03:12 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
TƏHLİL
Qısa URL
5301

Yılmaz Altınsoy: "Artıq neçənci dəfədir ki, Ankara Moskvaya isti mesajlar göndərir. Hətta təyyarə vurulandan dərhal sonra Ərdoğan bildirmişdi ki, əgər vurulan təyyarənin Rusiyaya aid olduğunu bilsəydilər, başqa cür davranardılar"

BAKI, 26 may — Sputnik. "Rusiya rəhbərliyi Binəli Yıldırımın mesajını görməzdən gəlməməlidir". Bunu Sputnik-ə açıqlamasında türkiyəli politoloq Yılmaz Altınsoy deyib.

Y. Altınsoyun sözlərinə görə, artıq neçənci dəfədir ki, Ankara Kremlə isti mesajlar göndərir: "Hətta təyyarə vurulandan dərhal sonra Ərdoğan bildirmişdi ki, əgər vurulan təyyarənin Rusiyaya aid olduğunu bilsəydilər, başqa cür davranardılar. Məncə, bu açıqlama hər şeyi ifadə edir. Əgər Rusiya böhranı uzatmağa qərar versə, onda belə çıxar ki, Rusiya özü problemin böyüməsində maraqlıdır".

Politoloq iddia edir ki, Rusiyada bəzi dairələr Türkiyə ilə gərgin münasibətlərdə maraqlıdır: "Mən düşünmürəm ki, məhz Putin bu gərginlikdə maraqlıdır. Əgər elə olsaydı, 2000-ci ildə Putinin gəlişindən sonra Türkiyə-Rusiya əlaqələri bu qədər inkişaf etməzdi. Məsələ orasındadır ki, Rusiyadakı bəzi işbazlar hazırki problemdən maksimum yararlanmağa çalışır".

Altınsoya görə, əgər Vladimir Putin problemin uzanmasına bir az da göz yumsa, əlaqələr daha sağalmaz hala gələ bilər.

Qeyd edək ki, Türkiyənin yeni Baş naziri Binəli Yıldırım ölkə parlamenti qarşısında hökümətin xarici siyasət proqramını açıqlayıb. Rusiya ilə münasibətlərə toxunan Yıldırım qeyd edib ki, rəsmi Ankara Rusiya ilə əlaqələrin dialoq vasitəsi ilə normallaşmasına töhfə verəcək.

"Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması yeni hökumətin proqramında əsas bəndlərdən biridir", — deyə, Binəli Yıldırım əlavə edib.

Əlaqədar

İlham Əliyev Binəli Yıldırımı təbrik etdi
Binali Yıldırım AKP sədri seçilib
Fransa Krımı Rusiyanın ərazisi kimi tanıya bilər
Rusiya Türkiyəyə qarşı sanksiyanı yumşaltdı
Teqlər:
Yılmaz Altınsoy, Binəli Yıldırım, Kreml, Vladimir Putin, Ankara, Rusiya, Türkiyə

Əsas mövzular