəsinə aid deyil. Aydındır ki, başqa sahələrdə — maşınqayırma, yüksək texnologiyalar sahələrində də belədir. Fikrimcə bu, son dərəcə vacibdir. Xəzərdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız davam edir" — deyə Putin bildirib.

Onun fikirlərini şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə deyib ki, Rusiya Azərbaycanın ənənəvi bazarlarından biridir: "Kənd təsərrüfatı məhsullarından başqa ciddi şəkildə Rusiya bazarına çıxara biləcəyimiz məhsullar çox azdır. Spirtli içkilər ixrac edilə bilər. Əvvəllər daha çox idi. Son illərin rəsmi rəqəmləri göstərir ki, spirtli içkilərdə xeyli azalma var. 

Kənd təsərrüfatında, baxmayaraq ki, Rusiyaya qarşı sanksiyalar tətbiq olunub, rəsmi Moskva da cavab olaraq Avropa ölkələrinə və bu yaxınlara qədər Türkiyəyə də sanksiyalar tətbiq etmişdi. Rusiyada kənd təsərrüfatı bazarında bir boşluq, Rusiyaya kənd təsərrüfatı məhsullarının çıxarılmasında Azərbaycan üçün kifayət qədər münbit bir şərait yaranmışdı. Amma biz bu şansdan da kifayət qədər istifadə edə bilmədik. Rəsmi rəqəmlərə görə, Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında cəmi 2 faizə yaxın artım olub". 

Ekspertin fikrincə, Azərbaycan tərəfi anlamalıdır ki, Rusiya bazarı kifayət qədər böyükdür və burada radikal şəkildə Azərbaycanın ixrac edə biləcəyi məhsulları genişləndirmək lazımdır.
"Nəzərə almaq lazımdır ki, hər ehtimalda Rusiya ilə Azərbaycanın ticarət balansında bizim əleyhimizə olan ciddi mənfi saldo olacaq. Çünki, Rusiyanın bizə satdığı məhsullar daha bahalıdır. Biz Rusiyadan əsasən hərbi texnika alırıq. Moskva Azərbaycana bir hərbi vertolyot və yaxud bir hərbi təyyarə satdıqda, bunun dəyəri o qədər böyük bir məbləğlə ölçülür ki, Rusiya bazarında bu balansı düzəltmək üçün Azərbaycan min tonlarla məhsul satmalıdır. Yəni, Azərbaycanın satdığı ilə aldığı arasında normal bir balans yaransın. Bunu nəzərə alaraq, Rusiya bazarına daha ciddi şəkildə müdaxilə etməyimiz lazımdır"- deyə ekspert bildirib.

N.Cəfərlinin sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına həm dövlət, həm də banklar tərəfindən dəstək verilməlidir: "Uzunmüddətli ucuz kreditlərə çıxış imkanları olmalıdır. İstehsalın artırılması, yeni texnologiyaların tətbiq olunması üçün şərait yaradılmalıdır. Təəssüf ki, Azərbaycan olaraq hələ Rusiya bazarından kifayət qədər yararlana bilmirik".

İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə mövzunu şərh edərkən Sputnik-ə deyib ki, Rusiya ilə daha elm tutumlu sahələrdə, məsələn, telekommunikasiya sahəsində əməkdaşlıq etmək daha əlverişli olar. Çünki, gələcəkdə sənayedə elm tutumlu sahələr dünya iqtisadiyyatına diqtə edəcək.

Əlaqədar

Bakıda təyyarə və helikopterlərin yığılmasına hamı yaxşı baxır
Tarixi görüşdə liderlər önəmli açıqlamalar verdi
Tarixi Bakı zirvəsi: gələcək nə vəd edir?
Üç prezidentin növbəti görüşü İranda keçiriləcək
Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin yekun bəyannaməsi imzalanıb
Teqlər:
kənd təsərrüfatı, Natiq Cəfərli, Oqtay Haqverdiyev, Rusiya prezidenti Vladimir Putin, Bakı, bazar, Azərbaycan

Əsas mövzular