Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İdeologiyasız mübarizə

© Wikipediamitinq
mitinq - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan siyasi mühitində bir ideologiya boşluğu hökm sürür. Hətta siyasi təşkilatlar və onların ideoloqları da ideologiya məsələlərinə yetərincə diqqət vermirlər.

BAKI, 1 iyun — Sputnik. Azərbaycanda siyasət maraqsızdır. Kənardan müdaxilə gözləmək də məntiqsizdir. İstənilən halda söz xalqındır. Status-kvonu dəyişmək istəyirsə, ona heç kəs mane ola bilməz. Əgər, passiv müşahidəçi missiyasını davam etdirmək fikrindədirsə, heç bir qüvvə köklü dəyişikliklər edə bilməz. 

Bu gün Qərbdən, ya Şərqdən müsbət dəyişiklik gözləmək, yalnız etiraz aksiyalarında çıxış yolu aramaqla yaranmış böhranı aradan qaldırmaq mümkün deyil. İqtidar və müxalifət üçün yenə də xalqın içinə getmək, maarifləndirmək, təşkilatlandırmaq və siyasi mübarizəyə hazırlamaq lazım gəlir.

İŞİD-in edamı - Sputnik Azərbaycan
TƏHLİL
Onların ən çox nifrət etdikləri şüar - Öncə Vətən!

Hər bir xalqın özünə layiq hakimiyyəti və müxalifəti olur. Demokratiyaya və rüşvətsiz yaşamağa hazır olmayan xalq kimlərinsə süfrəsinin bəzəyi olmalıdır.

İqtidar və müxalifət əslində şərti bölünmədir. Problem ideoloqların işində ciddi boşluqların mövcud olmasındadır.

Böyük dəyişikliklər böyük ideyalar müqabilində həyata keçirilir. Bu gün kardinal dəyişiklikləri həyata keçirtmək ideyasında olanların özlərinin də düşüncəsinin dəyişməsi lazım gəlir. Müxalifətçilik missiyası yalnız tənqidlə bitmir. Maoizm, Trotskinin "permanent inqilablar", Ayətullah Xomeyninin "Nə Qərb, nə Şərq" nəzəriyyəsi, Mussolinin "Faşizmin doktrinası" kimi konsepsiyalar barədə anlayışı olmayan, Mahatma Qandinin "passiv müqavimət" nəzəriyyəsi ilə ötəri belə tanışlığa olmayan ideoloqların qələbəni təmin edəcəkləri real görünmür. Ən əsası isə odur ki, baş verənlər mövsümi xarakterlidir və ardıcıl siyasi mübarizə effekti yaratmağa hesablanmayıb.

Xalqın siyasi mübarizəsini səmərəli edə bilməkdən ötrü ciddi konsepsiyalar ortaya qoyulmalı, mübarizənin taktiki gedişləri ilə yanaşı, strategiyası da hazırlanmalıdır. Hazırkı durumda xalq, iqtidar, müxalifətə bir daha qiymət verməyi labüd edir. Bu məsələlərdə dəqiq, soyuqqanlı qiymətin verilməsi əsasdır.

SSRİ zamanı əzilən, kütləyə çevrilən toplum özünü zəif büruzə verir. Qarabağ probleminə münasibətdə də belədir. Hər bir mübarizə qurban tələb edir. Qarabağ ölümsüz, qansız azad oluna bilməz. Torpağını itirən, məğlubiyyət yaşayan kütlə isə siyasi mübarizədə də məğlubdur.

Biz niyə beləyik? Bu sual çoxlarını düşündürür. Maraqlı olan odur ki, azərbaycançılıq ideyası (bunu türkçülüyə qarşı qoymaq düzgün olmazdı) Bakıdan fərqli olaraq, Təbrizdə açıq-aydın hiss olunur. Bölünmüş xalqların belə problemi də olur. Bu baxımdan, Böyük Azərbaycan və Turan ideyasını yaşadanlar romantik görünsələr də, daha mübarizdirlər.

Son illər cərəyan edən proseslər də sübuta yetirdi ki, Azərbaycan siyasi mühitində bir ideologiya boşluğu hökm sürür. Hətta siyasi təşkilatlar və onların ideoloqları da ideologiya məsələlərinə yetərincə diqqət vermirlər. Bu isə siyasi fəallığı ilə seçilən kütlənin də səmərəsiz mübarizə aparmasına şərait yaradır.

Bəziləri hesab edirlər ki, Qərb dəyərlərinin məyusluq yaratdığı, torpaqları işğal olunmuş bir millətin hazırda üstünlük verə biləcəyi ideologiyalar din və ya millətçilik ola bilər. Məhz bu iki sosial ədaləti bərpa etməyə çalışan zümrənin mübarizəsi sonradan sosial-demokrat və liberalların iştirakı ilə daha da zənginləşə bilərdi.

Putin və Ərdoğan - Sputnik Azərbaycan
TƏHLİL
Regionda yeni strateji missiya axtarışı

İdeologiyasızlıq isə milləti kütləyə çevirir. Bu baxımdan, kütlənin zəifliyi ilə müxalifətin zəif olması arasında bir bağlılıq mövcuddur.

Proseslərə emosional yanaşmalar, konsepsiyaların hazırlanmaması acınacaqlı mənzərə yaratdı. Qarşıdan gələn mərhələdə siyasi mübarizəni daha konseptual aparmaq lazım gəlir. Bu isə artıq ideoloqların işidir. Siyasətçilər ideoloqların hazırladıqları ideologiyalar üzrə fəaliyyət göstərməkdən yayına bilmirlər.

Odur ki, siyasi mübarizənin konseptual baxışlarını hazırlamaq üçün "beyin fırtınası"na ehtiyac yaranır. Tam ideologiya boşluğu ilə aparılan mübarizənin perspektivi yoxdur…

Xəbər lenti
0