05:42 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Türkiyənin Milliyətçi Hərəkat Partiyasınnın tərəfdarları

Türkiyədə yeni millətçi partiya yarana bilər

© Photo: www.lodoshaber.com
TƏHLİL
Qısa URL
4011

MHP daxilində yaşanan xaos cəmiyyətdə qızğın müzakirə predmetinə çevirilib. Ekspertlər partiyadaxili müxalifətin qələbəsini mümkün saymasa da, həmin narazı qanadın başqa ad altında partiya yaradacağını istisna etmirlər.

BAKI, 16 may — Sputnik. Türkiyənin əsas müxalif partiyalarından olan Milliyətçi Hərəkat Partiyasında (MHP) qurultay böhranı yaşanır. Paytaxt Ankaranın ikinci icra məhkəməsi partiya daxilindəki müxaliflərin qurultay keçirməsi ilə bağlı maneələri aradan qaldırsa da, Gemerek Hüquq Məhkəməsi bunun əksini tələb edən qərar çıxarıb. Beləliklə də, MHP-də qurultayla bağlı xaos yaranıb.

Ahmet Şimşek, Türkiyəli politoloq
© Photo : A.Şimşekin şəxsi arxivi
Ahmet Şimşek, Türkiyəli politoloq

Partiyaiçi müxaliflər dünən qurultay keçirməyə cəhd göstərsələr də, mövcud qanunvericilik buna imkan verməyib. Müxaliflər polisin barrikadaları ilə qarşılaşıblar.

Partiyanın mərkəzi qərargahından Yüce Bulut qurultayın keçirilməsinin mümkün olmadığını, əks halda bunun qanunsuz hesab ediləcəyini deyib: "Qeyri-qanuni qurultay çağırışına məhəl qoyulmamalıdır. Qanunu pozanlar açıq şəkildə cinayət işlədirlər. Hüquqi baxımdan keçərli olmayan bir qurultay etibarlı sayılmayacaq".

Müxaliflərin namizədlərindən Meral Akşenər, Sinan Oğan və Ümit Özdağ isə nə bahasına olursa olsun, yaxın vaxtlarda qurultay keçirəcəklərini bildiriblər.

MHP sədri Dövlət Baxçalı da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, özü istəmədiyi müddətcə partiyanın fövqəladə qurultayı olmayacaq: "Partiyamızı xaos içində göstərmək, MHP-ni əngəlləməyə çalışmaq nəticəsi ağır olacaq bir təşəbbüsdür. Paltarda sökük olarsa, tikilə bilər. Amma o sökük zehniyyət və niyyətdə olarsa, çarəsi yoxdur".

Mövzunu Sputnik üçün dəyərləndirən türk politoloq Ahmet Şimşekin fikrincə, MHP-li müxaliflər indiki durumda partiyada rəhbərliyi ala bilməz, lakin başqa bir ad altında yeni partiya qura bilərlər: "Mən düşünmürəm ki, müxaliflər istədikləri nəticəni alsınlar. Lakin ayrı bir partiya yaratmağı düşünə bilərlər".

"Ancaq bu vəziyyətdə onların öz aralarında rəhbərlik mübarizəsi başlayacaq. Çünki öz aralarında belə, həmfikir deyillər. Milliyətçi Hərəkat Partiyasının keçmişi var, bunu unutmamaq lazımdır", — Şimşek deyib.

Toğrul İsmayıl, politoloq
© Photo : şəxsi facebook səhifəsindən
Toğrul İsmayıl, politoloq

Azərbaycanlı politoloq, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl isə, MHP içində həm müxalifləri, həm də sədr Baxçalını dəstəkləyənlərin olduğunu deyib: "Dünən müxaliflər qurultayın keçirilməsi üçün ciddi cəhdlər etdilər. Və həmin mitinqdə kifayət qədər partiya nümayəndələri, tanınmış simalar iştirak edirdi. Lakin məhkəmə qurultayın keçirilməsinə icazə vermədi".

"Hazırda hüquqi proses davam edir. Həm partiya sədri Dövlət Baxçalı, həm də partiyaiçi müxaliflər ciddi qarşıdurmaya getmədən, konflikt olmadan, məsələni hüquqi yolla həll etməyə çalışırlar. Türkiyədə hüquq çox önəmlidir. İndi əsas məsələ məhkəmənin qərarı və ondan sonraki problemdir", — siyasi şərhçi bildirib.

T. İsmayıl əlavə edib ki, MHP-də kimin doğru, kimin yanlış olduğunu söyləmək çətindir: "Mən o partiyanın içində deyiləm və dəqiq fikir bildirmək səlahiyyətim olmadığını düşünürəm. Lakin onu deyə bilərəm ki, Türkiyə qanunları partiya sədrlərinə geniş imkanlar tanıyır. Bu imkanlar nəticəsində də Dövlət Baxçalı öz hüquqi haqqından maksimum istifadə edir, qurultaya razı olmur".

"Bu, məsələnin hüquqi tərəfidir. Amma mövzunu duyğusal yöndən izah edəsi olsaq, əgər qurultayın keçirilməsi üçün bu qədər tələb varsa, bunun keçirilməsi şərt olmalıydı", — T. İsmayıl əlavə edib.

Əlaqədar

MHP-nin yeni lideri qadın ola bilər
Toğrul Türkeş MHP-ni məhkəməyə verib
Toğrul Türkeşi MHP-dən qovdular
CHP və MHP-nin müvəqqəti hökümətdən imtinası düzgün addımdır
Azərbaycanın dostu Sinan Oğan MHP-dən qovuldu
Elxan Şahinoğlu: Ən real koalisiya AKP-MHP arasında ola bilər
Teqlər:
Dövlət Baxçalı, Ümit Özdağ, Sinan Oğan, Meral Akşenər, Milliyətçi Hərəkat Partiyası, Ahmet Şimşek, Toğrul İsmayıl, MHP, Türkiyə

Əsas mövzular