08:18 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Türkiyəsiz NATO...

TƏHLİL
Qısa URL
Türkiyədə hərbi çevriliş cəhdi (36)
2154 0 0

Con Kerrinin hay-küylü bəyanatını şərh edən ekspertlərin fikrincə, heç bir halda Türkiyənin Alyansdan çıxması mümkün deyil

BAKI, 19 iyul — Sputnik. "Türkiyədə çevriliş cəhdindən sonra kütləvi "təmizləmələr" dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər".

Azər Rəşidoğlu, politoloq
© Sputnik / PAKİZƏ Q.
Azər Rəşidoğlu, politoloq

Bu fikri ABŞ dövlət katibi Con Kerri edib. O, Brüsseldəki açıqlamasında qeyd edib ki, ABŞ və Avropa İttifaqı Türkiyəyə, çevriliş cəhdinə verilən cavablarda demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir: "ABŞ Türkiyəni mili demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır".

Politoloq Azər Rəşidoğlu Sputnik-ə açıqlamasında bildirib ki, Kerrinin sözügedən açıqlamasına baxmayaraq, Türkiyənin NATO-dan çıxarılması qeyri-mümkündür: "Türkiyənin özündə də bu gün NATO-dan çıxmaqla bağlı fikirlər səsələnir. Hesab edirəm ki, bunlar siyasi gedişlərdən başqa bir şey deyil — Türkiyənin NATO-dan çıxması mümkün deyil. Nə Ərdoğan, nə digər bir siyasi xadim Türkiyədə NATO ilə əlaqələri kəsə bilməz. Buna çox güclü iradə lazımdır".

Ekspertin sözlərinə görə, ABŞ Türkiyəyə təzyiq göstərir: "Türkiyədə yeni çevriliş və digər cəhdlərin ola biləcəyi istisna deyil. Digər tərəfdən, Türkiyənin əleyhinə ABŞ-da kompromatlar həddən artıq çoxdur. Heç təsadüfi deyil ki, 40 illik Türkiyə siyasi elitası ilə bağlı yeni kompromatların açıqlana biləcəyi bəyan edilib".

"Bu, məhz NATO xəbərdarlığı kimi nəzərə alına bilər. Güman etmirəm, məsələ o həddə qədər çata bilər ki, Türkiyə NATO-dan çıxa bilsin", — A. Rəşidoğlu söyləyib.

Politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasovun sözlərinə görə isə, NATO ilə münasibətlərin korlanması Türkiyənin marağında deyil. "Bu, həm xəbərdarlıqdır, həm də Türkiyəyə bir növ mesajdır ki, ölkənin siyasi rəhbərliyi Qərbə qarşı çox dərinə getməsin", — o, Sputnik-ə açıqlamasında bildirib.

Politoloq Tofiq Abbasov
© Sputnik / Murad Orujov
Politoloq Tofiq Abbasov

"Mən deməzdim ki, NATO ilə münasibətləri korlamaq Türkiyənin siyasi elitasının marağında olsun. Qərb-Türkiyə münasibətlərində problemli məqamlar çoxdur, Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı da problemlər yaşanır. Amma yaddan çıxarmayaq ki, NATO tək hərbi deyil, həm də siyasi təşkilatdır. O da demokratik normaların, liberal dəyərlərin tətbiq edilməsini vacib sayır", — siyasi şərhçi əlavə edib.

O, hesab edir ki, C. Kerri Türkiyəyə ehtiyyatlı olmağı xatırladıb: "İndi son hadisələrlə bağlı Türkiyə siyasi rəhbərliyi ABŞ-la barışmaz mövqe tutur, özünün ittihamedici mesajlarını tirajlayır və sərt bir mövqe nümayiş edir. Təbii ki, okeanın o tərəfində belə davranış təqdir edilə bilməz. ABŞ-ın yüksək rəhbərliyi, o cümlədən, Barak Obama da münasibət bildirərək deyib ki, Türkiyədəki qanuni hökumətin tərəfdarıdır və onun möhkəmlənib hakimiyyətdə qalması üçün əlindən gələni edəcək".

"Lakin bu mesajın fonunda da Con Kerrinin NATO ilə bağlı açıqlaması baş verib. Türkiyə NATO-da öz yerini saxlayacaq, sadəcə Con Kerri bir balaca ehtiyyatlı olmağı xatırladıb", — T. Abbasov vurğulayıb.

Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)

Əlaqədar

Rusiya-Türkiyə münasibətlərini "korlayan" pilotlarla bağlı yeni iddialar ortaya çıxıb
Türkiyə bu helikopterləri axtarır
Türkiyə parlamentinin binasına növbəti hücum təhlükəsi
"Türkiyədəki hərbi çevriliş cəhdinin arxasında ABŞ dayanır"
Türkiyə səfirini güllələdilər
Türkiyədə Hərbi Hava Məktəbinə basqın
Teqlər:
"təmizləmələr", hərbi çevriliş cəhdi, Tofiq Abbasov, Azər Rəşidoğlu, Con Kerri, NATO, Türkiyə, ABŞ

Əsas mövzular