07:45 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
20930

Güngör Gökdağ: "Türkiyədə indiyə qədər olan bütün hərbi çevrilişlərin arxasında Amerikanın barmağı olub. Fətullahçı şəbəkənin CİA tərəfindən idarə olunmasına dair bir çox dəlil var"

BAKI, 25 iyul — Sputnik. Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdinin arxasında amerikalı general Con Kemplın dayandığı ilə bağlı türk mediasının iddiasını paylaşmışdıq. Sputnik-in "Yeni Şafak" qəzetinə istinadən yaydığı məlumatda qeyd olunurdu ki, Amerikanın Əfqanıstandakı sülh missiyasına rəhbərlik edən general Con Kempl (John F. Campbell) Türkiyədəki çevrilişin uğurlu olması üçün xuntaçıların hesabına külli miqdarda pul da köçürüb.

Siyasi şərhçi Güngör Gökdağ
© Photo : Güngör Gökdağ şəxsi arxivindən
Siyasi şərhçi Güngör Gökdağ

Qəzetin iddiasına görə, redaksiyaya məlumatı adının açıqlanmasını istəməyən yüksək rütbəli hərbçi ötürüb. Həmin şəxsin dediyinə görə, hadisədən iki gün əvvəl Nigeriyada olan amerikalı general Con Kempl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) dəstəyi ilə yerli UBA (United Bank of Africa) bank şöbəsindən Türkiyədəki çevrilişçi əsgərlərin hesabına milyonlarla dollar pul yatırıb.

Türkiyəyə göndərilən pul, ölkə içində 80 nəfərlik xüsusi qrupa aid fərqli hesablara köçürülüb. Onların Fətullah Gülən şəbəkəsinin üzvləri olduğu bildirilir. Həmin pullar CİA-in Türkiyədəki xüsusi adamları tərəfindən həmin şəxslərə çatdırılıb.

Mövzunu Sputnik-ə dəyərləndirən türkiyəli siyasi şərhçi Güngör Gökdağ ölkəsində indiyədək baş verən istənilən çevrilişdə Vaşinqtonun barmağı olduğunu bildirib: "Türkiyədə indiyə qədər olan bütün hərbi çevrilişlərin arxasında Amerikanın barmağı olub. Fətullahçı şəbəkə 40 ildir ki, ölkəmizdə fəaliyyət göstərir".

"Bu şəbəkənin ABŞ-la birgə hərəkət etməsinin bir çox dəlili var. Onlar Türkiyədə əsas kimliyini gizlədərək dövlətin bütün qurumlarında ən yüksək vəzifələri tutublar", — politoloq bildirib.

Ekspertin sözlərinə görə, sözügedən şəbəkənin əmr aldıqları yer Pensilvaniyadır: "Son çevriliş cəhdindən sonra onların bütün qaranlıq işləri gün üzünə çıxmış oldu. Bütün əlaqələrinin üstü açıldı. Və bəlli oldu ki, şəbəkə üzvləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üçün çalışıblar".

O, Gülən şəbəkəsinin CİA-ə işlədiyini Rusiyadan misal çəkərək sübut etməyə çalışıb: "Sizə Rusiyadan misal çəkmək istəyirəm. Bu ölkədə Fətullah Gülənə məxsus məktəblər bağlanmışdı. Rus hökumətinin iddiasına görə, məktəblərin bağlanma səbəbi, orada ingilis dilindən dərs keçən müəllimlərin CİA agentləri olması idi. Bu kimi hallar tək Rusiyada yox, Afrika, Avropa və s. regionlarda da öz təsdiqini tapıb", — analitik qeyd edib.

Gökdağın sözlərinə görə, Amerika dövlət olaraq girə bilmədiyi yerlərə bu şəbəkənin məktəbləri vasitəsilə sıza bilib: "Onlar özlərini xalqa dindar kimliyi ilə tanıdıb, planlar qurublar. Əslində isə din adına dəyərli nə isə etməyiblər. Türkiyədə belə bir ənənə var. Dini camaatlar xalqa "Quran" öyrədər, hədislər, kəlamlar öyrədər, təfsir dərsi verərlər. Bunlarda isə belə bir hala rast gəlmək çox çətindir. Təsəvvür edin ki, Amerika dövlət olaraq girə bilmədiyi yerlərə bu şəbəkənin məktəbləri vasitəsilə girə bilib".

Politoloq ABŞ-ın Güləni Türkiyəyə verib-verməyəcəyini də dəyərləndirib: "Yaxın Şərqdəki siyasi gedişatı təyin edən, dünya nəhəngi bir Amerikadan bəhs edirik. Belə bir Amerika bölgədə sürətlə böyüyən, inkişaf edən, söz sahibi olan və Yaxın Şərqdəki vəziyyətə istiqamət verən Türkiyə ilə qarşı-qarşıya qalıb. Türkiyə Qətərdə hərbi baza qurub. Səudiyyə Ərəbistanında da oxşar proses davam edir".

"Əlbəttə, ABŞ və Avropa da bundan ciddi narahatlıq keçirir. Onlar bunu Osmanlı imperiyasının yenidən yüksəlişi olaraq görürlər. Lakin bununla belə, uzun zamandan bəridir ki, ABŞ-ın regiondakı əsas müttəfiqləri İsrail və Türkiyədir. İsrailin Yaxın Şərqdəki təhlükəsizliyinin yeganə qarantı isə Türkiyə Cümhuriyyətidir. Vaşinqtonda da bunu çox yaxşı başa düşürlər", — həmsöhbətimiz vurğulayıb.

O, hesab edir ki, Amerika Türkiyəni əldən çıxarmaq istəməyəcək: "Əlbəttə, Fətullah Gülən CİA ilə birgə işləyib, Türkiyədə çevrilişə çalışıb. Amma hər şeyə rəğmən, orta yol tapılıb nə isə ediləcək".

Əlaqədar

Türkiyədə prezident qvardiyası ləğv edilib
Türkiyədə 1200 sıravi hərbçi azad edilib
Türkiyədə prezidentinin mühafizə alayında xidmət edən 283 hərbçi həbs edilib
Türkiyədə daha 1855 əsgər həbs olundu
"Rusiya-Türkiyə ittifaqı qurulmalıdır"
Türkiyədəki çevriliş cəhdinin anatomiyası
Teqlər:
Pensilvaniya, Fətullah Gülən, ABŞ, Güngör Gökdağ, Con Kempıl, hərbi çevriliş cəhdi, Türkiyə

Əsas mövzular