Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ankaranı xarici siyasətdə kardinal dəyişikliyə vadar edən üç faktor

© AP Photo / Osman OrsalƏrdoğan və Əsəd
Ərdoğan və Əsəd - Sputnik Azərbaycan
Abunə olmaq
"ABŞ Suriya böhranının əvvəlində Türkiyə ilə eyni mövqedə idi. Hazırda isə, daha çox Rusiya ilə birgə hərəkət edir, nəinki Türkiyə ilə"

BAKI, 14 iyul — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım, İsrail və Rusiya ilə əlaqələri düzəltdiklərini, növbədə başqa ölkələrin olduğunu deyib. O, dostları artırmağa davam edib, düşmənləri azaldacaqlarını söyləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016 - Sputnik Azərbaycan
RUSİYA
"Türkiyə ilə münasibətlərimizdə daha az nöqsanlarımız olacaq"

Jurnalistin "Türkiyənin Bəşər Əsədə baxışı dəyişəcəkmi?" sualına isə Yıldırım belə cavab verib: "Suriyada dəyişikliyin zamanı çoxdan gəlib keçib. 500 mindən çox insan həyatını itirib. Heç bir günahı olmayan insanlar ölüb. 9 milyondan çox əhali yurdlarını tərk edib, 3 milyonu Türkiyədə bizim qonağımızdır. Biz onlara qollarımızı açdıq, evimizə qəbul etdik. Şübhəsiz ki, Suriyada bir şey dəyişməli, amma hər şeydən öncə Əsəd dəyişməlidir. Əsəd dəyişmədən Türkiyədə bir şey dəyişməz. O gözəl ölkənin bu hala düşməsinin əsas günahkarı məhz Əsəddir".

Baş nazir sözlərinin davamında deyib: "Bir tərəfdə Əsəd var, o biri tərəfdə İŞİD. Türkiyə bunların heç birini üstün tutmur. Hər ikisi də əli qanlıdır və Suriyada yerləri yoxdur. Əsədə gəlincə, o, orada olduğu müddətcə problem həll edilməyəcək. Başqa bir terror qrupu ön plana çıxacaq. Yəni, İŞİD-i yaradan Əsəd rejiminin mövqeyidir, ölkədə yaratdığı rəhbərlik formasıdır".

Bununla belə, Binəli Yıldırım Suriya ilə də əlaqələrin düzəlməsinə çalışacaqlarını deyib. Baş nazirin bu açıqlaması cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bir çox ekspertlər Türkiyənin xarici siyasətdə "U dönüşü" etdiyini, yəni reallıqlar qarşısında geri çəkildiyini desə də, bəzi politoloqlar bu fikirlə razılaşmırlar.

"Türkiyə əvvəlki mövqedə qalmaqdadır. Bəşər Əsədlə yenidən masaya oturmaqdan söhbət belə, gedə bilməz. Bunu dünənki çıxışında Binəli Yıldırım da ifadə etdi. Nə Əsədin, nə də İŞİD-in Suriyanın gələcəyində yeri olmadığını söylədi".

Bunu Sputnik-ə açıqlamasında Türkiyəli politoloq Ömər Dinçər deyib. Onun sözlərinə görə, hazırda dünya siyasətində köklü dəyişikliklər yaşanır, ona görə Türkiyə də öz oyununu oynamağa məcburdur.

"Bəli, görünüşdə Amerikanın da, Avropanın da Yaxın Şərqdəki müttəfiqi Türkiyədir. Amma həm Amerika, həm də Avropa regionda Türkiyənin düşmənləri ilə əməkdaşlıq edir. Hökumət dəfələrlə xəbərdarlıq etsə də, Qərb bloku PKK-nın qolu PYD, YPG ilə iş görür, onlara silah verir. Halbuki Türkiyə onların hamısını öz təhlükəsizliyi üçün təhdid hesab edir, terror siyahısına salıb", — politoloq vurğulayıb.

© Photo : STRTürkiyəli politoloq Ömər Dinçər
Türkiyəli politoloq Ömər Dinçər - Sputnik Azərbaycan
Türkiyəli politoloq Ömər Dinçər

Dinçərin bildirdiyinə görə, Suriya məsələsində Amerika heç vaxt Türkiyənin yanında durmayıb: "Ankaranın təkliflərini yaxına buraxmadı Birləşmiş Ştatlar. Belə olan halda, rəsmi Ankara öz maraqları naminə Rusiya ilə masaya oturmağa, Suriya problemini Moskva ilə birgə həll etməyə yönəldi".

Siyasi şərhçi, prezident Ərdoğanı "U dönüşü" etməkdə təqsirləndirənləri isə tənqid edib: "Əgər diqqət etdinizsə, hökumət Suriya ilə əlaqələrin düzəlməsinə çalışacaqlarını açıqladı, Bəşər Əsədlə yox. Suriya tək Əsəddən ibarət deyil ki! Artıq orda Bəşər Əsədin hakimiyyəti qalmayıb. Rejim az bir ərazini öz nəzarətində saxlaya bilib".

"Rusiya-Türkiyə razılığının detallarını bilmirəm. Amma ortada ciddi danışıqlar döndüyünə əminəm. Yaxın vaxtlarda Suriyada həm Moskvanın, həm də Ankaranın maraqlarını təmin edəcək dəyişikliklər olacağını düşünürəm", — deyə politoloq bildirib.

Dəyişikliyin nə olacağını isə Ö. Dinçər belə izah edib: "Konkret olaraq deyə bilmərəm. Amma ola biləcək istənilən ssenari həm Rusiya, həm İran, həm də Türkiyəni qane etməlidir. Suriyanın bütünlüyü hər üç ölkənin də istədiyi şeydir. Bölünmə ssenarisini, yəni Federativ Suriyanı daha çox Amerika arzu edir. Çünki İsrailə qonşu güclü ərəb ölkəsi Amerikadakı yəhudi lobbisinin ürəyincə deyil. Ona görə də ABŞ Suriyadakı kürd millətçilərə silah ötürür, dəstək verir. Rusiya, İran və Türkiyə üçün ən yaxşı seçim Bəşər Əsədin getməsi şərtilə rejimin qalmasıdır. Çünki Əsədin getməsi türk auditoriyasını rahatlaşdırar, rejimin qalması isə Kremli və Tehranı məmnun edər. Ən yaxşı çıxış yolu budur".

Politoloq Sülhəddin Əkbər isə hesab edir ki, regional vəziyyətin dəyişməsi, Türkiyənin müttəfiqlərinin fərqli mövqe tutması, eyni koalisiyada təmsil olan dövlətlərin maraqlarının üst-üstə düşməməsi Ankaranı xarici siyasətdə dəyişikliyə vadar edir. "Suriyadakı 3 məsələ, əsas müttəfiqlər olan Amerika ilə Türkiyə arasında fikir ayrılığı yaradır", — o, Sputnik-ə açıqlamasında bildirib.

© Photo : RFE/RLSülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri  - Sputnik Azərbaycan
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri

S. Əkbərin sözlərinə görə, bunlardan birincisi PYD və YPG-yə münasibətdir: "Suriyanın şimalındakı kürd avtonom qurumların Türkiyənin maraqlarına zidd olmasını Amerika hesaba almır. Üstəlik bu qurumları dəstəkləyir. İkinci ciddi məsələ, Bəşər Əsədin taleyi məsələsidir. ABŞ böhranın əvvəlində Türkiyə ilə eyni mövqedə idi. Yeni Suriyanın Əsədlə birgə qurulmasının qeyri-mümkünlüyünü bildirirdi. İndi isə bu mövqedə ciddi yumşalma var".

"Üçüncüsü isə, müəyyən operativ-taktiki məsələlərdə Amerikanın öz müttəfiqi Türkiyə ilə yox, Rusiya ilə birgə hərəkət etməsidir. Xüsusən son zamanlar ABŞ və Rusiya ortaq nöqtələr tapıb. Birinci ortaq nöqtə Suriyada siyasi keçidin Əsədlə olmasıdır. İkincisi Suriyada dünyəvi dövlətin olmasıdır ki, bu həm Vaşinqtonun, həm də Moskvanın marağındadır. Bu faktorlar Amerika ilə Türkiyənin maraqlarının Suriyada ayrıldığını göstərir. Ona görə də Türkiyə öz maraqlarını nəzərə alıb, xarici siyasətində müəyyən dəyişikliklər etmək zərurəti hiss etdi", — politoloq vurğulayıb.

Xəbər lenti
0