17:20 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Səudiyyə Ərəbistanı - neft
news.ngs

Yəmən-Səudiyyə gərginliyi neftin qiymətinə necə təsir göstərəcək?

TƏHLİL
Qısa URL
46 0 0

İlham Şaban: "Biz görürük ki, münaqişələr neftin qiymətinə təsir edir. Kanadadakı meşə yanğınları, Nigeriya və Liviyadakı münaqişələr də neftin qiymətinə təsirsiz ötüşmədi"

BAKI, 23 may — Sputnik. Yəməndə, Səudiyyə ilə sərhəddən altı kilometr aralıda Britaniya şirkəti tərəfindən istehsal olunan kasset bombalar aşkarlanıb. "Independent" qəzeti hüquq müdafiəçilərinə istinadən xəbər verir ki, bombaların Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən istifadə olunduğu ehtimal olunur.

Belə sursatlar yüzdən artıq ölkədə qadağandır. Qəzetin məlumatına görə, Britaniya 1980-ci və 1990-cı illərdə onları böyük miqdarda koalisiya üzvləri olan Səudiyyə Ərəbistanı və Ərəb Əmirliklərinə satırdı.

"Hunting Engineering" şirkəti tərəfindən istehsal olunan kasset bombası 147 fraqmentdən ibarətdir. Partlayış zamanı onlar böyük bir əraziyə yayılırlar və təsadüfi insanlar tərəfindən aşkarlanarkən partlayırlar.

Qəzet yazır ki, əvvəl Səudiyyə Ərəbistanı bombaları atmaq üçün Britaniyadan "Tornado" təyyarəsini alıb. London isə qadağan olunan silahdan istifadə ittihamlarını artıq təkzib edib.

"Britaniya Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya daxil deyil. Britaniya kadrlarının hava hücumları, Yəməndəki əməliyyatların koordinasiyası və həyata keçirilməsi, eləcə də koalisiya tərəfindən qərarların qəbul olunması ilə heç bir əlaqəsi yoxdur", — deyə Birləşmiş Krallığın XİN-in nümayəndəsi bildirib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Sputnik"ə açıqlamasında bildirib ki, dünyada baş verən münaqişələr neftin qiymətinə təsir edir: "Cari ildə biz onu müşahidə edirik ki, münaqişələr neftin qiymətinə təsir edir. Bundan başqa, Kanadadakı meşə yanğınları, Nigeriya və Liviyadakı münaqişələr də neftin qiymətinə təsirsiz ötüşmədi".

"Ancaq söhbət o münaqişələrdən gedir ki, onlar məhz neft magistrallarının sıradan çıxarılmasına, neftin yüklənməsinə, daşınmasına, hasilata bilavasitə təsir edir. Yəməndə olan münaqişə isə hələki, bu fəsadlara yol açmır", — ekspert bildirib.

Keçən ilin ilk rübündə Yəmən münaqişəsi neftin qiymətinin 4.5%-dək artmasına səbəb olmuşdu. Lakin özü-özlüyündə Yəmən neft bazarındakı əsas oyunçulara aid deyil. O, gündə 125-130 min barel neft istehsal edir ki, bu da ümumdünya neft istehsalının heç 0.2%-ni təşkil etmir.

Эксперт-экономист Ильхам Шабан в пресс-центре Sputnik Азербайджан
© Sputnik / Murad Orujov
Ильхам Шабан, глава Центра нефтяных исследований

Qiymət artımının səbəbi isə Səudiyyə Ərəbistanının bu münaqişədə iştirak etməsi oldu. Ümumdünya neft istehsalının 13%-ə yaxınını dünya bazarına çıxaran dövlətin bu addımı neftin qiymətinə təsir edə bilməzdi.

İlham Şabanın sözlərinə görə, münaqişə zonası genişlənərsə, bu, yenidən neftin qiymətinə təsir göstərə bilər: "Düzdür, Səudiyyənin neft yataqları, hasilat olan hissə Yəmənlə sərhədə yaxındır. Əgər münaqişə zonası genişlənərsə, o mədənlərə Yəmən tərəfindən atəş açılarsa, bir neçə buruq sıradan çıxarılarsa, bu, özünü büruzə verəcək".

"Ancaq indiki halda, əgər Yəmən ərazisi vurulursa, dağıdılırsa, orada terror aktı baş verirsə, Səudiyyə ərazisində olan hərbi birləşmələrə atəş açılırsa, bu, neftə hansısa təsir gücündə olmur", — mütəxəssis vurğulayıb.

Qeyd edək ki, Yəməndəki silahlı münaqişə 2014-cü ildən davam edir. Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökümət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdi.

Əlaqədar

Təsəvvür edin, Neft Fondu olmasaydı, nə baş verərdi...
Büdcəyə yenidən baxılması risk daşıyır - neftin bahalaşması aldadıcıdır
Dövlət Neft Fondu hərracda 49 milyon dollar satıb
İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırıb
Post-neft dövrünün ilk nikbin proqnozu
Neftdən asılılığımız hələ uzun müddət davam edəcək
Teqlər:
Neft Araşdırmaları Mərkəzi, İlham Şaban, Səudiyyə Ərəbistanı, Yəmən, neft

Əsas mövzular