13:21 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
Türkiyə Təhlükəsizlik Şurasının toplantısı. Arxiv şəkli

"Fövqəladə vəziyyət rejimi Türkiyəyə sərt idarəçilik gətirməyəcək"

© Photo : AFP PHOTO / TURKISH PRESIDENTIAL PALACE PRESS OFFICE / KAYHAN OZER
TƏHLİL
Qısa URL
44 0 0

Politoloq: "İstənilən ölkədə milli təhlükəsizlik təhdid altına girsə, fövqəladə vəziyyət elan olunur"

BAKI, 21 iyul — Sputnik. Türkiyənin Milli Təhlükəsizlik Şurası ölkədə 3 ay müddətinə fövqəladə vəziyyət elan edib. Sputnik xəbər verir ki, qərarı Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyəli politoloq Ömər Dinçər
© Photo : STR
Türkiyəli politoloq Ömər Dinçər

"Fövqəladə vəziyyət elanı qətiyyən demokratiyaya, hüquqa, azadlıqlara qarşı olmayacaq. Tam əksinə, sözügedən dəyərləri qorumaq və gücləndirmək məqsədi ilə elan olunub", — deyə Ərdoğan bildirib.

Milli Təhlükəsizlik Şurasının qərarını Sputnik-ə dəyərləndirən türkiyəli politoloq Ömər Dinçər, fövqəladə vəziyyət qərarının doğru olduğunu söyləyib: "Bir neçə aydır ki, Fransada da fövqəladə hal elan edilib. Və bilirsiniz ki, Nitsa şəhərindəki son terror hadisəsindən sonra prezident Olland fövqəladə vəziyyətin müddətini daha da uzadıb".

"Yəni bu hal tək Türkiyəyə aid deyil. İstənilən ölkədə milli təhlükəsizlik təhdid altına girsə, fövqəladə vəziyyət elan olunur. Bu səbəblə düşünürəm ki, verilən qərar doğrudur", — siyasi şərhçi bildirib.

Ö. Dinçər fövqəladə vəziyyət rejiminin vətəndaşlara təsirindən də danışıb: "Mən dünən axşam Prezidentin çıxışını sonadək dinlədim. O dedi ki, verilən qərarı əhali hiss etməyəcək. Yəni Fransadakı kimi, sərt idarəetmə olmayacaq. Qərar, əsasən dövlət qurumlarına aid edilib. Vətəndaşlarımız əvvəllər olduğu kimi, öz işində-gücündə, sosial həyatlarını adi qaydada davam etdirəcək".

Politoloq sonda qeyd edib ki, dövlət orqanları paralel şəbəkədən tam təmizləndikdən sonra Türkiyə daha çevik və düzgün idarəetmə ilə tanışmış olacaq.

Əlaqədar

Rusiyadan Türkiyəyə çağırış: "Tarixi fürsəti qaçırmayın"
Türkiyədə yüzlərlə təhsil ocağının bağlanmasına qərar verildi
Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üçün yer ayrılıb
Türkiyədən sensasiyalı qərar
Türkiyədə daha 788 şəxs barəsində həbs qərarı verildi
Teqlər:
Ömər Dinçər, Ərdoğan, fövqəladə vəziyyət, Milli Təhlükəsizlik Şurası, Türkiyə

Əsas mövzular