Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiyanın Cənubi Qafqaza dönüşündə Ankaranın rolu

© cont.wsTürkiyə-Rusiya
Türkiyə-Rusiya - Sputnik Azərbaycan
Abunə olmaq
Son 100 ildə Türkiyə Rusiya ilə qarşıdurmadan çəkinib. Ankara Qarabağ münaqişəsinin həllində dinc vasitələrin işə salınmasına çalışır. Eyni zamanda Türkiyə qlobal layihələrə cəlb olunub.

BAKI, 12 may — Sputnik. Qarabağ danışıqlarında durğunluq aradan qalxsa da, real nəticə əldə etmək mümkün olmur. ATƏT-in Minsk Qrupuna yeni vasitəçilərin cəlb edilməsi perspektivi yenidən müzakirə edilir. Daha çox Almaniya və Türkiyənin adı çəkilir.

Putin və Ərdoğan - Sputnik Azərbaycan
TƏHLİL
Regionda yeni strateji missiya axtarışı

Bu gün müşahidəçiləri daha çox belə bir sual düşündürür — Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əsas fiqura çevrilə bilərmi? Nəzərə alsaq ki, Türkiyə, ABŞ, Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaq öhdəlikləri var, adıçəkilən ölkələr Minsk Qrupunun üzvləridir, hətta Vaşinqton, Paris və Moskva həmsədridir, bu suala müsbət cavab vermək mümkündür.

Digər tərəfdən, Türkiyə münaqişənin həllində maraqlıdır. Ən azı ona görə ki, Qarabağda hərbi əməliyyatlar bərpa edilərsə, prosesə bu və ya digər baxımdan Ankara da qatılmış olacaq. Bu isə Ankara-Moskva qarşıdurmasını daha da dərinləşdirə bilər. Türkiyə isə bütün Avropa Birliyi ilə yeni gərginlik yaşadığı bir mərhələdə Rusiya ilə münasibətləri normallaşdırmağı düşünür.

Ümumiyyətlə, son 100 ilə baxsaq, Türkiyə Rusiya ilə qarşıdurmadan çəkinib. Ona görə Türkiyə münaqişənin həllində dinc vasitələrin işə salınmasına çalışır. Eyni zamanda Türkiyə qlobal layihələrə cəlb olunub və enerjidaşıyıcılarına malik olmadığından tranzit ölkə kimi aparıcı rol alır. Bu baxımdan Cənubi Qafqazda yeni hərbi münaqişənin başlaması Ankaranın maraqlarını zərbə altına qoya bilər.

Beləliklə, Türkiyə münaqişənin həllində maraqlıdır. Rusiya isə postsovet məkanındakı dövlətlərin Avropaya inteqrasiyasını dayandırmaq üçün bütün vasitələrdən istifadə edir.

Sözsüz ki, Türkiyənin dünya gücləri ilə apardığı danışıqlarda bu və ya digər dərəcədə Qarabağ məsələsi müzakirə olunur. Dağlıq Qarabağ probleminin mövcudluğu Ankaranın Ermənistanla yaxınlaşmasını imkansız edir. Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə həmişə bəyan edib ki, Ankaranın İrəvanla münasibətlərinin qaydaya salmasının ilkin şərtlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həllidir.

Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, əlbəttə ki, Bakı-Ankara münasibətlərinə mənfi təsir göstərə bilər. Ona görə də Türkiyə bu və ya digər dərəcədə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin baş verməsində maraqlıdır ki, Ankara-İrəvan münasibətlərinin yaxşılaşması Bakı-Ankara əlaqələrinə mənfi təsir göstərməsin. Lakin problem yalnız Qarabağla bağlı deyil.

Türkiyənin özünün Ermənistanla münasibətlərdə həllini tapmamış ciddi problemləri var. Bu sıraya "soyqırım" və Türkiyəyə qarşı ərazi iddiaları daxildir. Ankara öz maraqları çərçivəsində həmin problemləri həll edə bilsəydi, pozitiv bir məqam ola və Qarabağ probleminin də həllinə pozitiv təsir göstərə bilərdi.

Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması yönündəki addımlarla müqayisədə, Azərbaycan üçün daha təhlükəlisi — Qarabağ probleminin dünya gücləri üçün prioritet ola bilməməsi ehtimalıdır. Belə perspektiv Azərbaycan üçün çox ciddi problemlər yarada bilər. Nəzərə almaq lazımdır ki, Türkiyənin indiki hakimiyyəti öncəki xarici siyasət vektorunda ciddi dəyişikliklər edir.

Деревня в Физулинском районе - Sputnik Azərbaycan
YAZARLAR
Qarabağ münaqişəsinin həllində Azərbaycan "favorit" ölkənin yanında olacaq

Ankara sanki, Qərbdən uzaqlaşır. Türkiyənin Avropa Birliyinə qəbulu prosesi uzadılır, üzvlük perspektivi real sayılmır. Amma gerçəklik odur ki, bu gün Türkiyədə Rusiyaya daha çox yaxınlaşmaq meyli var və bu, ciddi məsələdir. Qərbdən uzaqlaşan Türkiyə həm də islam, xüsusən ərəb dünyasına yaxınlaşır. İslam dünyasının liderinə çevrilmək cəhdlərində bulunan Ankara Azərbaycanla münasibətlərinə yetərincə qiymət vermir.

Keçən əsrin əvvəllərində Türkiyə müstəqilliyini qoruyub-saxlamaq problemi ilə üz-üzə qalmışdı və həmin dövrdə Rusiyanın Cənubi Qafqaza qayıtmasına mane ola bilmədi. Bu gün də Türkiyə və AKP iqtidarının xarici siyasətdəki dəyişiklikləri Rusiyanın Cənubi Qafqaza qayıtmasına yardımçı ola bilər. Bütün savaşlar əvvəl-axır fərqli müstəviyə transfer edir. Bu baxımdan, Ankara — Moskva yaxınlaşması da realdır.

Xəbər lenti
0