21:37 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
5801

Ekspertlər Türkiyə, Qazaxıstan və Ermənistanda yaşanan, həmçinin digər ölkələri də narahat etməyə başlayan son qanlı olayları təsadüf hesab etmirlər

BAKI, 20 iyul — Sputnik. "Türkiyə, Qazaxıstan, o cümlədən Ermənistanda olan hadisələrə təsadüf demək olmaz. Ancaq bunların eyni mərkəzdən idarə olunduğu fikri ilə də razı deyiləm".

Rövşən Rzayev-deputat
© Photo : REPORT
Deputat Rövşən Rzayev

Bunu millət vəkili Rövşən Rzayev, bölgəmizdə yaşanan son hadisələri Sputnik-ə izah edərkən deyib. Onun sözlərinə görə, hər üç dövlətdə yaşananlar ayrı-ayrı səbəblərlə bağlıdır.

"Torpaqlarımızı işğal edən bir ölkə olduğu üçün Ermənistan mənim üçün daha maraqlıdır. Və ilk olaraq bu ölkədə olanlarla bağlı fikir demək istəyirəm. Serj Sarkisyan xalqı elə vəziyyətə salıb ki, onlar artıq dözə bilmirlər. İqtisadi vəziyyətin ağırlığı dözülməz həddə çatıb. Millətin istəyi hakimiyyəti devirib canlarını qurtarmaqdır", — deputat bildirib.

Onun fikrincə, Qazaxıstanda isə situasiya fərqlidir: "Buradakı hadisələr lokal xarakter daşıyır. Cinayətkar qrupun əməlidir. Türkiyədə isə xalq öz seçdiyi lideri dəstəklədi, demokratik yolun devrilməsinə imkan vermədi. Bu həm də Türkiyənin inkişafı deməkdir. Türk milləti inkişafın önünü kəsmək istəyənlərə "dur" dedi".

Millət vəkili prezident İlham Əliyevin "Konstitusiyada Dəyişikliklər edilməsi haqda" verdiyi sərəncamı regionda gedən proseslərlə əlaqələndirənləri də sərt tənqid edib: "Bu sərəncamı qonşu dövlətlərdə gedən çevriliş cəhdləri ilə əlaqələndirənlər çox yanlış fikirdədirlər. Mən bunun qəti əleyhinəyəm. Mətbuata təqdim olunan bu sərəncam düşünülmüş və uzun müddətdən bəri hazırlanan bir prosesi ehtiva edir. Azərbaycanın mövcud olan Konstitusiyası sosial yönümlüdür. Və konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər sosial yönlü inkişafın yeni və növbəti mərhələsi hesab olunmalıdır".

Regionda gedən proseslər barədə fikirlərini Sputnik-lə bölüşən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər də yaşananları təsadüf hesab etmir: "Təsadüf insanların məlumatsızlığı ucbatından gəldiyi yanlış qənaətdir. Yəni bu üç ölkədə yaşananlar təsadüfi hesab edilə bilməz. Mən aylardır mətbuata açıqlamalarımda bildirirəm ki, həm dünyada, həm qonşu regionlarda, həm də bizim regionda geosiyasi qarşıdurma həlledici mərhələyə daxil olub".

Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
© Photo : RFE/RL
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri

"Türkiyədəki uğursuz hərbi çevriliş cəhdinin arxasında ABŞ-ın rolu barədə ciddi məlumatlar var. Bu iki ölkənin münasibətlərinin yaxın gələcəkdə gərginləşəcəyi gözlənilir. Türkiyənin NATO-dan çıxma ehtimalı isə mürəkkəb bir məsələdir. Bunun gündəmə gəlməsi özü çox ciddi vəziyyətdən xəbər verir", — siyasi şərhçi bildirib.

O, bu barədə danışmağın hələ tez olduğu düşüncəsindədir: "Çünki bu, bütün regionda, yer kürəsinin ana quru sahəsi sayılan Afrika-Avropa-Asiya kimi böyük məkanda strateji güc balansının dəyişməsinə səbəb ola biləcək bir proses olar. Ona görə belə bir böyük dəyişikliyin asan başa gələcəyini hesab etmirəm. Çünki tərəflərə çox ciddi ziyan verə bilər".

S. Əkbərin sözlərinə görə, bölgənin də taleyi həll olunmağa başlayıb: "Hazırda Qazaxıstan və Ermənistanda, bundan öncə isə digər post-sovet ölkələrində yaşananlar göstərir ki, bölgənin taleyi həll olunmağa başlayıb. Regionda qarşıdurmalar şiddətlənib. Əsasən də post-sovet ölkələrində".

"GUAM xəttində bu proses daha çox hiss edilir. Çünki bu təşkilata daxil olan 3 dövlət öz strateji xəttini artıq seçib. Moldova, Ukrayna və Gürcüstan Avropa Birliyi və NATO yolunu tutub. Onlar öz geopolitik talelərini həll edib", — politoloq qeyd edib.

Ekspertin dediyinə görə, Azərbaycan yeganə GUAM, həmçinin post-sovet ölkəsidir ki, hansısa tərəfə yönəlik strateji seçim etməyib: "Azərbaycan NATO ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasındakı zonadadır. Ona görə də hər iki tərəfdən Azərbaycana qarşı risk, çağırış və təhdidlər artıb".

Əlaqədar

"Qazaxıstanda baş verənlər Qərbdən idarə olunur"
Türkiyə Silahlı Qüvvələri açıqlama yaydı
Türkiyə ABŞ-dan Fətullah Gülənin həbsini tələb etdi
Xristian dünyasında güclü anti-islam təbliğatı başlayıb
Türkiyəsiz NATO...
Qazaxıstanda ara qarışdı: "qırmızı terror" baş verir
Teqlər:
qarşıdurma, Sülhəddin Əkbər, region, Rövşən Rzayev, NATO, Qazaxıstan, Ermənistan, Türkiyə

Əsas mövzular