03:36 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
TƏHLİL
Qısa URL
81 0 0

Azərbaycan İranla gərginliyi arzulamır. Lakin öz təhlükəsizliyini də qorumaq niyyətindədir.

BAKI, 21 iyul — Sputnik. Azərbaycan öz qonşuları ilə münasibətdə sırf öz maraqlarınından çıxış etmək zorundadır. Bakı qonşuları ilə gərgin münasibətlərdə buluna bilməz. Qərb və Rusiya ilə münasibətlərdə ciddi qarşıdurma mövcud olmasa da, İran-Azərbaycan münasibətləri yenidən ciddi müzakirə predmetinə çevrilib.

Milli Şuranın mitinqi. Arxiv şəkli
© Photo : Orxan Kerimov / İnteraz

Qərb-İran münasibətlərindəki gərginliyin nisbətən aradan qalxması fonunda? Bakının Tehranla əməkdaşlığında probellər hələ də mövcuddur. Tehranın Azərbaycana münasibətini yalnız Qərblə əlaqələr baxımından şərh etmək düzgün olmazdı. Tehran rejimi "burnunun ucunda" müstəqil Azərbaycan dövlətinin olmasını özü üçün təhlükə hesab edir.

Tehran Şimali və Cənubi Azərbaycan əlaqələrini düşmənçilik həddinə çatdırmağa cəhd edir. İranda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin hüquqlarının pozulması da münasibətlərə təsir etməyə bilməz. İran müstəqil Azərbaycanı özünə təhlükə görür. Əslində Şimali Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran üçün bu təhlükə daim gündəmdə olub.

Lakin beynəlxalq təcrid, Qərb tərəfindən düşmən obrazında təqdimat, İranı Azərbaycanla münasibətləri düzəltməyə vadar edir. Buna baxmayaraq, İran əmin olmaq istəyir ki, Azərbaycan ABŞ-ın hərbi qüvvələrinə, İsrailin kəşfiyyat orqanlarına ərazisində fəaliyyət göstərməsinə imkan yaratmayacaq.

Bu gün İranın mövcud hakimiyyətinin qalmasında ən maraqlı ölkə kimi Rusiyanın adı çəkilir. Moskva "burnunun dibində" amerikapərəst bir rejimin olmasında maraqlı deyil. İrana sahib olmaq Orta Şərqə, Cənub-Qərbi Asiyaya, Cənubi Asiyaya, Cənubi Qafqaza, Orta Asiyaya, Fars körfəzinə, Ərəb dənizinə, Xəzər dənizinə çıxış əldə etmək deməkdir. Buna ABŞ-ın sahib olması isə Rusiyanın sonu demək olardı.

Qeyd edək ki, İranın Azərbaycana təsir imkanları yetərincədir. Vaxtilə İran İslam Respublikasının qurucusu ayətullah Xomeyni belə bir şüar ilə çıxış etmişdi: "Dünya şiələri birləşin!".

Bu şüar bu günədək İranın xarici siyasətinin göstəricilərindən biri kimi nəzərdən keçirilir. İran Azərbaycana təzyiq üçün hansı addımları ata bilər? Bu məsələ barədə bir qədər düşünmək lazım gəlir. Tehran rejiminin Azərbaycanla bağlı ən əsas silahının bəzi İslam təmayüllü təşkilatları maliyyələşdirməsi olması sirr deyil, lakin bu qüvvələr yetərincə güclü deyillər və Azərbaycanda ictimai rəyə təsir imkanlarına malik deyillər.

Buna baxmayaraq, İranın Azərbaycan dindarlarının bir qisminə, xüsusən də ölkə şiələrinə təsir imkanları az deyil. 1991-ci ildə Azərbaycan-İran sərhədləri açılarkən yüzlərlə azərbaycanlı gənc İrana, şiəliyin elmi mərkəzləri sayılan Qum və Məşhəd şəhərlərinə üz tutdu. İranda təhsil alıb, Vətənə dönən azərbaycanlı tələbələrin bir qismi üçün artıq İran müqəddəs idi. İndiyədək, yalnız Buxara və Daşkənd dini mərkəzlərində sünni məzhəbinin hənəfi qolunu öyrənən azərbaycanlılar üçün İranda şiəlik dərsi keçmələri Tehraan üçün göydəndüşmə idi.

Buna baxmayaraq, İranla hər hansı bir formada əlaqəsi olan şəxsi potensial agent qismində görmək də, siyasi idiotizmin təzahürüdür. İranın kimlər üçünsə cəlbedici görünməsinin əsas səbəblərindən biri Azərbaycanda liberal ideologiyanın iflasa uğraması ilə bağlıdır. Liberalizmlə bərabər Azərbaycanda Qərb dəyərləri də çökməyə başladı.

Qərbyönümlü siyasi qrupların iflası ilə yaranan boşluğu İslam təmayüllü mərkəzlər doldurmağa başladılar. Cəmiyyətdə İslam dəyərlərinin populyarlaşması siyasətə gəlmək arzusunda olan yeni müxalifətçilər qrupu üçün də başlıca amilə çevrildi. Hər bir siyasi qrup isə xarici dəstək axtarışında olur. Bu baxımdan, İran kimlər üçünsə üz tuta biləcəkləri ölkədir.

Azərbaycan İranla gərginliyi arzulamır. Lakin öz təhlükəsizliyini də qorumaq niyyətindədir. Bu baxımdan, nə daha sıx inteqrasiya, nə də ki daha artıq gərginlik Bakının maraqlarına cavab verir…

Əlaqədar

Zombilərə qarşı savaş
Siyasi müstəvini inhisara almaq cəhdləri
İdeologiyasız mübarizə
Regionda yeni strateji missiya axtarışı
Teqlər:
inteqrasiya, qarşıdurma, Tehran, İran, Qərb, Bakı, Rusiya, Azərbaycan

Əsas mövzular