15:11 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
İncirlik

Türkiyədə antiamerika isterikası: "Rədd olsun amerikalı əsgərlər"

© AFP 2018 / STR
TƏHLİL
Qısa URL
27020

Adana vilayətinin İncirlik qəsəbə sakinləri iki gündür etiraz aksiyası keçirir. Onlar qəsəbədə yerləşən NATO-nun "İncirlik" hərbi bazasındakı amerikalı əsgərlərin ölkədən qovulmasını tələb edirlər.

BAKI, 4 avq — Sputnik. Türkiyənin Adana vilayətinin İncirlik qəsəbə sakinləri iki gündür etiraz aksiyası keçirirlər. Onlar qəsəbədə yerləşən NATO-nun "İncirlik" hərbi bazasındakı amerikalı əsgərlərin ölkədən qovulmasını tələb edir.

Yerli sakinlər Sputnik-in Türkiyə bürosuna açıqlama verərək amerikalı əsgərlərin nəyə görə ölkədən getməli olduğuna aydınlıq gətiriblər.

"Biz amerikalıların iç üçünü 15 iyul gecəsi gördük. Halbuki onları özümüzə dost sanırdıq. O gecə çevrilişə cəhd edən yerli xainlərlə amerikalı əsgərlər əlbir olub bizi kürəyimizdən xəncərləmək istədilər", — deyə Adanalılar bildirib.

Öncələri işlək və canlı olan İncirlik qəsəbəsi, hazırda olduqca səssiz, küçələr isə boşdur. NATO hərbçilərinin, xüsusilə amerikalı əsgərlərin qida ehtiyaclarını qarşılamaqla, onları kafe-restoranlarında qəbul etməklə pulunu qazanan qəsəbə əhli, son hadisədən sonra maddi cəhətdən çətinə düşüb. Ancaq buna baxmayaraq, Adanalılar hər şeydən əvvəl vətənin suverenliyini düşündüklərini bildiriblər.

Hazırda İncirlik hərbi bazasının dörd bir tərəfini türk polisi mühasirəyə alıb. Giriş və çıxışlar ciddi nəzarətə götürülüb. Amerikalı əsgərlər xalqın reaksiyasından qorxduqları üçün çölə çıxmağa cəsarət edə bilmir.

Qeyd edək ki, 15 iyul gecəsi çevrilişə cəhd edən hərbçilərin çoxu məhz İncirlik bazasından istifadə edib. Buradan havaya qalxan F-16 qırıcı təyyarələri Ankara və İstanbulda bir neçə dövlət obyektini, o cümlədən Türkiyə Böyük Millət Məclisini bombalayıb.

Hökumət tərəfdən rəsmi açıqlama verilməsə də, prezident Ərdoğan və baş nazir Binəli Yıldırım üstü qapalı tərzdə amerikalı əsgərləri işarə edərək, onların çevrilişçi əsgərlərə yardım etdiyini bildiriblər.

Wikileaks saytının yaradıcısı və hazırda sürgündə olan Culian Assanj da Türkiyədə baş verən 15 iyul hadisələrinin arxasında Amerikanın barmağı olduğunu söyləyib. O, bu hadisələrin izini olay gecəsi NBC telekanalında yayılan məlumatda axtarmağı tövsiyə edib.

"15 iyul gecəsi Türkiyədə baş verən hərbi çevriliş cəhdi zamanı NBC telekanalının Ərdoğanın Almaniyaya qaçması barədə yaydığı məlumat qiyamçı generallara xidmət edirdi." — deyə Assanj Ruptly TV-nin yaydığı müsahibəsində bildirib.

O, NBC-nin bu xəbəri ABŞ generalitetinə istinadla yaymasına diqqət çəkib:

"NBC həmin xəbərin mənbəyi kimi ABŞ-ın hərbi dairələrini göstərdi. Bu addım Türkiyədə hərbi çevriliş cəhdinin uğur qazanması üçün atıldı. Əgər prezident xaricə qaçırsa, bu onun ölkəni idarəni edə bilmədiyi mənasına gəlir."

Assanj ABŞ prezidentliyinə namizəd Hillari Klintonun da bu məsələdə əli ola biləcəyinə işarə edib:

İncirlik hərbi bazası
© AFP 2018 / STR
"Hillari Klintona yaxınlığı ilə seçilən NBC-nin bu mövqeyi ABŞ-Türkiyə əlaqələrinə təsirsiz ötüşməyəcək. Çünki qiyam gecəsi xeyli insan öldü, sonrakı günlərdə isə minlərlə şəxs həbs edildi."

Xatırladaq ki, NBC də daxil olmaqla, bəzi Qərb media orqanları 15 iyul gecəsi Türkiyədə hərbi çevriliş cəhdinin uğurlu olması ilə bağlı məlumatlar yaymışdı.

Mövzunu Sputnik-ə şərh edən türkiyəli politoloq Ahmet Akaydın, yaxın gələcəkdə bölgədə ciddi siyasi dəyişiklər gözlədiyini deyib:

"Türkiyədəki çevriliş cəhdinin arxasında Ağ Evin olduğunu artıq hər kəs bilir. Gizlədiləsi heç nə qalmayıb. Sadəcə olaraq, bizim dövlət adamları, bəzi strateji gerçəkləri göz önündə tutaraq, birbaşa ad çəkmir. Bilmirəm, bəlkə də cəsarət etmirlər. Ancaq bir şey dəqiqdir ki, əgər ABŞ rəhbərliyi Fətullah Güləni Türkiyəyə tezliklə təslim etməsə, Adanadakı İncirlik hərbi bazası qapadıla bilər. Bu hökumətimiz üçün hazırkı məqamda ən uyğun seçim ola bilər. Çünki ani qərar verərək NATO-dan çıxmaq bölgə üçün təhlükəli ola bilər. Ancaq mən yaxın gələcəkdə, regionda ciddi siyasi dəyişikliklər ola biləcəyini düşünürəm. Bu, Türkiyənin Rusiya, İran və Çinlə yaxınlaşması ola bilər".

Əlaqədar

İncirlik hərbi bazasının komandanlığı həbs edildi
Almanlara İncirlik şoku
ABŞ İncirlik bazasından çıxarılır?
ABŞ İŞİD-ə qarşı mübarizədə "İncirlik"dən istifadə edə bilər
Teqlər:
amerikalı əsgərlər, Culian Assanj, NBC, Adana, Ərdoğan, NATO, Türkiyə, İncirlik bazası, ABŞ

Əsas mövzular