11:36 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Londonun meri Sadiq Xan

"Müsəlman taksi sürücüsünün oğlu milyonçu ingilis üzərində qələbə çalırsa..."

TƏHLİL
Qısa URL
150 0 0

Azərbaycanlı siyasi müşahidəçilərin dəyərləndirmələrinə görə, Sadiq Xanın London meri seçilməsi Avropada islamofobiyanın dərin yayılmadığını göstərir: "Qabiliyyəti olan hər kəs Qərbdə uğur qazana bilər"

BAKI, 10 may — Sputnik. "Avropa cəmiyyəti islamofobiyaya meylli deyil. Bu, bəzi radikal azlıqların inanclarının nəticəsidir. Amma Avropanın mütləq əksəriyyəti demokratik dəyərlərə sadiqdir və dinlərarası, millətlərarası barış tərəfdarıdır".

Zərdüşt Əlizadə, politoloq
© Photo : STR
Zərdüşt Əlizadə, politoloq

Bu fikirləri, pakistanlı Sadiq Xanın London meri seçilməsini Sputnik üçün dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib. Onun fikrincə, S. Xanın mer seçilməsi onu göstərir ki, Avropada nə dərəcədə, necə dərin bir demokratik ənənələr var.

Politoloq yeni London meri Sadiq Xanın ilk iş olaraq yəhudi soyqırımı abidəsini ziyarətini də dəyərləndirib: "Yəhudi soyqırımı bir faktdır. Bunu Nyürnberq məhkəməsi də təsdiq edib. BMT-nin sənədlərində də öz əksini tapıb. "Erməni soyqırımı"ndan fərqli olaraq yəhudi soyqırımı təkzibedilməz hüquqi faktdır".

Z. Əlizadə bildirib ki, Avropada, Amerikada yəhudilərlə müsəlmanlar arasında çox sıx əlaqələr var: "Mən özüm bir dəfə Kaliforniyada fələstinli bir nəfərin qonağı olmuşdum. Qonaqların 80%-i yəhudilər idi. Qərbdə vəhşi orta əsr təfəkkürləri, tayfa-qəbilə anlayışı təsəvvürü hamısı keçmişdə qalıb. İnsanlara insan olduğuna görə hörmət edirlər".

Mövzuya politoloq Qabil Hüseynli də münasibət bildirib. Onun sözlərinə görə, Sadiq Xanın London şəhər meri seçilməsi Avropadakı islamofobiyanın təsirlərini azaldacaq: "Hollandiyada, Almaniya Bundestaqında bir neçə türk əsilli şəxslər millət vəkilidir. Bundan başqa bələdiyyələrdə xeyli türk, pakistanlı müsəlman şəxslər yerli hakimiyyət orqanlarında təmsil olunurlar".

"Yəni bunlar onsuz da var idi. Ancaq London kimi böyük şəhərin meri seçilmək ciddi uğurdur. Taksi sürücüsünün oğlu milyonçu bir anqlosaks üzərində qələbə çalırsa və bu şəxs müsəlmandırsa, həqiqətən də bu, multikulturalizmin və tolerantlığın böyük nümunəsidir", — politoloq vurğulayıb.

Qabil Huseynli
youtube
Qabil Huseynli

O, hesab edir ki, S. Xanın mer seçilməsi Avropada islamofobiyanın dərin yayılmadığını göstərir: "Bu o deməkdir ki, Qərb dünyasında islamofobiya dərin yayılmayıb. Bu ideologiya Suriyadakı müharibədən sonra daha çox yayılmağa başladı. Bundan sonra islamofobiyanın tolerantlığa, multikulturalizmə dönüşməsi, mən deyərdim ki, müsəlmanların özündən asılıdır. Əlbəttə ki, burda dövlətin, cəmiyyətin özünün də ənənələri böyük rol oynayır".

"Məsələn mer seçilən Sadiq Xan hökumətdə iki dəfə nazir işləyib. Cəmi 40 yaşı var. İndi isə daha yüksək vəzifəyə — London şəhərinə mer seçilib. Yəni bu, onu göstərir ki, qabiliyyəti olan, cəmiyyətə inteqrasiya olmağı bacaran, adaptasiya prosesini uğurla keçən hər bir şəxs Qərb cəmiyyətində uğur qazana bilər. Bu cəmiyyət nahaq yerə bərabər imkanlar cəmiyyəti adlanmır", — deyə Q. Hüseynli əlavə edib.

Əlaqədar

Londonda etiraz aksiyaları
London meri taksi sürücüsünə söydü
Londonda Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
Sürücünün mer oğlu
Merkel qaçqınlar problemini Türkiyə ilə birgə həll etməyə çağırıb
Angela Merkel: Türkiyə qaçqınlar üçün böyük işlər görür
Teqlər:
islamofobiya, müsəlman, İslam, Qərb, Qabil Hüseynli, Zərdüşt Əlizadə, Sadiq Xan, mer, London, Avropa

Əsas mövzular