Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yaxın Şərqdə tarixi dönüş: yeni ssenarilər işə düşəcək

© AP Photo / Burhan OzbiliciTürkiyə və israil bayraqları. Arxiv şəkli
Türkiyə və israil bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə - İsrail barışığı ilə bağlı rəsmi açıqalamalar verildi. Siyasi müşahidəçilər regionun bu iki önəmli ölkəsinin bir araya gəlməsinin böyük perspektiv vəd etdiyi qənaətindədirlər.

BAKI, 27 iyun — Sputnik. Dünən İsrail və Türkiyə arasında əlaqələrin normallaşmasına dair yekun razılıq əldə olunması barədə xəbər vermişik. Bu gün isə həm Türkiyə, həm də İsrail tərəfi əldə edilən razılığın detallarını ictimaiyətə açıqlayıb.

Türkiyə və İsrail bayraqları Türkiyə Respublikasının Tel-Əvivdəki səfirliyinin üzərində dalğalanır - Sputnik Azərbaycan
Türkiyə ilə İsrail arasında razılıq əldə olundu

Jurnalistlərin suallarını cavablandıran baş nazir Binəli Yıldırım rəsmi Tel-Əvivlə normallaşma prosesinin rəsmən başladığını açıqlayıb. Nazir yaxın günlərdə səfirliklərin yenidən fəaliyyətə başlayacığını bildirib.

Yıldırıma görə, imzalanan saziş hər iki ölkənin marağına uyğundur: "Qəzza bölgəsinə humanitar yardım daşıyacaq türk gəmisi cümə günü İsrailin Aşdod limanına gedəcək. Və bütün yardım məhsulları İsrailin nəzarətində Qəzzaya çatdırılacaq. Bundan başqa, Qəzza şəhərinin yenidən inşası üçün Türkiyə fəal şəkildə işlər aparılacaq. Bununla da həmin bölgənin dünya ilə əlaqəsi bərpa olunacaq, blokada aradan qalxmış olacaq".

Türkiyənin hökumətinin başçısı görüləcək əsas işin su və işıq terminallarının rekonstruksiyası olacağını söyləyib. O, kim nə deyirsə desin, İsrail ilə əlaqələrin inkişafında maraqlı olduqlarını ifadə edib.

Baş nazir razılıqdakı əsas hədəflərinin "Qəzzadakı insanların nəfəs almalarına yardım etmək" olduğunu deyib. O, Mavi Mərmərə faciəsinə görə İsrail tərəfinin 20 milyon dollar təzminat ödəyəcəyini və bu pulun qısa zamanda yaxınlarını itirən türk ailələrə təslim ediləcəyini qeyd edib. B. Yıldırım ilk etapda Qəzzaya 10 min ton yardım göndəriləcəyini açıqlayıb.

İtaliyanın paytaxtı Romada olan İsrailin baş naziri Binyamin Netanyahu da türkiyəli həmkarı B. Yıldırımla eyni anda mətbuata açıqlama verib. O, əldə olunan razılıqla İsrail qazının Türkiyə üzərindən Avropaya daşınmasının önünün açılacağını deyib.

"İmzalanan müqavilədən ilə hər iki ölkə qazanclı çıxacaq", — Netanyahu vurğulayıb.

Ekspertlərə görə, Ankara və Tel-Əvivin normallaşma prosesinə girməsi Yaxın Şərqdə köklü dəyişikliklərə səbəb ola bilər. Mövzunu Sputnik üçün dəyərləndirən türkiyəli jurnalist-yazar Murat Öncəl, bu razılığın nəticələrinin yaxın vaxtlarda hiss ediləcəyini iddia edib.

"İki dövlət arasında əlaqələrin normallaşması tarixi zərurət idi. Həm Ankarada, həm də Tel-Əvivdə artıq anlamağa başlayırdılar ki, problemi daha da uzatmaq olmaz. Çünki problem uzandıqca digər regional və qlobal güclər həm İsrailin həm də Türkiyənin maraqlarına zərbə vurmağa başlayırdılar", — politoloq vurğulayıb.

Öncəlin fikrincə, bundan sonra Yaxın Şərq bölgəsində başqa ssenarilər cərəyan edəcək: "Kim bilir, bəlkə bu razılıqdan sonra ABŞ PYD-yə olan dəstəyini geri çəkə bilər. Çünki İsrailin ABŞ-a keçirə bilməyəcəyi söz yoxdur. Yəni Türkiyə özünün edə bilmədiyini İsrail vasitəsilə ABŞ-a etdirə bilər".

Xəbər lenti
0