Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"NATO daxilində böhran başladığının şahidi olacağıq"

© Sputnik / Murad OrujovElman Nəsirov, millət vəkili, politoloq
Elman Nəsirov, millət vəkili, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Nəsirov: "Almaniya parlamentariləri doğurdan da həqiqət çarçılarıdırlarsa, bəs onda niyə Xocalı soyqırımı ilə bağlı öz haqq səslərini ucaltmırlar?"

BAKI, 7 iyun — Sputnik. "Almaniya parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərar qəbul etməsi ikili standartların birbaşa ifadəsidir. Bu, qeyri-obyektivlikdir, ədalətsizlikdir".

İncirlik hərbi bazası - Sputnik Azərbaycan
Almanlara İncirlik şoku

Bunu millət vəkili, politoloq Elman Nəsirov Sputnik-ə açıqlamasında deyib. "Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti öz mövqeyini bildirərək bu hadisəni pislədi. Eyni zamanda, bu hadisə Türkiyənin Almaniya ilə münasibətlərinə yenidən baxması məsələsini də gündəmə gətirdi. Bu məsələ ikitərəfli münasibətlər formatını aşır, eyni zamanda, Türkiyə ilə Avropa İttifaqı (Aİ) münasibətlərinə yenidən baxılması məsələsini gündəmə gətirib", — deputat bildirib.

Millət vəkilinin sözlərinə görə, Türkiyə 3 milyondan artıq Suriya qaçqınına qucaq acıb: "Eyni zamanda, Türkiyə Avropa İttifaqı ilə əldə edilmiş razılaşmaya əsasən, qeyri-qanuni miqrantların Türkiyə ərazisinə gətirilməsi, onların dəyişdirilməsi məsələlərini həyata keçirir. Bu məqsədlə Aİ Türkiyəyə 6 milyard dollar vəsait ayırmışdı. Həmin vəsait bu günə kimi Türkiyəyə daxil olmayıb, köçürülməyib".

"Amma son hadisələr göstərdi ki, bu vəziyyətdə artıq Türkiyə adekvat addımlar atmağa başlayıb. İlk növbədə də miqrantların Türkiyə ərazisinə daxil edilməsi məsələlərini təxirə salıb. Artıq Aİ ilə əvvəlki razılaşmalar təxirə salınmış olur", — E. Nəsirov vurğulayıb.

O, hesab edir ki, bütün məsuliyyət Aİ və onun lokomotivi olan Almaniyanın üzərinə düşür: "Almaniyanın qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlər zamanı bunu etməsi daha çox gözlənilən hal idi, amma, buna getmədi. Lakin, indiki halda belə bir addımın atılması birbaşa təzyiqdir".

Millət vəkili qeyd edib ki, Türkiyənin miqrant Sazişini təxirə salması gözlənilən idi: "Çünki, Türkiyə Aİ-yə böyük qaçqın axınının qarşısında dayanan sədd idi. Bu gün Suriyadan 11 milyondan çox məcburi köçkün və qaçqın var. Onun böyük əksəriyyəti Türkiyə ərazisində sığınacaq tapıb. Əgər Türkiyə sərhədləri açsa, həmin 3 milyon qaçqın da Aİ-yə, Almaniyaya üz tutsa, onda Almaniyanın nələr gözləyir?".

"Almaniya parlamentariləri doğurdan da həqiqət çarçılarıdırlarsa, bəs onda niyə Xocalı soyqırımı ilə bağlı öz haqq səslərini ucaltmırlar? Niyə Xocalı ilə bağlı qanunvericilik təşəbbüsü göstərmirlər? Bax, budur ikili standartların, budur dünyadakı beynəlxalq hüququn ayaq altına atılıb tapdalanmasının bariz nümunəsi", — millət vəkili qeyd edib.

E. Nəsirov hesab edir ki, iki NATO ölkəsindən birinin digərinə qarşı belə ədalətsiz addımı, eyni zamanda, NATO-dakı bütövlüyü və inkişafı sual altına alır: "Əgər Almaniya dövləti atdığı bu səhv addımdan nəticə çıxarıb, həmin addımın reallaşmasının qarşısını alan gedişlər etməzsə, perspektivdə NATO hərbi-siyasi təşkilatının özündə böhranın başlanmasının şahidi olacağıq. NATO-nun monolit birliyi pozula bilər".

İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
Türkiyədən Almaniya ilə bağlı radikal qərar

Qeyd edək ki, Türkiyə Avropa İttifaqı ilə imzaladığı və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb. Ankara bunu Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə verməməsi ilə əlaqələndirib.

16 dekabr 2013-cü ildə Türkiyə və Avropa İttifaqı arasında imzalanan və 2014-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən razılaşma 1 iyun 2016-cı ildən qüvvəyə minməli idi. Razılaşma Türkiyədən keçərək Danimarka və İtaliya istisna olmaqla, Avropa İttifaqı ölkələrinə qeyri-leqal yolla gedən üçüncü ölkə vətəndaşlarının Türkiyəyə qaytarılmasını nəzərdə tutur.

Xəbər lenti
0