Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İçi boş təkliflər zərfi

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiAzərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Sankt-Peterburq görüşünün əsas mesajı ondan ibarət idi ki, atəşkəs pozulmayacaq, hərbi əməliyyatlara başlanılmayacaq

BAKI, 22 iyun — Sputnik. İyunun 20-də Sankt-Peterburqda Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü mayın 16-da Vyana şəhərində baş tutmuşdu. ATƏT Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən həmin görüşdə də xüsusi olaraq atəşkəsə ciddi əməl edilməsi tərəflərin diqqətinə çatdırılmışdı.

Milli Şuranın mitinqi. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
"Oyundan kənar vəziyyət" təhlükəsi

Eyni zamanda təmas xəttində ATƏT sədrinin xüsusi nümayəndəliyinin tərkibinin genişləndirilməsi ilə bağlı razılıq əldə edilmişdi. Bu baxımdan, Sankt-Peterburq görüşündə müzakirə edilən məsələlər ciddi rezonansa səbəb olmadı.

Onu da vurğulamaq lazım gəlir ki, danışıqlarda tərəflər öz mövqelərində qaldılar. Prezident İlham Əliyev Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin dəyişməz şərt olduğunu bir daha bəyan etdi. Serj Sarkisyan isə İrəvanın münaqişənin sülh yolu ilə həllinə sadiqliyini növbəti dəfə ifadə etməli oldu.

Vurğulayaq ki, aprel döyüşlərindən sonra diplomatik üstünlük Azərbaycanın tərəfində idi. Bakı İrəvanın hərbi ritorikasına sərt addımlarla cavab verdi və atəşkəs sazişinin qüvvəyə mindiyi 22 il ərzində ən genişmiqyaslı əməliyyatlar keçirildi. Nəticədə tərəflər danışıqlar masasına oturaraq, prosesi "ölü nöqtə"dən çıxardılar.

Əksər araşdırmaçılar hesab edirlər ki, Bakı danışıqlardan imtina edərsə və münaqişəni hərbi yolla həll etmyə üstünlük verərsə, bu, riskli olardı və yenə nəzərlər ABŞ və Rusiyaya dikilməli idi. Bu baxımdan, danışıqların bərpa edilməsi normaldır. Lakin sülhə nail olmaq üçün uyğun model tapılmayıb. "Madrid prinsipləri" və onu haradasa təkrarlayan "Kazan sazişi"ndən başqa müzakirə predmetinə çevriləcək təkliflər paketi mövcud deyil.

Bu baxımdan, tərəflər hazırkı situasiyada üçtərəfli görüşlərin davam etdirilməsini məqbul hesab edirlər. Bununla da Rusiya münaqişənin tənzimlənməsini məhz öz nəzarətində saxlayacağını nümayiş etdirir. Əslində, Sankt-Peterburq görüşünün əsas mesajı ondan ibarət idi ki, atəşkəs pozulmayacaq, hərbi əməliyyatlara başlanılmayacaq. Münaqişə dondurulmuş vəziyyətdə qalacaq. Unutmaq olmaz ki, istər İrəvana, istər Kremlə münaqişənin dondurulmuş vəziyyətdə qalması sərf edir.

Buna görə də Azərbaycan və Ermənistana hərb variantını unutmaq təklif edildi. Beləliklə də münaqişə nəzarətdə saxlanıla bilir. Sankt-Peterburq görüşündə də Vyana danışıqlarında olduğu kimi, əsas mövzu — işğal altındakı ərazilərin qaytarılması deyil, ümumi məsələlər oldu.

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü - Sputnik Azərbaycan
TƏHLİL
Vyana görüşünün yeganə mesajı

Prinsipcə, ATƏT Minsk Qrupunun həmsədrləri də qəbul edir ki, mövcud status-kvonun davam etdirilməsi mümkün deyil və münaqişənin həlli ilə bağlı mümkün qədər tez ciddi tədbirlərin həyata keçirilməsinə başlanmalıdır. Əslində Ermənistan da qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil.

Digər tərəfdən, Moskvanın konfliktin həllinə dair konkret təkliflər zərfi olduğu barədə deyilənlər təsdiqini tapmadı. Moskva münaqişə tərəflərinə savaşdan qaçmaq barədə öhdəlik təklif etməklə, missiyasını bu mərhələdə yekunlaşdırdı. Odur ki, növbəti görüşdən də böyük nəticələr gözləmək mümkün deyil…

Xəbər lenti
0