21:46 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Suriyalı miqrantların etirazı. Arxiv şəkli

"Suriyalı miqrantların Avropaya daşınması köləliyin müasir formasıdır"

© AFP 2018 / LOUISA GOULIAMAKI
TƏHLİL
Qısa URL
5701

Şamil Şensoy: "Türkiyənin bu məsələdə qazanacağı təcrübə miqrant qəbul edən ölkələr üçün model olacaq"

BAKI, 5 iyul — Sputnik. "Bir ölkə vətəndaşlarının kütləvi şəkildə digərinə sığınması modern köləliyin yolunu açır. Hüquqi status verilməyən insanlar qeydiyyata da düşmür. İş yerlərindən icazə verilmir, 100 lirəyə görülən iş onlara 10 lirəyə gördürülür. Bu insanlar çox yerdə istismar edilir".

Şamil Şənsoy
© Foto : STR
Şamil Şənsoy

Bunu Sputnik-ə açıqlamasında, Türkiyənin "Akdeniz Siyasət və Toplum Araşdırmaları Mərkəzi"nin əlaqələndiricisi, politoloq Şamil Şənsoy deyib: "Ötən günlərdə Əl-Cəzirə telekanalında bir araşdırma yayınlanmışdı. Bəzi Avropa ölkələrində müasir köləliyin təsbit edilməsi əsas mövzu idi. Hətta bu insanların pul almadığı belə, ortaya çıxdı və orada bu insanların sığınmaq, şiddət görməmək üçün çalışdığı əks olunurdu".

"Sığınacaq axtaran, ya da miqrant statusu qazanan xeyli sayda insanın yaşamaq haqqı əlindən alınır. Əslində bu, modern köləlik deyilmi?", — politoloq bildirib.

Kölə ticarətinin 18-ci və 19-cu əsrlərdə həyata keçirilməsi formasına toxunan Şənsoyun deyib: "Avropalılar gəmilərlə basqın edirdi və insanları toplayıb götürürdülər. Hətta Konqo kimi bəzi ölkələrdə rəsmilər bu işi görürdülər. Konqodakı, ətraf ölkələrdəki, ya da bölgələrdəki insanları toplayıb qəfəslərə doldururdular. Sonra avropalılar onları gəmilərə mindirib aparırdılar. İndi isə illik 6 milyard dollar büdcəsi miqrant qaçaqçılığı ilə Avropaya insanlar daşınır. Amma bu dəfə onlar zorla aparılmır".

"Bu çərçivədə 2011-ci ildən bəri Türkiyəyə sığınmış suriyalılara vətəndaşlıq haqqının verilməsinin doğru və lazımlı bir siyasət olduğunu düşünürəm. Vətəndaşlığın verilməsi və bunun həyata keçirilməsi prosesi heç də asan olmayacaq. Düşünürəm ki, Türkiyənin bu məsələdə qazanacağı təcrübə miqrant qəbul edən ölkələr üçün də model olacaq. Ümumi olaraq qısa müddətə qaçqınlara vətəndaşlığın verilməsi prosesinin bəzi problemləri bərabərində gətirəcəyi qəbul edilsə də, uzun müddətli müsbət nəticələrin olacağına ümid edirəm", — araşdırmaçı vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kilisdə iftar yeməyi zamanı ilginc açıqlama verib. O, suriyalı qaçqınlara vətəndaşlıq verilməsi məsələsinə toxunarkən deyib: "Mən bu axşam burada qardaşlarıma bir müjdə vermək istəyirəm. Qardaşlarımızın içərisində inanıram ki, Türkiyə Respublikası vətəndaşı olmaq istəyənlər var. Mövzuyla əlaqədar olaraq Daxili İşlər Nazirliyimizin bu istiqamətdə atdığı addımlar var. Bu qardaşlarımıza bu köməyi, dəstəyi edərək, onlara vətəndaşlıq imkanını verəcəyik".

Prezident qeyd edib ki, evlərindən, yurdlarından didərgin olan suriyalıların sayı 5 milyona çatıb: "Bunun da 3 milyona yaxını İraq və Türkiyədədir".

Əlaqədar

"Sokaklar"dan gələn adam
Ərdoğandan təhlükəli gediş: analitiklər "həyacan təbili" çalırlar
Qaçqınların sayı İkinci Dünya müharibəsi səviyyəsinə çatıb
Türkiyə bütün Suriya qaçqınlarını Avropaya ötürə bilər
Fransada qaçqınlar arasında dava düşdü
Avropaya gedən qaçqınlar dinlərini dəyişirlər
Teqlər:
Şamil Şənsoy, kölə, "Akdeniz Siyasət və Toplum Araşdırmaları Mərkəzi", miqrant, Türkiyə, qaçqın

Əsas mövzular